B12, dəmir və zülal: Ətsiz qidalanmanın görünməyən tərəfləri
"Ət yüksək keyfiyyətli zülal mənbələrindən biri hesab olunur. Zülallar amin turşularından ibarətdir və insan orqanizmi onların 20 növündən istifadə edir. Bu amin turşularından 9-u əvəzolunmaz sayılır. Yəni orqanizm onları özü sintez edə bilmir və mütləq qida vasitəsilə qəbul etməlidir".
Bunu BiG.AZ-a açıqlamasında qida eksperti Asim Vəliyev bildirib.
O, qeyd edib ki, heyvan mənşəli zülallar adətən bu 9 amin turşusunun hamısını uyğun nisbətdə ehtiva edir. Bitki mənşəli zülallarda isə bəzi amin turşuları kifayət qədər olmaya bilər. Bu səbəbdən ət istehlakını azaltmaq istəyən şəxslər üçün qida müxtəlifliyi xüsusilə vacibdir:
"Ən praktik yanaşmalardan biri paxlalıları taxıllarla birlikdə istifadə etməkdir. Mərci ilə düyü, noxudla bulqur və ya lobya ilə tam taxıllı məhsullar bir-birini tamamlayaraq daha balanslı zülal profili yaradır.
Digər vacib məqam isə dəmirlə bağlıdır. Bitki mənşəli dəmirin orqanizm tərəfindən mənimsənilməsi heyvan mənşəli dəmirlə müqayisədə daha zəifdir. Buna görə paxlalı yeməklərlə birlikdə C vitamini mənbələrinin istifadəsi tövsiyə olunur. Limon, pomidor, bibər və göyərti dəmirin sorulmasını müəyyən qədər artırır.
Ət yeməyən insanlarda ən çox diqqət tələb edən məsələlərdən biri də B12 vitamini çatışmazlığıdır. Bu vitamin bitki mənşəli qidalarda demək olar ki, yoxdur. Uzun müddət heyvan mənşəli qidalardan uzaq duran şəxslərdə B12 çatışmazlığı riski yüksəlir.
Bundan əlavə, dəmir və sink çatışmazlığı da yarana bilər. Xüsusilə yorğunluq, halsızlıq, saç tökülməsi və anemiya kimi hallar müşahidə oluna bilər. Bu əlamətləri yalnız stress və ya həyat tərzi ilə əlaqələndirmək düzgün deyil. Bəzən əsas səbəb qida balansının pozulması olur.
Göbələk dad və tekstura baxımından əti xatırlatdığı üçün bir çox reseptdə alternativ kimi istifadə edilir. Lakin qida dəyərinə görə ətlə eyni hesab olunmur. Göbələyin zülal miqdarı ətlə müqayisədə xeyli aşağıdır. Buna görə onu əsas zülal mənbəyi kimi deyil, yeməyə dad və həcm qatan köməkçi komponent kimi qiymətləndirmək daha doğrudur.
Bioloji dəyərinə görə mərci, noxud, lobya və xüsusilə soya daha yaxşı alternativlər hesab edilir. Paxlalılar həm zülal, həm lif, həm də maqnezium baxımından zəngindir. Soya isə bitki mənşəli nadir tam zülal mənbələrindən biridir.
Əsas məsələ sadəcə əti rasiondan çıxarmaq deyil, balanslı qidalanma sistemini qorumaqdır. Xüsusilə hamilə qadınlar, inkişaf dövründə olan uşaqlar və yaşlı insanlar üçün ət zülalının rasiondan çıxarılması daha diqqətli yanaşma tələb edir. Belə hallarda qərarlar fərdi vəziyyətə uyğun verilməli, lazım gəldikdə laborator analizlər və həkim nəzarəti nəzərə alınmalıdır".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 596 Tarix: 08 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşŞairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."
"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis
18.09.2021 3544 Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO
Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət
18.09.2021 2568 Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO
Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə
18.09.2021 2874 Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO
ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1
18.09.2021 3133 Paşinyan Batumidə "yoxa çıxdı"
Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy
18.09.2021 774 Bakıda intiharın qarşısı alındı
Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl
17.09.2021 1997 Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR
Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:
18.09.2021 888 Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ
Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"
17.09.2021 999 Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb
Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl
18.09.2021 914