Etibar Məmmədovun villasında böyük məbləğdə oğurluq: "Dolabda dollar "paçka"ları var idi"

Etibar Məmmədovun villasında böyük məbləğdə oğurluq: "Dolabda dollar "paçka"ları var idi"Bakının Sabunçu rayonunda yeniyetmə oğlan villadan oğurluq edib.

Teleqraf-ın əldə etdiyi məlumata görə, hadisə Bilgəh qəsəbəsi, A.Salahzadə küçəsində baş verib.

Həmin ünvanda yaşayan Etibar Məmmədov və onun oğlu Orxan Məmmədova məxsus üç mərtəbəli evdən 19 min ABŞ dolları (32.300 manat) oğurlanıb.

Məlum olub ki, oğurluğu bağ evində ailəsi ilə birlikdə yaşayan bağban Ramil Əbülhəsənovun oğlu Əli Əbülhəsənli törədib.

İş üzrə Etibar Məmmədovun oğlu Orxan Məmmədov zərərçəkmiş qismində tanınıb. Orxan Məmmədovun iş adamı olduğu deyilir.

İstintaq orqanı tərəfindən Əlinin barəsində Cinayət Məcəlləsinin 177.2.3 (yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla oğurluq törətmək) və 177.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla oğurluq törətmək) maddələri ilə ittiham elan edilib.

"Etibar babanın evində nəyin harada olduğunu yaxşı bilirdim"

Əli elan olunmuş ittiham üzrə özünü təqsirli bilib, ifadəsində göstərib ki, körpəlikdən Bilgəh qəsəbəsində Etibar Məmmədova məxsus evdə ata-anası ilə birgə yaşayır: "Atam Ramil bağ evində bağbanlıq, anam isə xadiməlik edib. Burada böyüdüyüm üçün Etibar babaya məxsus bağ evində nəyin harada olduğunu yaxşı bilirdim.

İlk dəfə evin 3-cü mərtəbəsində yataq otağındakı dolabda, paltarların altında gizlədilmiş 2 "paçka"nın birindən 3 ədəd 100 dollar çıxardım. Ona görə cəmi 3 ədəd 100 dollarlıq əskinası götürdüm ki, əgər Zenfira xala pulu yoxlamaq istəsə, "paçka"dan 300 dolların əskik olduğunu hiss eləməsin.

Həmin gün dostlarım Rəhman və Ağaverdiyə zəng etdim, bildirdim ki, məndə bir qədər pul var, yeyib-içək.

Rəhman dedi, Məhəmməd adlı dostu bizi öz avtomobilində gəzdirsin, onun qəşəng qız tanışları da olur. Bu minvalla Məhəmmədin "Hyundai" markalı avtomobilində Rəhman və Ağaverdi məni Bilgəh qəsəbəsindəki Kardioloji sanatoriyanın qarşından götürdülər".

"Bağda qızlarla yeyib-içdik"

Təqsirləndirilən şəxs deyib ki, Məhəmmədin Mərdəkan qəsəbəsində icarəyə götürdüyü bağ evində Sumqayıt şəhərindən gəlmiş 6 qızla yeyib-içib, əyləniblər: "Bir gün sonra Rəhmanla əlaqə saxlayıb onu Kardiologiya mərkəzinin qarşısında "Zəfəran" kafesində çay içməyə dəvət etdim. Rəhman, Məhəmməd və Aslan adlı dostlarım da kafeyə gəldilər. Söhbət əsnasında məndən soruşdular ki, iki gündə xərclədiyin pul haradandır?

Bildirdim ki, Etibar Məmmədovun evindən 300 dollar oğurlamışam. Ətraflı məlumat verdim ki, onun evinin yataq otağında paltar dolabının içərisində 2 "paçka" yüzlük dollar gizlədilib.

Bunu eşidən Məhəmməd qayıtdı ki, bir müddət əvvəl icarəyə avtomobil götürüb, ona pul lazımdır. Təklif etdi ki, evdən bir qədər də pul oğurlayım. O gün Etibar babanın evinə gedib daha 600 dollar götürdüm. Təxminən 2 saat sonra Məhəmməd və Rəhman Bilgəhdəki bələdiyyə binasının qarşısına gəldilər. Marketdə quraşdırılmış terminalda pulu Azərbaycan manatına çevirdik".

Əlinin sözlərinə görə, pulu "Torqovı"da birlikdə xərcləyiblər: "Bu minvalla 2025-ci ilin müxtəlif günlərində evdən hissə-hissə ümumilikdə 19 000 dollar oğurladım. Təxminən 11 000 manatını Məhəmmədə xərclədim. Rəhmana isə 500 manatı əlbəəl verdim.

Aslana avtomobilinin təmiri üçün 1600 manat, Əlibaba adlı dostuma 800 manat vermişəm. Qalan pulları Məhəmməd, Aslan, Rəhman, Ağaverdi, Tamerlan və Əlibaba ilə birlikdə gecə klublarında və müxtəlif restoranlarda xərcləmişik".

"Narahat olma, pul oğurlayacam"

Əli qeyd edib ki, 2025-ci il sentyabrın əvvəllərində Məhəmmədgil ona zəng edib bildiriblər ki, avtomobillə qəza törədiblər, təmirinə 1500 manat lazımdır: "Cavab verdim ki, narahat olma, Etibar babanın evindən pul oğurlayacam. Dəqiq tarixini bilmədiyim gündə səhv etmirəmsə, 1000 dollar götürdüm və Məhəmmədə verdim".

