"Vüqarın ölümünə anası dözmədi, mən şəkər tapdım, ayaq barmaqlarımı kəsiblər..."

"Vüqarın ölümünə anası dözmədi, mən şəkər tapdım, ayaq barmaqlarımı kəsiblər...""Güclü şəkərim var idi, sol ayağımın 5 barmağını kəsiblər. Müalicə ilə alınmadı, şəkər yüksək idi, həkim dedi ki, mütləq kəsilməlidir. Mən də özümə baxmadım, indi onun ağrısını çəkirəm. Özümü elə də yaxşı hiss etmirəm, evdə müalicə alıram. Həkim gəlib qulluq edib, gedir. Elə yaxşı insandır ki. Yavaş-yavaş evin içində gəzirəm. Oğlumun yanında qalıram, baldızım da qonşumdur, gəlib yeməyimi verir, evi yığışdırıb gedir".

BiG.AZ xəbər verir ki, bunu moderator.az-a açıqlamasında məşhur meyxanaçı Vüqar Biləcərinin atası Zakir Paşayev deyib. O daha sonra əlavə edib.

"İki oğlum olub, təbii ki, ata üçün övladlarının hər biri əziz və istəklidir, amma Vüqar ayrı övlad idi. Vüqar bir dənə idi, gəldi və getdi. Həm sənətdə, həm də həyatda. Allah onu bizə çox gördü. Onun ölümündən sonra anası dözə bilmədi, rəhmətə getdi, mən də güclü şəkər xəstəliyi tapdım. Onsuz dözmək çox çətindir, mən övlad yox, dağ itirdim. Belimi qırıb getdi. Onun üçün məzarının üstündə heykəl ucaltdım. Ayağ barmaqlarım kəsilsə də bu gün də məzarı üstünə getmişdim. Hər cümə axşamı, 2 gündən bir gedib məzarını ziyarət edirəm. Onu tək qoymuram, yeganə təsəllim onun məzarıdır. Gedib gələndən sonra rahatlıq tapıram" deyə meyxanaçının atası bildirib.
Meyxanaçının atası oğlunun pandemiyadan sonra evlənmək istədiyini də bildirib.
"Evə saat neçədə gəlirdisə mənimlə danışıb, məni qucaqlayıb, öpüb gedirdi. Bəzən düşünürəm ki, mən ölməli idim, amma o rəhmətə getdi. Zarafata salıb deyirdim ki, "gəl səni evləndirək". Deyirdi ki, "evlənərəm də". Pandemiya bitdi, dedi ki, "ata, sən nə deyirsənsə odur, evlənirəm". Amma evlilik ona qismət olmadı. Onun yoxluğu ilə barışa bilmirəm" deyə meyxanaçının atası bildirib.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1236   Tarix: 19 iyun 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Ehtiyat hissələri alarkən ən çox edilən 5 səhv

Avtomobil ehtiyat hissələri alarkən diqqətli olmaq vacibdir, çünki səhv seçimlər həm maliyyə zərərlərinə, həm də avtomobilin performansına mənfi təsir göstərə bilər. Ehtiyat hissəsi alarkən, düzgün qərarlar vermək avtomobilinizin performansını və təhlükəsizliyini təmin etmək üçün vacibdir. Ehtiyat hissəs

06.11.2026 559
.

12 yaşlı uşaq qızıl külçəsi tapdı

1799-cu ildə ABŞ-də 12 yaşlı Konrad Ridin dərədə tapdığı daşın əslində 7,7 kiloqramlıq qızıl külçəsi olduğu məlum olub. Ailə qiymətli metalın dəyərindən xəbərsiz olduğu üçün onu üç il ərzində qapı tutacağı kimi istifadə edib. Şimali Karolina ştatında yaşayan Konrad Rid Litl Medou Krik dərəsində oynayarkə

08.11.2026 222
.

Meqan Marklın atası həbs edildi

Meqan Marklın atası Tomas Marklın ABŞ Federal Təhqiqat Bürosu (FBI) tərəfindən saxlanıldığı iddia olunur. Axşam.az xəbər verir ki, "Daily Mail" nəşrinin məlumatına görə, 82 yaşlı kişi Floridada, demensiya xəstələri üçün nəzərdə tutulan xüsusi qayğı müəssisəsində cümə günü səhər saatlarınd

07.11.2026 257
.

Hər gün soyuq duş qəbul etsəniz, nə baş verər?

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanların xəstəlik səbəbindən işə getmədikləri günlərin sayının azalması və özlərini daha yaxşı hiss etmələri ilə əlaqəli ola bilər. xarivi KİV-ə istinadən xəbər verir ki, İsveçrənin Bazel Universitetinin psixoloqu Lena Qlazer soyuq duşun insan orqanizminə təsirin

08.11.2026 232
.

Klozetin içinə 1 ədəd su şüşəsi qoyun, fərqi görün

Evdə su sərfiyyatını azaltmaq məqsədilə klozet rezervuarlarına plastik şüşə qoyulması üsulu yenidən gündəmə gəlib. Mütəxəssislər düzgün quraşdırmanın vacibliyinə diqqət çəkiblər. xəbər verir ki, ev şəraitində su istehlakını azaltmaq üçün köhnə bir praktika olan rezervuara plastik şüşə yerləşdirmə üsul

07.11.2026 291
.

"ChatGPT"nin dərmanlarla bağlı tövsiyəsi daha bir nəfərin həyatına son qoydu

ABŞ-nin Vaşinqton ştatında yaşayan 31 yaşlı Bouen Vanın ailəsi "ChatGPT"nin verdiyi tibbi məsləhətlərin onun ölümünə səbəb olduğu iddiası ilə "OpenAI" şirkətinə qarşı məhkəmə iddiası qaldırıb. xəbər verir ki, iddialara görə, epilepsiyadan əziyyət çəkən Van işini itirdikdən sonra yen

01.11.2026 687
.

Telefon işığı beynimizi aldadırmış - Yuxusuz gecələrin səbəbi...

Smartfon və digər rəqəmsal cihazlardan yayılan mavi işıq insan sağlamlığına və yuxu rejiminə ciddi zərər vurur. "Qafqazinfo"nun xəbərinə görə, Harvard Tibb Məktəbinin tədqiqatçıları müəyyən ediblər ki, mobil telefon ekranlarının şüalanması yuxuya getməyi təmin edən melatonin hormonunun ifrazın

04.11.2026 520
.

Tozsoran niyə zəif çəkir? - 3 əsas səbəb

Tozsoran əvvəlki kimi tozları yaxşı təmizləmirsə, bu, cihazın sıradan çıxması demək deyil. Əksər hallarda problem çirklənmiş filtrlər, tıxanmış boru və ya dolmuş toz qabı ilə bağlı olur. xəbər verir ki, mütəxəssislərin fikrincə, bir neçə sadə yoxlama ilə problemin səbəbini müəyyənləşdirmək və əlavə xər

01.11.2026 499
.

Dezinfeksiya xidməti

Dezinfeksiya xidməti göstərən şirkət gəmiricilərə, parazitlərə , virus və infeksiyaların patogenlərinə qarşı uğurla mübarizə aparır. Dezinfeksiya şirkətləri minlərlə obyektin təhlükəsizliyini təmin edir, Bakı və Azərbaycan üzrə yüz minlərlə sakin üçün rahat iş və yaşayış şəraiti yaradır. Dezinfeksiy

02.11.2026 1617
.