Ermənistan ordusu Xocalıda döyüş mövqeyi yaradır: Azərbaycan xəbərdarlıq atəşi açıb - VİDEO
Ötən gecə Ermənistan Silahlı Qüvvələrinin bölmələri Xocalı rayonunun Şuşakənd kəndi istiqamətində döyüş mövqelərinin yaradılması məqsədilə mühəndis-texniki və tikinti işlərinə başlayıb.
Ermənistanın kapitulyasiyası ilə bağlı Moskva sazişinə zidd olan bu qanunsuz fəaliyyətin qarşısını almaq üçün Azərbaycan Silahlı Qüvvələrinin bölmələri xəbərdarlıq atəşi açıb, bütün zəruri qabaqlayıcı tədbirlər görülüb, o cümlədən Rusiya sülhməramlıları kontingentinin komandanlığı məlumatlandırılıb.
Bir saat sonra hadisə yerinə sülhməramlıların şəxsi heyət qrupu gəlib. Lakin Rusiya sülhməramlıları Ermənistan Silahlı Qüvvələrinin qanunsuz fəaliyyətini, həmçinin aparılan işləri dayandırmaq əvəzinə, erməni quldur dəstələrinin təhlükəsizliyini təmin ediblər və gecə saatlarında işin davam etdirilməsinə şərait yaradıblar.
Xatırladaq ki, Prezident İlham Əliyev ötən müşavirədə Rusiyanın Ermənistan ordusunun bölmələrini beynəlxalq səviyyədə tanınmış Azərbaycan ərazisindən çıxarmaq öhdəliyini üzərinə götürdüyünü, lakin sonradan üzərinə düşən öhdəliyi pozduğunu bildirmişdi. Görünür, Rusiya sülhməramlı kontingenti nəinki yaranmış problemin həlli üçün səy göstərmir, əksinə, öz hərəkətləri ilə yaranmış gərginliyi daha da gücləndirir.
Rusiya sülhməramlılarının komandanlığına belə bir sual ünvanlayırıq: Nə baş verir və Rusiya hərbçilərinin hərəkətləri necə başa düşülməlidir?
Mənbə: Haqqin.az
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1971 Tarix: 20 iyul 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTürkiyə XİN Azərbaycanı belə təbrik etdi - Foto
Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanı 9 Noyabr - Dövlət Bayrağı Günü münasibəti ilə təbrik edib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı nazirliyin sosial media hesabında paylaşım edilib. "9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə azərbaycanlı qardaş və bacılarımızı təbri
10:33 188 Ərdoğanın Şuşadan dünyaya verdiyi mesajlar: Azərbaycan-Türkiyə birliyi sarsılmaz strateji reallıqdır
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 8 noyabr 2026-cı il tarixində Zəfər Günü münasibətilə Azərbaycana səfəri və Şuşada Prezident İlham Əliyevlə keçirdiyi görüş, ardınca mətbuata verdikləri bəyanatlar iki qardaş ölkə arasındakı münasibətlərin siyasi və strateji mahiyyətini bir daha nümayiş etdirdi
12:19 233 Şoyqu: Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması öz nəticəsini verir
Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması öz nəticəsini verir. APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu MDB ölkələri Təhlükəsizlik Şuraları katiblərinin iclasında çıxışında bildirib. O, Cənubi Qafqazda vəziyyət yaxşılaşdığını söyləyib
16:18 48 Bakıdan Cəbrayıla gedən avtomobil aşdı: Ziyarətə gedən qadın öldü
Cəbrayıl rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, qəza rayonun Şükürbəyli kəndi ərazisində qeydə alınıb. Hərəkətdə olan minik avtomobilinin aşması nəticəsində Bakı şəhərində yaşayan, əslən Cəbrayıldan olan Elnurə İsayeva ağır xəsarətlər alıb. O, dərhal xəstəxanay
13:29 176 İlham Əliyevin Zəfər Günü müraciəti: Xankəndidən dünyaya verilən güclü Azərbaycan mesajı
8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının milli qürurunun, tarixi ədalətin və dövlətçilik iradəsinin təntənəsidir. Prezident İlham Əliyevin 2026-cı il noyabrın 8-də Xankəndi şəhərindən Azərbaycan xalqına ünvanladığı müraciət isə bu möhtəşəm tarixi Qələbənin siyasi, hərbi və mənəvi əhəmiyyətini bir dah
10:57 190 Bakıda "QAZ-3110"la təkərləri sürüşdürüb şou göstərdi - Narkoman olduğu üzə çıxdı
Bakıda narkotik vasitənin təsiri altında avtomobil idarə edərək bir neçə rayonda avtoxuliqanlıq edən 21 yaşlı gənc 1 ay 15 gün müddətinə inzibati qaydada həbs edilib. Qaynarinfo-nun məlumatına görə, 2005-ci ildə Bakı şəhərində anadan olan E.R. barəsində Yasamal Rayon Məhkəməsində bir neçə inzibati xət
11:13 206 Güclü qar səbəbindən Xınalıq yolu müvəqqəti bağlanıb
Quba və Qusar rayonlarının yüksək dağlıq ərazilərinə güclü qar yağıb. APA-nın Şimal bürosunun məlumatına görə, qar örtüyünün hündürlüyü Quba rayonunun Qrız kəndində 27 santimetr, Xınalıq kəndində 25 santimetr, Qusar rayonunun Laza kəndində isə 20 santimetrə çatıb. Qeyd edək ki, güclü qar yağması səbəbində
15:00 130 "Eşq olsun Azərbaycan Bayrağına!" - Video
Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 9 noyabr - Bayraq Günü münasibətilə paylaşım edilib. "Qafqazinfo" paylaşımı təqdim edir:. "Bu gün Azərbaycanın hər bir yerində Azərbaycan Bayrağı dalğalanır! Eşq olsun Azərbaycan Bayrağına. Paylaşımı buradan izləyin
10:00 193 İlham Əliyevin Zəfər Günü müraciəti: Azərbaycanın tarixi Qələbəsi və yeni geosiyasi reallıqların siyasi təhlili
8 Noyabr - Zəfər Günü Azərbaycan tarixinin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, milli dövlətçilik iradəsinin, siyasi qətiyyətin və hərbi qüdrətin təntənəsidir. Prezident İlham Əliyevin Zəfər Günü münasibətilə Azərbaycan xalqına ünvanladığı müraciət bu tarixi hadisənin yalnız keçmişin qürur mənbəy
11:13 177