Paşinyanı parodiya edən aktyor: "Təbii alınması üçün çox çalışırdım" - FOTO

Paşinyanı parodiya edən aktyor: "Təbii alınması üçün çox çalışırdım" - FOTO"Yolda görəndə "Paşinyan gəldi, Paşinyan gəldi" deyirlər. Qorxurdum ki, məni buna görə vurarlar".

Bu sözləri Lent.az-a hamının Paşinyan kimi tanıdığı aktyor Anar Almazov deyib.

- Anar bəy, öncə özünüzü bizə tanıdın.

- Uşaqlıqdan kino sahəsinə marağım olub. Çoxlu filmlərə baxırdım. Universitetə qəbul olunandan sonra kino sahəsinə yönəldim. Əvvəlcə "Zaman" teatrında aktyor kimi işləməyə başladım. Yavaş-yavaş filmlərdə ikinci rejissor kimi çalışdım. İndi də həm aktyor, həm də rejissor kimi işləyirəm.

- Müharibə dövründə Paşinyan obrazı ilə gündəmə gəldiniz. Bunun tarixçəsi nədir? Necə oldu belə bir addım atdınız?

- Mən 15 ildir "Azərbaycanfilm" kinostudiyasında çalışıram. Bir gün çəkiliş qrupumuzda olan iş yoldaşım üzüm tüklü vəziyyətdə şəklimi çəkdi.
Bir də gördüm həmin oğlan Paşinyanla şəklimi yan-yana birləşdirib atıb mənə. Özüm də hiss elədim ki, çox oxşayırıq. Amma dedim paylaşmayın. Elə oldu ki, bu şəkil yayıldı. Həmin vaxt mən "Komedixana"da rejissor işləyirdim.

Mənim şəklimi ssenarist Ənvər Abbasov gördü. Aparıb Murad Dadaşova göstərib, deyib ki, Paşinyan obrazını canlandırıb, yumoristik çəkilişlər edək.

Müharibə dövründə hər həftə efirə bu tip videoları çəkib verdik. Onu da deyim ki, həmin şəkil 2010-cu ildə çəkilib.

Paşinyanı parodiya edən aktyor: "Təbii alınması üçün çox çalışırdım" - FOTO- Bəs, bu addımı insanlar necə qarşıladılar?

- Düzünü desəm, mən bu obrazı canlandırmaq istəmirdim. O vaxt Məlik Dadaşov da "Fəryad" filmində erməni yaraqlı obrazı canlandırmışdı. Özü danışırdı ki, tamaşaçılar yaxşı qarşılamayıb. Deyirdi ki, yolda gedəndə biri qapaz vurur, biri söyürdü.

Mən də buna görə istəmirdim. Amma əksi oldu. Yenidən "Fəryad" filmi çəkildi. Mən o obrazı canlandırdım. Bu videolarımı erməni saytları da paylaşmışdı.

- Yolda sizi görəndə necə reaksiya verirlər? Heç "qapaz" vuran olub?

- Yolda görəndə pis reaksiya vermirlər. "Paşinyan gəldi, Paşinyan gəldi" qışqırırlar. Uşaqlar, böyüklər hamısı yaxınlaşıb şəkil çəkdirirlər.

İnsanların müsbət qarşılamasının səbəbi də Paşinyanı lağa qoymağımızdı. Videolarda onu alçaldırdıq. Ona görə də insanlara, necə deyərlər, ləzzət elədi.

Paşinyanı parodiya edən aktyor: "Təbii alınması üçün çox çalışırdım" - FOTO- Paşinyan obrazı ilə bağlı başqa təkliflər almısınız?

-Hə, çox olub. İkinci dəfə "Fəryad" filmi çəkiləndə orada canlandırdım. Sonra bir internet kanalı var idi, oradan təklif elədilər. Belə çox olub. Çalışmışam ki, "Paşinyan" obrazı ilə gündəmdə olmayım. İstəmirəm ki, onunla reklam olum.

- Anar bəy, çəkilişlərə necə hazırlaşırdınız?

- Paşinyanın bütün çıxışlarını izləyirdim. Hakimiyyətə necə gəlib, mitinqlərdə, dövlət tədbirlərində necə hərəkət edir hamısına fikir verirdim. Təbii alınması üçün çox çalışırdım. Paşinyanın hərəkətlərini özümünküləşdirirdim.

