Məhərrəm ayında toy hazırlıqları: "Sifariş çoxdur, amma ayıbdır" - ARAŞDIRMA
İyulun 30-da Azərbaycanda Məhərrəm ayı başlanacaq. Hər il bu ərəfədə toyların keçirilib-keçirilməyəcəyi ilə bağlı müzakirələr gündəmdə olur. Ənənəyə uyğun olaraq, Məhərrəm ayında Azərbaycanda toylar keçirilmir. İki ilə yaxındır ki, ölkədə karantin rejiminin tətbiq olunduğunu nəzərə alsaq, mürəkkəb vəziyyət yaranır.
Bəziləri Məhərrəm ayında toy məclisinin təşkilinin günah olduğunu hesab edirlər. Digərləri isə bunun əksini düşünürlər.
Ümumiyyətlə, Məhərrəm ayında toy etmək olarmı? Qarşıdakı dövrdə toy etmək üçün şadlıq saraylarına müraciət edənlər varmı?
Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin keçmiş sədri, alim-dinşünas Rafiq Əliyev Oxu.Az-a açıqlamasında bildirib ki, Məhərrəm ayında toy etmək günah deyil:
"Məhərrəm ayı əsasən şiə zonasında keçirilir. İran, Azərbaycan və Orta Asiyanın bəzi yerlərində təşkil olunur. İslam yaranandan sonra ortaya çıxan bir məsələdir. Toyun olub-olmaması ilə bağlı məsləhətlər veriblər. Toy, şadlıq mərasimlərinin keçirilməməsini bildiriblər. Lakin toy etməyin heç bir günahı yoxdur".
R.Əliyev qeyd edib ki, Qurani-Kərimdə Məhərrəm ayı ilə bağlı heç bir qeyd yoxdur:
"Toy etmək, evlənmək, insan nəslini artırmaq Allahın bizə verdiyi ən böyük nemətdir. Və o böyük neməti bizim təxirə salmağımız düzgün deyil. Biz onu təxirə salsaq, daha sonra 11 ay ərzində, bəlkə, heç o toy baş tutmayacaq. Bütün bunları nəzərə alaraq, fikrimcə, Aşura günündən başqa digər günlərdə toy etmək mümkündür. Toy etmək Qurana zidd deyil. Qurani-Kərimdə Məhərrəm ayı ilə bağlı heç bir qeyd yoxdur".
Bir neçə restoran və şadlıq evi ilə əlaqə saxlayaraq Məhərrəm ayında sifarişlərinin olub-olmadığı ilə maraqlandıq.
Onlardan bəzilərinin inzibatçıları həmin ərəfə üçün sifarişlərinin olmadığını vurğulayıb.
Bir qismində isə sifariş olsa belə, qəbul etmədiklərini bildirdilər: "İllərdir bunları qoruyub-saxlamışıq, bundan sonra da belə olacaq".
Şadlıq saraylarının birindən isə qeyd etdilər ki, Məhərrəm ayında toy üçün çoxsaylı müraciətlər daxil olub, lakin müraciətləri qəbul etməyiblər. İnzibatçı hətta bunun ayıb olduğunu da əlavə etdi.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1272 Tarix: 17 iyul 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşŞuşadan dünyaya ünvanlanan siyasi mesaj: Azərbaycan-Türkiyə müttəfiqliyi regional reallıqların əsas dayaqlarından biridir
Azərbaycan və Türkiyə münasibətləri müasir beynəlxalq münasibətlər sistemində tarixi köklərlə strateji maraqların vəhdət təşkil etdiyi nadir tərəfdaşlıq nümunələrindən biridir. Bu münasibətlərin mahiyyəti yalnız ortaq dil, din, mədəniyyət və tarixi bağlılıqla ölçülmür. İki dövlət arasındakı əlaqələ
12:37 161 İlham Əliyevin Zəfər Günü müraciəti: Azərbaycanın tarixi Qələbəsi və yeni geosiyasi reallıqların siyasi təhlili
8 Noyabr - Zəfər Günü Azərbaycan tarixinin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, milli dövlətçilik iradəsinin, siyasi qətiyyətin və hərbi qüdrətin təntənəsidir. Prezident İlham Əliyevin Zəfər Günü münasibətilə Azərbaycan xalqına ünvanladığı müraciət bu tarixi hadisənin yalnız keçmişin qürur mənbəy
11:13 177 Mingəçevirdə gənc bıçaqlanıb
Mingəçevir şəhərində bıçaqlanma hadisəsi olub. xəbər verir ki, 199-cu il təvəllüdlü Elgün Rzayev bıçaq xəsarəti ilə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına aparılıb. İlkin məlumata əsasən, onu bıçaqlayan şəxsin 1991-ci il təvəllüdlü Vüsal Kazımlı olduğu deyilir. Faktla bağlı araşdırma başlanılıb
14:10 151 Ərdoğanın Şuşadan dünyaya verdiyi mesajlar: Azərbaycan-Türkiyə birliyi sarsılmaz strateji reallıqdır
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 8 noyabr 2026-cı il tarixində Zəfər Günü münasibətilə Azərbaycana səfəri və Şuşada Prezident İlham Əliyevlə keçirdiyi görüş, ardınca mətbuata verdikləri bəyanatlar iki qardaş ölkə arasındakı münasibətlərin siyasi və strateji mahiyyətini bir daha nümayiş etdirdi
12:19 233 Türkiyədə tarixi qüllə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı - Foto
Türkiyənin Bursa şəhərinin Osmanqazi rayonunda, tarixi Tophane Parkında yerləşən Saat qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb. xəbər verir ki, işıqlandırma Azərbaycanda qeyd olunan 8 Noyabr - Zəfər Günü münasibətilə təşkil edilib. Həmin görüntüləri təqdim edirik:
08.11.2026 294 Özgür Özəl Prezident İlham Əliyevə zəng edib
Yeni Partiyanın sədri Özgür Özəl Prezident İlham Əliyevə zəng edib. xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin "X" hesabında məlumat paylaşılıb. Məlumatda bildirilib ki, Özgür Özəl Zəfər Günü münasibətilə dövlət başçısına və Azərbaycan xalqına təbriklərini çatdırıb. Dövlət başçısı təbriklər
15:06 130 Mərdəkan şossesində qəza sıxlıq yaratdı
Xəzər rayonu, Mərdəkan şossesində baş verən yol-nəqliyyat hadisəsi olub. Bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən "Qafqazinfo"ya məlumat verilib. Bidlirilib ki, hadisə səbəbindən mərkəz istiqamətində nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir. Hazırda polis sıxlığı
15:20 128 İmişlidə ağır qəza - 2 nəfər öldü+Yenilənib
İmişli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayon mərkəzinə yaxın ərazisində qeydə alınıb. Belə ki, ilkin məlumata görə, "Kia" markalı minik avtomobili yük maşınına çırpılıb. Hadisə nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb. Qəzanı
12:47 186 Tehrandan 14 vətəndaşının Azərbaycanda "arzuolunmaz şəxs" elan edilməsinə reaksiya
"Prinsipcə, 14 İran vətəndaşının "persona non grata" (arzuolunmaz şəxs) adlandırılması məntiqli deyil, çünki bu insanlardan heç biri diplomat deyil və ya Azərbaycan Respublikasında olmayıb". -ın " nəşrinə istinadən xəbərinə görə, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüs
16:10 48