1980-ci ildə dayandırılmış peyvənd bərpa olunacaq - Gürcü həkim
"Meymunçiçəyinin yoluxuculuğunu yüksək adlandırmaq olmaz. Buna görə təşvişə düşmək, pandemiya haqqında danışmaq tezdir".
BiG.AZ medicina.az-a istinadən bildirir ki, bunu Gürcüstanın tanınmış həkimi İrakli Dartsmeliya meymunçiçəyi təhlükəsi ilə bağlı Oxu.Az-a şərhində deyib.
Onun sözlərinə görə, əslində hazırda ciddi problem yoxdur.
"Virusa qarşı peyvənd bəşəriyyət tərəfindən ilk hazırlanan vaksindir. Olduqca sadədir, texnoloji cəhətdən istehsal etmək də asandır.
Çiçək xəstəliyinə qarşı peyvənd olunanların (hansı ki, əhalinin əhəmiyyətli hissəsini təşkil edir) risk zonasından kənarda qaldığına dair məlumatlar var. Buna "immunlaşdırılmış təbəqə" deyilir. 1980-ci ildə dayandırılmış peyvənd təcrübəsini isə yenidən bərpa etmək asandır", - deyə o bildirib.
Bəşəriyyətin meymunçiçəyinə qarşı deyil, əsl çiçək xəstəliyinə qarşı peyvənd edilməsinə gəlincə, mütəxəssis bildirib ki, prinsip eynidir və vaksin də eyni şəkildə hazırlanır, burada heç bir çətinlik yoxdur.
Ekspert xəstəliyin cinsi əlaqənin özəllikləri ilə bağlı olması, homoseksualların heteroseksuallardan daha çox meymunçiçəyinə yoluxması versiyasına da toxundu. O, bu fikirlə razılaşmadığını bildirdi.
"Bu versiyanın heç bir elmi və statistik əsası yoxdur. Axı, yoluxmuş şəxslə sadəcə təmasda olmaq kifayətdir... Cinsi həyatın xüsusiyyətinin buna nə aidiyyəti var? Baxmayaraq ki, sarı mətbuat bu mövzudan yapışa bilər", - deyə Dartsmeliya gülərək bildirib.
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1263 Tarix: 19 iyun 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşEhtiyat hissələri alarkən ən çox edilən 5 səhv
Avtomobil ehtiyat hissələri alarkən diqqətli olmaq vacibdir, çünki səhv seçimlər həm maliyyə zərərlərinə, həm də avtomobilin performansına mənfi təsir göstərə bilər. Ehtiyat hissəsi alarkən, düzgün qərarlar vermək avtomobilinizin performansını və təhlükəsizliyini təmin etmək üçün vacibdir. Ehtiyat hissəs
06.11.2026 559 12 yaşlı uşaq qızıl külçəsi tapdı
1799-cu ildə ABŞ-də 12 yaşlı Konrad Ridin dərədə tapdığı daşın əslində 7,7 kiloqramlıq qızıl külçəsi olduğu məlum olub. Ailə qiymətli metalın dəyərindən xəbərsiz olduğu üçün onu üç il ərzində qapı tutacağı kimi istifadə edib. Şimali Karolina ştatında yaşayan Konrad Rid Litl Medou Krik dərəsində oynayarkə
08.11.2026 222 Meqan Marklın atası həbs edildi
Meqan Marklın atası Tomas Marklın ABŞ Federal Təhqiqat Bürosu (FBI) tərəfindən saxlanıldığı iddia olunur. Axşam.az xəbər verir ki, "Daily Mail" nəşrinin məlumatına görə, 82 yaşlı kişi Floridada, demensiya xəstələri üçün nəzərdə tutulan xüsusi qayğı müəssisəsində cümə günü səhər saatlarınd
07.11.2026 257 Hər gün soyuq duş qəbul etsəniz, nə baş verər?
Mütəmadi olaraq soyuq duş qəbul etmək insanların xəstəlik səbəbindən işə getmədikləri günlərin sayının azalması və özlərini daha yaxşı hiss etmələri ilə əlaqəli ola bilər. xarivi KİV-ə istinadən xəbər verir ki, İsveçrənin Bazel Universitetinin psixoloqu Lena Qlazer soyuq duşun insan orqanizminə təsirin
08.11.2026 232 Klozetin içinə 1 ədəd su şüşəsi qoyun, fərqi görün
Evdə su sərfiyyatını azaltmaq məqsədilə klozet rezervuarlarına plastik şüşə qoyulması üsulu yenidən gündəmə gəlib. Mütəxəssislər düzgün quraşdırmanın vacibliyinə diqqət çəkiblər. xəbər verir ki, ev şəraitində su istehlakını azaltmaq üçün köhnə bir praktika olan rezervuara plastik şüşə yerləşdirmə üsul
07.11.2026 291 "ChatGPT"nin dərmanlarla bağlı tövsiyəsi daha bir nəfərin həyatına son qoydu
ABŞ-nin Vaşinqton ştatında yaşayan 31 yaşlı Bouen Vanın ailəsi "ChatGPT"nin verdiyi tibbi məsləhətlərin onun ölümünə səbəb olduğu iddiası ilə "OpenAI" şirkətinə qarşı məhkəmə iddiası qaldırıb. xəbər verir ki, iddialara görə, epilepsiyadan əziyyət çəkən Van işini itirdikdən sonra yen
01.11.2026 687 Telefon işığı beynimizi aldadırmış - Yuxusuz gecələrin səbəbi...
Smartfon və digər rəqəmsal cihazlardan yayılan mavi işıq insan sağlamlığına və yuxu rejiminə ciddi zərər vurur. "Qafqazinfo"nun xəbərinə görə, Harvard Tibb Məktəbinin tədqiqatçıları müəyyən ediblər ki, mobil telefon ekranlarının şüalanması yuxuya getməyi təmin edən melatonin hormonunun ifrazın
04.11.2026 520 Tozsoran niyə zəif çəkir? - 3 əsas səbəb
Tozsoran əvvəlki kimi tozları yaxşı təmizləmirsə, bu, cihazın sıradan çıxması demək deyil. Əksər hallarda problem çirklənmiş filtrlər, tıxanmış boru və ya dolmuş toz qabı ilə bağlı olur. xəbər verir ki, mütəxəssislərin fikrincə, bir neçə sadə yoxlama ilə problemin səbəbini müəyyənləşdirmək və əlavə xər
01.11.2026 499 Dezinfeksiya xidməti
Dezinfeksiya xidməti göstərən şirkət gəmiricilərə, parazitlərə , virus və infeksiyaların patogenlərinə qarşı uğurla mübarizə aparır. Dezinfeksiya şirkətləri minlərlə obyektin təhlükəsizliyini təmin edir, Bakı və Azərbaycan üzrə yüz minlərlə sakin üçün rahat iş və yaşayış şəraiti yaradır. Dezinfeksiy
02.11.2026 1617