Elə olurdu ki, çəkiliş qrupumuzda uşaqlar bir səhnəni neçə dəfə canlandırmağımı istəyirdilər. Çünki çox gülürdülər. Elə indi də dostlar arasında güldürmək üçün canlandırıram. Amma çəkilişdəki kimi gülməli olmur.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2014   Tarix: 28 iyun 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Putin, Tramp və Si Cinpin arasında mümkün görüşün gündəliyi müzakirə olunur

Rusiya, ABŞ və Çin Vladimir Putin, Donald Tramp və Si Cinpin arasında APEC sammiti çərçivəsində mümkün görüşün gündəliyi ilə bağlı fikir mübadiləsi aparırlar. APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib. Rusiya prezidentinin mətbuat katibi qeyd edi

14:00 164
.

Ərdoğanın Şuşadan dünyaya verdiyi mesajlar: Azərbaycan-Türkiyə birliyi sarsılmaz strateji reallıqdır

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 8 noyabr 2026-cı il tarixində Zəfər Günü münasibətilə Azərbaycana səfəri və Şuşada Prezident İlham Əliyevlə keçirdiyi görüş, ardınca mətbuata verdikləri bəyanatlar iki qardaş ölkə arasındakı münasibətlərin siyasi və strateji mahiyyətini bir daha nümayiş etdirdi

12:19 281
.

Tramp Putin və Si Cinpinlə gözlənilən görüşündən danışdı: "Maraqlı olacaq"

ABŞ Prezidenti Donald Tramp noyabrın 18-19-da Çində keçirilməsi nəzərdə tutulan Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində bu ölkənin lideri Si Cinpin və Rusiya Prezidenti Vladimir Putinlə görüşünü istisna etməyib. Prezidentin sözlərinə görə, digər məsələlərlə yanaşı

15:10 183
.

Mingəçevirdə gənc bıçaqlanıb

Mingəçevir şəhərində bıçaqlanma hadisəsi olub. xəbər verir ki, 199-cu il təvəllüdlü Elgün Rzayev bıçaq xəsarəti ilə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına aparılıb. İlkin məlumata əsasən, onu bıçaqlayan şəxsin 1991-ci il təvəllüdlü Vüsal Kazımlı olduğu deyilir. Faktla bağlı araşdırma başlanılıb

14:10 189
.

Ərdoğan Azərbaycan xalqını təbrik etdi

"Azərbaycanla Türkiyə fitnə mənbələrinə baxmayaraq, əməkdaşlığı gücləndirib. Türkiyə və Azərbaycan bir-birinə qopmaz bağlarla bağlı iki qardaş ölkədir". "Haber Global"a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan səfərindən qayıdarkən təyyarədə jurnalistlərə müsahibəsi zaman

14:34 184
.

İmişlidə ağır qəza - 2 nəfər öldü+Yenilənib

İmişli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayon mərkəzinə yaxın ərazisində qeydə alınıb. Belə ki, ilkin məlumata görə, "Kia" markalı minik avtomobili yük maşınına çırpılıb. Hadisə nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb. Qəzanı

12:47 218
.

Bakıdan Cəbrayıla gedən avtomobil aşdı: Ziyarətə gedən qadın öldü

Cəbrayıl rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, qəza rayonun Şükürbəyli kəndi ərazisində qeydə alınıb. Hərəkətdə olan minik avtomobilinin aşması nəticəsində Bakı şəhərində yaşayan, əslən Cəbrayıldan olan Elnurə İsayeva ağır xəsarətlər alıb. O, dərhal xəstəxanay

13:29 210
.

"Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Müsabiqəsinin final günü məlum oldu

"Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Müsabiqəsinin möhtəşəm final gecəsi noyabrın 30-da keçiriləcək. Şou Prodakşının layihəsi olan müsabiqənin seçim mərhələsi uğurla başa çatıb. Bu barədə layihənin Təşkilat Komitəsinin sədri Cavid Zamanlı saytımıza açıqlamasında məlumat verib. C. Zamanlını

19:22 143
.

Konqoda vəba epidemiyası: Yoluxanların sayı 60 mini ötdü

Konqo Demokratik Respublikasının (KDR) şərqində davam edən böyük vəba epidemiyası nəticəsində cari ilin əvvəlindən bəri yoluxanların sayı 60 mini ötüb. -ın xəbərinə görə, bu barədə RFI radiostansiyası məlumat verib. Bildirilib ki, xəstəliyin yayılması ilə əlaqədar KDR və qonşu Konqo Respublikasının hakimiyyə

15:30 185
.