Səudiyyə Ərəbistanının vəliəhdi Baydenə ABŞ-ın İraqdakı səhvlərini xatırladıb

Səudiyyə Ərəbistanının vəliəhdi Baydenə ABŞ-ın İraqdakı səhvlərini xatırladıbSəudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səud ABŞ Prezidenti Cozef Baydenə Birləşmiş Ştatların İraqdakı səhvlərini xatırladıb.

"Report" xəbər verir ki, bu barədə şənbə günü "Al Arabiya" telekanalı Səudiyyə Ərəbistanının adı açıqlanmayan rəsmisinə istinadən məlumat yayıb.

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi ABŞ Prezidenti ilə jurnalist Camal Qaşıqçının qətlə yetirilməsi ilə bağlı söhbətində qeyd edib ki, krallıq rəsmiləri bu faktla araşdırma aparıb və cinayətkarlar məsuliyyətə cəlb olunub.

Cümə günü baş tutan görüş zamanı vəliəhd Baydenin səudiyyəli müxalif jurnalistin öldürülməsi ilə bağlı dediklərinə cavabında baş verənlərin təəssüf doğurduğunu vurğulayıb. "Biz krallıqda bütün qanuni tədbirləri görmüşük - istintaq və məhkəmələrdən tutmuş məhkəmə qərarlarının verilməsi və icrasına qədər. Krallıq həmçinin gələcəkdə belə səhvlərin təkrarlanmaması üçün tədbirlər görüb", - mənbə Məhəmməd bin Salmandan sitat gətirib.

Məlumata görə, vəliəhd Baydenə oxşar hadisələrin bütün dünyada baş verdiyini deyib. Bu kontekstdə o, "Əl-Cəzirə" telekanalının jurnalisti Şirin Əbu Aklenin israilli snayper tərəfindən öldürülməsini xatırladıb və ABŞ-ın bu hadisəyə tam cavab verməsindən şübhələnib.

Bundan əlavə, Məhəmməd bin Salman Vaşinqtonun Yaxın Şərq siyasətini tənqid edib. O, xüsusilə, Birləşmiş Ştatların əsgərlərinin İraqdakı Əbu Qreyb həbsxanasındakı hərəkətlərini ABŞ-ın səhvlərindən biri adlandırıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 640   Tarix: 17 iyul 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Şuşadan dünyaya ünvanlanan siyasi mesaj: Azərbaycan-Türkiyə müttəfiqliyi regional reallıqların əsas dayaqlarından biridir

Azərbaycan və Türkiyə münasibətləri müasir beynəlxalq münasibətlər sistemində tarixi köklərlə strateji maraqların vəhdət təşkil etdiyi nadir tərəfdaşlıq nümunələrindən biridir. Bu münasibətlərin mahiyyəti yalnız ortaq dil, din, mədəniyyət və tarixi bağlılıqla ölçülmür. İki dövlət arasındakı əlaqələ

12:37 161
.

İlham Əliyevin Zəfər Günü müraciəti: Azərbaycanın tarixi Qələbəsi və yeni geosiyasi reallıqların siyasi təhlili

8 Noyabr - Zəfər Günü Azərbaycan tarixinin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, milli dövlətçilik iradəsinin, siyasi qətiyyətin və hərbi qüdrətin təntənəsidir. Prezident İlham Əliyevin Zəfər Günü münasibətilə Azərbaycan xalqına ünvanladığı müraciət bu tarixi hadisənin yalnız keçmişin qürur mənbəy

11:13 177
.

Mingəçevirdə gənc bıçaqlanıb

Mingəçevir şəhərində bıçaqlanma hadisəsi olub. xəbər verir ki, 199-cu il təvəllüdlü Elgün Rzayev bıçaq xəsarəti ilə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına aparılıb. İlkin məlumata əsasən, onu bıçaqlayan şəxsin 1991-ci il təvəllüdlü Vüsal Kazımlı olduğu deyilir. Faktla bağlı araşdırma başlanılıb

14:10 151
.

Ərdoğanın Şuşadan dünyaya verdiyi mesajlar: Azərbaycan-Türkiyə birliyi sarsılmaz strateji reallıqdır

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 8 noyabr 2026-cı il tarixində Zəfər Günü münasibətilə Azərbaycana səfəri və Şuşada Prezident İlham Əliyevlə keçirdiyi görüş, ardınca mətbuata verdikləri bəyanatlar iki qardaş ölkə arasındakı münasibətlərin siyasi və strateji mahiyyətini bir daha nümayiş etdirdi

12:19 233
.

Türkiyədə tarixi qüllə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı - Foto

Türkiyənin Bursa şəhərinin Osmanqazi rayonunda, tarixi Tophane Parkında yerləşən Saat qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb. xəbər verir ki, işıqlandırma Azərbaycanda qeyd olunan 8 Noyabr - Zəfər Günü münasibətilə təşkil edilib. Həmin görüntüləri təqdim edirik:

08.11.2026 294
.

Özgür Özəl Prezident İlham Əliyevə zəng edib

Yeni Partiyanın sədri Özgür Özəl Prezident İlham Əliyevə zəng edib. xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin "X" hesabında məlumat paylaşılıb. Məlumatda bildirilib ki, Özgür Özəl Zəfər Günü münasibətilə dövlət başçısına və Azərbaycan xalqına təbriklərini çatdırıb. Dövlət başçısı təbriklər

15:06 130
.

Mərdəkan şossesində qəza sıxlıq yaratdı

Xəzər rayonu, Mərdəkan şossesində baş verən yol-nəqliyyat hadisəsi olub. Bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən "Qafqazinfo"ya məlumat verilib. Bidlirilib ki, hadisə səbəbindən mərkəz istiqamətində nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir. Hazırda polis sıxlığı

15:20 128
.

İmişlidə ağır qəza - 2 nəfər öldü+Yenilənib

İmişli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayon mərkəzinə yaxın ərazisində qeydə alınıb. Belə ki, ilkin məlumata görə, "Kia" markalı minik avtomobili yük maşınına çırpılıb. Hadisə nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb. Qəzanı

12:47 186
.

Tehrandan 14 vətəndaşının Azərbaycanda "arzuolunmaz şəxs" elan edilməsinə reaksiya

"Prinsipcə, 14 İran vətəndaşının "persona non grata" (arzuolunmaz şəxs) adlandırılması məntiqli deyil, çünki bu insanlardan heç biri diplomat deyil və ya Azərbaycan Respublikasında olmayıb". -ın " nəşrinə istinadən xəbərinə görə, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüs

16:10 48
.