İlham Əliyev Azərbaycan xalqını təbrik etdi

İlham Əliyev Azərbaycan xalqını təbrik etdiPrezident İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

Təbrikin mətni Prezidentin rəsmi saytında yerləşdirilib.

Təbrikdə deyilir:

"Sizi və Azərbaycandan kənarda yaşayan bütün soydaşlarımızı İslam dünyasının birlik, bərabərlik və qardaşlıq rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, hamınıza ən səmimi arzu və diləklərimi yetirirəm.

Qurban bayramı İslam dininin bəşəriyyətə mənəvi-əxlaqi qurtuluş yolu kimi göndərilməsi ilə əlamətdardır və müsəlmanların Allah sevgisini, haqq-ədalət naminə hər cür fədakarlığa hazır olduqlarını təcəssüm etdirir.

Azərbaycan xalqı əsrlər boyu tarixi köklərinə və adət-ənənələrinə bağlılığı ilə seçilmiş, ən mürəkkəb dövrlərdə belə, öz milli-mədəni dəyərlərini qoruyub saxlamışdır. Müsəlman aləmi ilə mənəvi həmrəyliyimizi nümayiş etdirən dini bayramlar, o cümlədən Qurban mərasimləri hər il ölkəmizdə böyük təntənə və ruh yüksəkliyi ilə qeyd olunur, Allahın adına qurbanlar kəsilir, dövlətimizin tərəqqisi, xalqımızın rifahı və əmin-amanlığı üçün dualar edilir.

Azərbaycanın müstəqilliyi uğrunda və əzəli torpaqlarımızın işğaldan azad olunmasında canlarını fəda edən qəhrəman şəhidlərimizin ölməz xatirəsini bir daha dərin ehtiramla yad edir, onlara Uca Yaradandan rəhmət, yaxınlarına səbir diləyirəm.

Əziz bacı və qardaşlarım!

Ümidvaram ki, etdiyiniz dua və niyyətlər Tanrı dərgahında qəbul olunacaq, bu mübarək bayram da xalqımıza xas xeyirxahlığın, şəfqət və mərhəmətin təntənəsinə çevrilərək, cəmiyyətimizdə milli-mənəvi həmrəylik ovqatını daha da gücləndirəcəkdir.

Qoy müqəddəs Qurban bayramı ailələrinizə firavanlıq, süfrələrinizə xeyir-bərəkət gətirsin.

Bayramınız mübarək olsun!"


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 821   Tarix: 07 iyul 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ermənistanda siyasi yarış qızışır: Paşinyan və Karapetyan üz-üzə

Ermənistanın Baş naziri Nikol Paşinyan 7 iyun tarixində keçiriləcək parlament seçkilərinə hazırlıq məqsədilə iş fəaliyyətinə və məzuniyyətə fasilə vermək qərarı alıb. xəbər verir ki, bu barədə Hraparak qəzeti öz mənbələrinə istinadən məlumat yayıb. Jurnalistlərin yazdığına görə, seçki kampaniyasını

08.05.2026 204
.

Mənəvi sarsıntı və iztirab: qanun nə deyir?

"Mənəvi zərər fiziki şəxsin şəxsiyyət hüquqlarının pozulması nəticəsində keçirdiyi mənəvi sarsıntı və ya iztirab hesab olunur. Mənəvi zərərə görə kompensasiya isə hüquqazidd hərəkət və ya hərəkətsizliyə məruz qalan şəxsin yaşadığı psixoloji sarsıntının təsirini azaltmaq, onun mənəvi tarazlığın

08.05.2026 255
.

İsrail ordusu Hizbullah terror təşkilatının şimalına raket zərbələri endirməyə hazırlaşır

İsrail Müdafiə Qüvvələri Hizbullahdan İsrailin şimalına raket atəşi ehtimalına hazırlaşır və cümə günü verdiyi açıqlamada ictimaiyyəti ayıq-sayıq olmağa çağırıb. BİG.AZ The Jerusalem Post-a istinadən xəbər verir ki, hərbçilər hazırda Daxili Cəbhə Komandanlığının təlimatlarında heç bir dəyişiklik olmadığın

08.05.2026 186
.

Şənbə günü hava belə olacaq

Sabaha gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz yarımadanın bəzi yerlərində qısamüddətli az yağı

08.05.2026 217
.

Etibar Məmmədovun villasında böyük məbləğdə oğurluq: "Dolabda dollar "paçka"ları var idi"

Bakının Sabunçu rayonunda yeniyetmə oğlan villadan oğurluq edib. Teleqraf-ın əldə etdiyi məlumata görə, hadisə Bilgəh qəsəbəsi, A.Salahzadə küçəsində baş verib. Həmin ünvanda yaşayan Etibar Məmmədov və onun oğlu Orxan Məmmədova məxsus üç mərtəbəli evdən 19 min ABŞ dolları (32.300 manat) oğurlanıb. Məlu

08.05.2026 374
.

Rubio ABŞ-ın müharibəyə son qoymaq təklifi ilə bağlı İrandan bu gün cavab gözlədiklərini bildirib

ABŞ İrandan müharibəyə son qoymaq təklifinə hələ cavab almayıb. APA xəbər verir ki, bunu ABŞ Dövlət katibi Marko Rubio jurnalistlərə bildirib. "Bu gün İrandan cavab gözləyirik. Hələlik onu almamışıq. Ümid edirəm ki, bu, ciddi bir təklif olar. Həqiqətən də belə ümid edirəm", - o deyib. Rubi

08.05.2026 231
.

Hörmüz boğazında toqquşma - İrandan yeni açıqlama

Xatəm əl-Ənbiya Mərkəzi Qərargahının sözçüsü, polkovnik İbrahim Zülfəqari bildirib ki, İran qüvvələri ABŞ-ın İran gəmilərinə hücumundan sonra Hörmüz boğazında Amerika hərbi gəmilərinə qarşı əməliyyat həyata keçirib. xəbər verir ki, bu barədə Press TV məlumat yayıb. Bəyanatda qeyd olunub ki, İran İsla

08.05.2026 203
.

Qızılın qiyməti kəskin ARTDI

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri artıb. birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin iyun fyuçerslərinin dəyəri 0,42% artaraq 4,730.6 ABŞ dollarına bərabər olub. COMEX-d

08.05.2026 264
.

Rusiya dövlət televiziyasıda Azərbaycan qarşı növbəti təxribat

6 may tarixində Rusiya Federasiyasının dövlət kanalı olan "1-ci" kanalın "zaman göstərər" ("vremya pokajet") verilişində Azərbaycan Respublikasının təhrif olunmuş xəritəsinin nümayiş etdirilməsi, xəritədə mövcud olmayan qondarma "Dağlıq-Qarabağ" ifadəsinin ye

08.05.2026 266
.

TOP MP3