Təqsirləndirilən şəxs deyib ki, Etibar Məmmədovun bacısının evində olan hovuzda dostları - Rəhman, Tamerlan, Aslan, Məhəmməd və Əlibaba ilə birlikdə əyləniblər: "Bir qədər sonra Məhəmməddən xahiş etdim ki, avtomobili versin, gedib mağazadan su alım. Bağ evindən çıxdıqdan təxminən 5-10 dəqiqə sonra təsadüfdən məni yol polisi saxladı. Avtomobil idarə etmək hüququm olmadığından maşın duracağa yerləşdirildi.

Bir gün keçmiş Məhəmməd əsəbi şəkildə zəng etdi və bildirdi ki, avtomobili duracaqdan çıxarmalıyıq, bunun üçün ona ümumilikdə 3450 manat lazımdır. 450 manat cərimə ödəməlidir, icarəyə maşını götürdüyü şirkətə isə 3000 manat verməlidir. Guya avtomobili mənə sürməyə verdiyinə görə şirkət onu 3000 manat cərimələyib.

Məhəmmədin bu tələbindən sonra yenidən həmin yerdən 2500 dollar götürdüm. Mən pulu evdən götürəndə dostum Məhəmməd, Rəhman, Tamerlan və Ağaverdi evin giriş qapısının qarşısında məni gözləyirdilər və tez-tez zəng edərək pulu götürüb-götürmədiyimi soruşurdular. Oğurladığım pulları Azərbaycan manatına çevirdim, Məhəmmədin tələb etdiyi 3450 manatı ona verdim".

"Hədiyyə telefon aldım"

Təqsirləndirilən şəxsin ifadəsinə görə, hadisədən təxminən 3 gün sonra Məhəmməd yenidən zəng edib və bildirib ki, avtomobilin mühərrikində problem yaranıb: "Mühərrikin təmirinə 3500 manat lazım olduğunu söylədi. Ona dedim ki, tez-tez pul götürə bilmərəm, ev yiyələri məndən şübhələnərlər. Amma Məhəmməd təkidlə yenidən evdən pul götürməyimi tələb etdi.

İki gün sonra yenidən eyni üsulla evdən 2800 dollar götürdüm. Bir gün sonra bir daha Etibar babanın evindən dəqiq yadımda deyil, amma təxminən 1000 dollar götürməli oldum. Məhəmməd neçə müddətdir ki, ona "İphone 13" markalı mobil telefon almağımı istəyirdi. Ona həmin markalı mobil telefon alaraq hədiyyə etdim".

İş üzrə zərərçəkmiş qismində Etibar Məmmədovun oğlu Orxan Məmmədov tanınıb. O, məhkəmə iclaslarında iştirak etməyib. Bu səbəbdən məhkəmədə onun nümayəndəsi çıxış edib.

Nümayəndə bildirib ki, zərərçəkmiş Orxan Məmmədov Əli Əbülhəsənlini, onun atası Ramil Əbülhəsənovu və anası Vüsalə Əbülhəsənovanı təxminən 15 ildir tanıyır. Məmmədovlara məxsus evdə Ramil Əbülhəsənov bağban, Vüsalə Əbülhəsənova isə xadimə olaraq çalışıb.

Nümayəndənin sözlərinə görə, bu iş üçün Məmmədovlar Ramil Əbülhəsənova 600 manat, Vüsalə Əbülhəsənovaya isə 500 manat əməkhaqqı veriblər: "Əli Əbülhəsənli həqiqətən o evdə böyüyüb başa çatsa da, təxminən 3-4 il olar, onun həmin evə sərbəst giriş-çıxışı məhdudlaşdırılıb. Məmmədovlar bu ailəyə yaşamaları üçün normal şəraiti olan birmərtəbəli ev veriblər.

Zərərçəkmiş şəxslər yaşadıqıları evdən 19000 dolların oğurlandığını aşkar ediblər. Oğurluq müddətində Orxanın atası Etibar müəllim, anası Zenfira xanım orada yaşayıblar. Amma ilin bəzi vaxtlarında xarici ölkəyə gediblər. Əlinin ələlxüsus da günorta saatlarında evə, özü də evin 3-cü mərtəbəsinə qalxmaq şansı ola bilməzdi".

Nümayəndə təqsirləndirilən şəxsə qarşı verilmiş mülki iddianı müdafiə edib. Amma onun barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzanın təyin edilməsini xahiş edib.

Cəza məlum oldu

Bu cinayət işinə Sabunçu Rayon Məhkəməsində baxılıb. Əli 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Ona cəzaçəkmə müddətində Bakı şəhərinin hüdudlarını, eləcə də hər gün axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etmək qadağan olunub.

Bundan başqa, ona elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulub.

Məhkəmə zərərçəkmiş şəxsin mülki iddiasını təmin edib.

Mülki cavabdeh Əli Əbülhəsənlidən maddi zərərə görə 27800 manat və 174 manat dövlət rüsumu, 100 manat vəkil xərcinin tutulması, cəmi 28074 manat məbləğində pulun iddiaçı Orxan Etibar oğlu Məmmədova ödənilməsi barədə qərar çıxarılıb.

Qeyd edək ki, cinayət işində adı çəkilən Etibar Məmmədov xalq hərəkatının tanınmış simalarından biri, hazırda AMİP-in lideridir. Zərərçəkmiş Orxan Məmmədov isə onun oğludur, iş adamıdır.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 757   Tarix: 08 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.