Azərbaycanda kişi arvadına görə qayınanasını və qayınatasını güllələdi

Azərbaycanda kişi arvadına görə qayınanasını və qayınatasını güllələdi2020-ci il sentyabrın 18-də Xaçmaz rayonu ərazisində Bəykəs Yunusov və həyat yoldaşı Sona Yunusovanın yaşadıqları evdə silahdan açılan atəşlə qətlə yetirilmələri ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat daxil olub. Hadisə ilə əlaqədar polis və prokurorluq əməkdaşları ünvana gələrək, lazımi istintaq hərəkətlərini yerinə yetiriblər. Daha sonra isə 1974-cü il təvəllüdlü Rəhman Osmanov Xaçmaz rayon Polis Şöbəsinə gələrək qayınana və qayınatasını öldürdüyünü deyərək könüllü təslim olub.

Faktla bağlı Xaçmaz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Azərbaycanda kişi arvadına görə qayınanasını və qayınatasını güllələdiLent.az həmin qətl hadisəsinin istintaq materiallarını əldə edib.

İstintaqla müəyyən edilib ki, Rəhman Osmanov nikahdan kənar qeyri-rəsmi arvadı Könül Yunusovanın onu tərk edib, atasının evinə getməsi ilə əlaqədar qayınatası Bəykəs Yunusovu, qayınanası Sona Yunusovanı və qaynı Cavid Yunusovu günahkar bilib. Rəhman adları çəkilən qohumlarının onun ailədaxili işlərinə müdaxilə edərək, həyat yoldaşını ondan ayırıb öz evlərinə apardıqları üçün qisas niyyəti ilə onları öldürmək qərarına gəlib. Bu məqsədlə avqust ayında yaşadığı Seyidli kəndindəki fərdi evin həyətində, mərhum atasından qalmış 16 kalibrli ov tüfənginin lüləsini kustar üsulla kəsərək ilkin təyinatını dəyişdirib. Sentyabrın 18-i səhər saat 6 radələrində yüngül dərəcəli sərxoş halında qayınatasının Ləcət kəndində yaşadığı evə gedib. Əvvəlcə odlu silahdan yaxın məsafədən qayınatasına, ardınca da qayınanasına atəş açıb. Bununla da hər ikisini xüsusi amansızlıqla öldürüb. Daha sonra vahid niyyətini başa çatdırmaq məqsədilə, yaxınlıqda yaşayan qaynı Cavid Yunusovun evinə yollanıb. Evin giriş qapısı bağlı olduğundan, fiziki güc tətbiq edərək qapını zorla açmağa çalışıb. Amma qapını aça bilmədiyindən, tüfəng kəsiyindən pəncərəni nişan alaraq 2 dəfə atəş açıb. Qırmalar Cavid Yunusova dəymədiyindən, Rəhman Osmanov onu öldürə bilməyib.

Azərbaycanda kişi arvadına görə qayınanasını və qayınatasını güllələdiİş üzrə dindirilmiş Rəhman Osmanov bildirib ki, 1999-cu ildən qeyri-rəsmi Ləcət kənd sakini Könül Yunusova ilə yaşayıb. Onların qızları hazırda ərdədir və qonşu kənddə yaşayır:

"2020-ci il avqustun 23-də evdə olmadığım vaxt qayınanam Sona Yunusova və böyük qaynım evimə gəlib, məndən xəbərsiz arvadımı evlərinə aparıblar. Bununla əlaqədar Cavidə zəng etsəm də, o, zəngimə cavab vermədi. Bir neçə gün Könülün evə qayıtmasını gözləsəm də, o, geri qayıtmadı. Buna görə bu məsələyə bir dəfəlik son qoymağı qərarlaşdırdım. Əsas günahkarlar qayınatam, qayınanam və qaynım idi. Onlar daim mənim ailədaxili işlərimə müdaxilə edərək, ailəmi dağıtmağa çalışırdılar. Tüfəngin lüləlisini kəsməkdə məqsədim onu çantada rahat daşımaq idi. Sentyabrın 18-i gecə saat 3 radələrində içkili vəziyyətdə silahı və 8 ədəd patronu qara rəngli idman çantasına qoyub, qayınatamın yaşadığı evə yollandım. Evin qarşısında tüfəngi və patronları çantamın içərisindən çıxardım. Bir neçə saat həyətdəki talvarın altında oturub onların yuxudan oyanmasını gözlədim. Saat 6-da 2-ci mərtəbəyə qalxıb kiçik qaynım Firuzun yatdığı otağa keçdim. Firuzu yuxudan oyadıb bacısının harada olduğunu soruşanda o, bacısının evdə olmadığını dedi. Firuzdan siqaret götürüb yenidən həyətə düşdüm. 1-ci mərtəbədə qayınana və qayınatamın otağına daxil olub. Könülün harada olduğunu soruşdum. Onlar Könülün başqa yerdə olduğunu söylədikdə, hər ikisinə iradımı bildirdim. Əvvəlcə qayınatamın, sonra da qayınanamın sinəsinə yaxın məsafədən atəşlər açdım. Səsi eşidən arvadım otağa girdi və yerə yıxılmış ata-anasını gördü. Qaynım Firuz Könülə dedi ki, dərhal buradan qaçsın. Evdən çıxıb arvadımın arxasınca getdim. Təxminən 60 metr aralıda yerləşən böyük qaynım Cavidin yaşadığı evin yanına çatdım. Könül qaçaraq evə daxil oldu və qapını arxadan kilidlədi. Güclə qapının tutacağını özümə tərəf dartsam da, qapını aça bilmədim. Silahdan evin pəncərəsinə 2 dəfə atəş açdım. Həmin vaxt evdə Cavid, arvadı, uşaqları və Könül var idi.

