Rusiya istehsalı olan avtomobil hissələri bahalaşır
Rusiyaya tətbiq olunan sanksiyalardan sonra avtomobil sənayesinin çöküb.
Belə ki, Rusiyada ötən ilin eyni dövrü ilə müqayisədə minik avtomobillərinin istehsalı 96,7% azalıb. Həmçinin, dizel və benzin mühərriklərinin istehsalı 57%, yük avtomobillərinin istehsalı isə 39,3% aşağı düşüb.
Maraqlıdır, Azərbaycanda Rusiya istehsalı olan avtomobillərin ehtiyat hissələri bahalaşa bilər?
Mövzu ilə bağlı açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı bildirib ki, müharibə başlayandan bəri Rusiyanın avtomobil sənayesində böyük təlatüm yaşanır:
"Hətta iş o yerə çatıb ki, Rusiya vaxtilə istehsalını dayandırdığı köhnə avtomobillərin modellərini belə yenidən istehsal edəcəyini açıqlayıb.
Yəni bu, onu göstərir ki, Rusiyadakı avtomobil sənayesi çökmək üzrədir. Çünki 97 % azalma artıq rekord göstəricidir. Rusiya bu müharibə dövründə bir daha nümayiş etdirdi ki, tam olaraq avtomobil istehsalçısı deyil. Bir çox ölkələrin avtomobil istehsalında başqa dövlətlərdən asılılığı var.
Rusiyanın da Yaponiyadan, Almaniyadan, Çindən asılılığı vardı. Sözügedən ölkələrdən müxtəlif detallar alınaraq, avtomobillər istehsal edilirdi. Lakin Rusiyaya tətbiq olunan sanksiyalar həmin o detalların alınması prosesini dayandırdı. Beləliklə, Rusiya avtomobil istehsalında geriləməyə başladı. Bununla da, Rusiyanın büdcəsinə milyardlarla ziyan dəyir".
Ekspert qeyd edib ki, avtomobil istehsalı ilə detalların istehsalı fərqlidir:
"Rusiya istehsalı olan avtomobil detallarının çox bahalaşacağını düşünmürəm. Amma hansısa zərərlərin qarşılanması üçün Rusiya bu addımı da ata bilər.
Sözsüz ki, bu Azərbaycana da təsir göstərəcək. Hazırda Azərbaycanın avtomobil parkının təxminən 30 faizdən artığını Rusiya istehsalı olan avtomobillər təşkil edir. Ona görə də bu istiqamətdə müəyyən bahalaşma ola bilər. Amma hələlik bu, baş vermir. Çünki həmin avtomobillərin "ölüxanası" da kifayət qədər böyükdür. Yəni detal problemi yaxın vaxtlarda gözlənilmir"./Cebhe.info
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 864 Tarix: 03 iyul 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Ukraynanın coğrafiyası artıq dəyişib"
Kremlin sözçüsü Dmitri Peskov Ukraynanın ərazi görünüşünün dəyişdiyini bildirərək cəbhədəki reallıqların bunu təsdiqlədiyini deyib. "Qafqazinfo" xəbər verir ki, Peskov Moskvada jurnalistlərə açıqlamasında Ukrayna ilə bağlı ABŞ-nin vasitəçiliyi ilə Rusiya və Ukrayna arasında Birləşmiş Ərəb Əmirliklərini
16:50 157 Almaniya prezidenti postunda qadın görmək istəyir
Almaniya kansleri Fridrix Merts ölkənin ilk qadın prezidenti postuna İlze Aygnerin namizədliyini dəstəkləyib. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb. Mənbələrin bildirdiyinə görə, Merts partiyadaxili görüş zamanı İ.Aygnerə dəstəyini ifadə edib
14:50 171 Bakıda "QAZ-3110"la təkərləri sürüşdürüb şou göstərdi - Narkoman olduğu üzə çıxdı
Bakıda narkotik vasitənin təsiri altında avtomobil idarə edərək bir neçə rayonda avtoxuliqanlıq edən 21 yaşlı gənc 1 ay 15 gün müddətinə inzibati qaydada həbs edilib. Qaynarinfo-nun məlumatına görə, 2005-ci ildə Bakı şəhərində anadan olan E.R. barəsində Yasamal Rayon Məhkəməsində bir neçə inzibati xət
11:13 221 Sabah Bakıda hava yağmursuz olacaq
Bakıda və Abşeron yarımadasında noyabrın 10-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən BİG.AZ-a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləy
12:16 197 Azərbaycan millisi Dakarda çempion oldu
Azərbaycanın çimərlik güləşi üzrə oğlanlardan ibarət millisi Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında çempion olub. xəbər verir ki, bu barədə Milli Olimpiya Komitəsi məlumat yayıb. Yığma 70 xalla komanda hesabında birinci yeri tutub. Kollektivin üzvlərindən Tuna
17:40 142 Bakıda hündür ağac bahalı avtomobilin üzərinə aşdı (FOTO)
Bakıda hündür ağac güclü külək nəticəsində maşının üzərinə aşıb. -ın əldə etdiyi məlumata görə, ağac Suraxanı rayonunda güclü küləyin əsməsi nəticəsində Denza markalı 88-FA-759 dövlət nömrə nişanlı avtomobilin üzərinə aşıb. Ağacın qaz borusunu sındırması nəticəsində o da avtomobilin üzərinə düşüb. Avtomaşın
13:50 222 İlham Əliyevin Zəfər Günü müraciəti: Azərbaycanın tarixi Qələbəsi və yeni geosiyasi reallıqların siyasi təhlili
8 Noyabr - Zəfər Günü Azərbaycan tarixinin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, milli dövlətçilik iradəsinin, siyasi qətiyyətin və hərbi qüdrətin təntənəsidir. Prezident İlham Əliyevin Zəfər Günü münasibətilə Azərbaycan xalqına ünvanladığı müraciət bu tarixi hadisənin yalnız keçmişin qürur mənbəy
11:13 189 Tarixi müqavilənin bağlandığı yerdə üçrəngli bayraq
Türkiyənin Qars şəhərində yerləşən tarixi Qars qalasında 9 Noyabr-Bayraq Günü münasibətilə Azərbaycan bayrağı dalğalanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Azərbaycanın Qarsdakı baş konsulu Qoşqar Zeynalov sosial şəbəkə hesabında paylaşım edib. Baş konsul üçrəngli bayrağımızın tarixi Qar
17:30 140 Mərdəkan şossesində qəza sıxlıq yaratdı
Xəzər rayonu, Mərdəkan şossesində baş verən yol-nəqliyyat hadisəsi olub. Bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən "Qafqazinfo"ya məlumat verilib. Bidlirilib ki, hadisə səbəbindən mərkəz istiqamətində nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir. Hazırda polis sıxlığı
15:20 193