Bundan sonra, hadisə yerindən uzaqlaşıb Ləcət kəndindəki dəmiryol stansiyasına getdim. Orada qarşıma çıxan polis əməkdaşlarına törətdiyim hadisə haqda danışdım. Silahla qalan patronları onlara təhvil verdim. Bir azdan digər əməkdaşlar gəlib məni polis şöbəsinə apardılar".

Azərbaycanda kişi arvadına görə qayınanasını və qayınatasını güllələdiZərərçəkmiş şəxsin hüquqi varisi Firuz Yunusov ifadəsində göstərib ki, qətlə yetirilmiş şəxslər onun valideynləri olub:

"Yeznəm Rəhman Osmanov son illər mütəmadi spirtli içki qəbul etdiyi üçün arvadı Könüllə aralarında münaqişələri yaranırdı. Bu səbəbdən bacım bir neçə dəfə küsərək ata evinə gəlmişdi. Lakin ailə üzvləri onları barışdırırdılar. Rəhman üzrxahlıq edib Könülü evinə aparırdı. 2020-ci ilin avqust ayında bacım anama zəng edərək Rəhmanın onu incitdiyini və vəziyyətinin artıq dözülməz olduğunu dedi. Onu evimizə gətirməyi xahiş etdi. Anam bu barədə qardaşım Cavidə xəbər verəndən sonra, Seyidli kəndinə gedib Könülü öz istəyi ilə ata evinə gətirdilər. Könül 2-ci mərtəbədəki otaqda qalırdı. Sentyabrın 18-i səhər saat 6 radələrində yatdığım yerdə yeznəm otağa daxil olub məni yuxudan oyatdı. Könülün Rəhmanı görmək istəmədiyini bildiyim üçün ona yalandan bacımın evdə olmadığını dedim. Rəhman məndən siqaret alıb çölə çıxdı. Çox keçmədən həyətdən səs-küy səsləri eşidib 1-ci mərtəbəyə düşdü. Osmanovun tüfəngdən atəş açıb ata-anamı vurduğunu gördüm. Şoka düşüb nə edəcəyimi bilmədim. Yaxınlaşıb tüfəngi əlindən almaq istəyəndə Rəhman yaxınlaşmamağımı, əks halda məni də vuracağını dedi. İçəri girən bacım valideynlərini qan içində görüb, qorxaraq qardaşım Cavidin evinə qaçdı. Rəhman qardaşımın evinə atəş açdı. O, gedəndən sonra qapını döyüb Cavidə çölə çağırdım. Cavidlə birlikdə ata evimizə qayıtdıq. Qardaşım Daxili İşlər Nazirliyinin "102" xidmətinə və təcili tibbi yardıma zəng edərək məlumat verdi. Yoxlayanda artıq anamın nəbzi yox idi. Lakin atam hələ yaşayırdı. Təcili Tibbi yardım briqadası atamı xəstəxanaya çatdırsa da, həkimlər onun həyatını xilas edə bilmədilər. Həmin gün valideynlərimi kənd qəbiristanlığında dəfn etdik".

Azərbaycanda kişi arvadına görə qayınanasını və qayınatasını güllələdiŞahid Könül Yunusova ifadəsində göstərib ki, yoldaşı Rəhmanın ona qarşı etdikləri haqsızlıqlar və zülmlərə tab gətirə bilməyib, bir dəfəlik ayrılmaq qərarına gəlib:

"Telefonla anama zəng edərək həyatımdan bezdiyimi, belə gedişlə özümə qəsd edəcəyimi söylədim. Anamdan gəlib məni ata evinə aparmalarını xahiş etdim. Onlar gələnə kimi öz əşyalarımı hazırladım. Həmin vaxtı ərim evdə yox idi. Sentyabrın 18-də səhər Rəhman ata evimə gələrək, valideynlərimi qətlə yetirdi. Yəqin ki, qardaşım Cavidin evinə çatıb gizlənməsəydim yoldaşım məni də öldürəcəkdi. Çünki otağın döşəməsində uzanan ata-anamı görəndə, Rəhman mənə baxaraq, növbəti patronları tüfəngə yerləşdirməyə başlamışdı".

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rəhman Osmanov 20 il müddətinə azadlıqdan məhrum olunub.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1669   Tarix: 04 iyul 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

ABŞ-da imzalanan sənəd Cənubi Qafqazda yeni geosiyasi mərhələnin əsasını qoyub

Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin mətninin bir il əvvəl Amerika Birləşmiş Ştatlarında paraflanması və bu prosesdə ABŞ Prezidentinin iştirak etməsi 2020-ci ildən etibarən davam edən sülh prosesinin məntiqi nəticəsi kimi qiymətləndirilməlidir. Çünki Vətən müharibəsində qazanılan tarix

12:29 47
.

Avropada anomal istilər və quraqlıq: Fermerlərə dəyən ziyan milyardlarla avro ilə ölçülür

Fransada anomal istilər, genişmiqyaslı yanğınlar və quraqlıq kənd təsərrüfatına ciddi ziyan vurub, nəticədə fermerlərə dəyən itkilərin kompensasiyası üçün milyardlarla avro tələb olunacaq. xəbər verir ki, bunu Fransanın ən böyük kənd təsərrüfatı həmkarlar ittifaqının rəhbəri Arno Russo "Franceinfo"

09.08.2026 229
.

Kürdə batan qız Azərbaycan çempionu imiş

Samuxda 17 yaşlı qızın suda boğulmasının bəzi təfərrüatları məlum olub. Suda batan 2009-cu il təvəllüdlü Gülnaz Məmmədova Kür çayına ailəsi ilə birlikdə istirahətə gedibmiş. Qızın nənəsi Gülnaz Məmmədova APA-nın yerli bürosuna bildirib ki, hadisə nəvələri suda çiməndə baş verib: "Gözümüz baxa-bax

10:29 212
.

Vaşinqton görüşü: Azərbaycanın diplomatik uğurunun yeni mərhələsi

Prezident İlham Əliyevin 8 avqust 2025-ci ildə ABŞ-a işgüzar səfəri Azərbaycan diplomatiyasının tarixində mühüm hadisələrdən biri kimi yadda qaldı. Vaşinqtonda keçirilən görüşlər təkcə Azərbaycan-ABŞ münasibətlərinin inkişafı baxımından deyil, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması və Cənub

11:50 111
.

Pentaqon hərbi hakerlər arasında intihar hallarını araşdırır

ABŞ Kiber Komandanlığı hərbi hakerlər arasında baş verdiyi bildirilən bir sıra intihar hallarını araşdırır. Məlumata görə, 2026-cı ilin iyunun əvvəlindən iyulun əvvəlinədək azı beş hərbçi intihar edib. xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb. Məlumata görə, Pentaqon bu ölümlər

12:27 42
.

Ukrayna Qara dənizdə Qazaxıstan nefti daşıyan tankerlərə hücum etməməyi öhdəsinə götürüb

Ukrayna Rusiya ilə əlaqəsi olmayan neft tankerlərinə və Qazaxıstan neftinin ixracı üçün zəruri olan Qara dənizdəki infrastruktura zərbələr endirməməyi öhdəsinə götürüb. "Report" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi amerikalı məmura istinadən məlumat yayıb. Məmurun sözlərin

09.08.2026 282
.

Börnhəmin dəftərxanası pablarda ayaqüstə içki içməyi qadağan etmək təklifi tənqid edib

Böyük Britaniyanın baş naziri Endi Börnhəmin dəftərxanası Londonun bələdiyyə orqanlarının pablarda və onların yaxınlığındakı küçələrdə ayaqüstə pivə içmək praktikasını məhdudlaşdırmaq tövsiyəsini tənqid edib. "Report" xəbər verir ki, bu barədə "Evening Standard" qəzeti məlumat yayıb

09.08.2026 227
.

Şair Çingiz Əlioğlunun dəfn yeri bilindi

Əməkdar incəsənət xadimi şair Çingiz Əlioğlu Qurd qapısı qəbiristanlığında dəfn olunacaq. Bu barədə "Report"a mərhum şairin ailəsindən məlumat verilib. Bildirilib ki, Çingiz Əlioğlu ilə əvvəlcə Təzə Pir məscidində vida mərasimi keçiriləcək. Mərasimin ardınca cənazə Qurd qapısı qəbiristanlığın

10:04 178
.

Hindistanda eyni bölgədə pələng hücumunun 28-ci qurbanı: Fermeri öldürdü

Hindistanın Çandrapur şəhərində 55 yaşlı Rameş Kaşivara pələngin qurbanı olub. bildirir ki, bu barədə "Times of India" nəşri məlumat yayıb. Məlumata görə, fermer əkin sahəsini suvarmaq üçün tarlasına gedib. Lakin həmin axşam evə qayıtmayıb və bundan narahat olan ailə üzvləri onu axtarmağa başlayıblar

09.08.2026 302
.

TOP MP3