Mikayıl Cabbarov: "Qlobal Bakı Forumu öz beynəlxalq səviyyəli platforma rolunu bir daha sübut edir"

Mikayıl Cabbarov: "Qlobal Bakı Forumu öz beynəlxalq səviyyəli platforma rolunu bir daha sübut edir""Qloballaşma dövründə iqtisadiyyatın transformasiyası, resurslardan səmərəli istifadə, dayanıqlı və davamlı artım, vergi öhdəliklərinin ədalətli prinsiplər üzərində qurulması və bərabər imkanların yaradılması ilə bağlı müzakirələrin yer aldığı "Qlobal dünya nizamına təhdidlər" mövzusunda IX Qlobal Bakı Forumu öz beynəlxalq səviyyəli platforma rolunu bir daha sübut edir".

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "Twitter" hesabında yazıb.

"Forumda aparılan müzakirələr qlobal çağırışları qarşılamaq üçün beynəlxalq səviyyədə səyləri birləşdirməyin vacibliyini göstərir", - o qeyd edib.

Xatırladaq ki, Qlobal Bakı Forumunda 50-dən çox ölkənin, eləcə də nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər. Forumda qlobal dünya nizamını təhdid edən mühüm problemlər, o cümlədən dünyada təhlükəsizliyin və sülhün təmin olunması üçün perspektivlər, enerji təhlükəsizliyinə yaranan təhdidlərin həlli yolları, həssas bölgələrdə sülh, əməkdaşlıq və inteqrasiya, qloballaşan dünyada artan ədalətsizliklər, yoxsulluğun qarşısının alınması üçün qida və kənd təsərrüfatı sektorunun transformasiyası kimi mühüm mövzularda səmərəli müzakirələr aparılıb.

Forum işini bu gün başa çatdıracaq.(oxu.az)


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 654   Tarix: 18 iyun 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bakıda keçmiş məhkum yenə həbs olundu - VİDEO

Suraxanı rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib. xəbər verir ki, Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbir zamanı əvvəllər məhkum olunmuş 43 yaşlı Xəyal Zərgərov saxlanılıb. Ondan 12 kiloqram 305 qram marixuan

09.05.2026 156
.

Prezidentin sosial şəbəkə hesablarında Şükürbəyli kəndinə səfərlə bağlı videoçarx paylaşılıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Cəbrayıl rayonunun Şükürbəyli kəndinə səfəri ilə bağlı videoçarx paylaşılıb. BİG.AZ paylaşımı təqdim edir:

00:07 105
.

Livanda İsrailin hücumları nəticəsində üç nəfər ölüb

Livanın cənubunda İsrail hücumları nəticəsində üç nəfər həlak olub. "Report" xəbər verir ki, bu barədə Livan milli agentliyi məlumat yayıb. Nabatiyyə, Kafra, Haris və Mansuri şəhərləri yaxınlığında bir neçə yeni zərbə barədə məlumat verilib. Əvvəllər İsrail Müdafiə Ordusu Livanın cənubundak

09.05.2026 154
.

Bərdədə ödəmə terminallarından 40 min manat oğurlanıb

Bərdə rayonunda yerləşən iki mağazada ödəmə terminallarından 40 min manat oğurlanıb. Bu barədə BİG.AZ-a Daxili işlər Nazirliyinin Mətbuat xidmətinin regional qrupundan məlumat verilib. Bildirilib ki, keçirilən tədbirlərlə qeyd edilən əməlləri törətməkdə şübhəli bilinən Elşad Əlizadə və Ayxan Quliye

09.05.2026 160
.

Azərbaycan kəndlərində doludur: qramı 100 manata satılır

Sosial şəbəkələrdə və satış saytlarında iribuynuzlu heyvanların öd daşının alqı-satqısı ilə bağlı elanlar yenidən gündəmə gəlib. Belə ki, bəzi şəxslər müxtəlif xəstəliklərin müalicəsi məqsədilə qəssablara müraciət edərək heyvanın ödündən çıxan daşı almağa çalışır. İddialara görə, hazırda bu daşlar dah

00:17 108
.

Mehriban Əliyeva Zəngilan rayonundan paylaşım edib - FOTO

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Zəngilan rayonundan fotolar paylaşıb. BİG.AZ xəbər verir ki, paylaşımda deyilir:. "Zəngilan təbiətinin inanılmaz gözəlliyi"

09.05.2026 185
.

Hər ayın 8-i və ya 9-u ödənilən pensiyalar indi niyə 14-də verilir? - RƏSMİ AÇIQLAMA

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə may ayı üçün pensiyaların ödəniş tarixi açıqlanıb. Məlumata görə, qeyd olunan ərazilərdə pensiyalar bu ayın 14-də vətəndaşların bank kartlarına köçürüləcək. Pensiya əhalinin sosial təminatı ilə bağlı vacib addım olduğundan, dövlət sözügedən məsələyə olduqc

00:21 106
.

İşlədiyi bağçanın həyətindən meyiti TAPILDI

Şəki şəhərində uşaq bağçasının həyətindən meyit tapılıb. xəbər verir ki, hadisə mayın 9-u saat 02 radələrində baş verib. Şəhər sakini 1980-ci il təvəllüdlü Rövşən Əlövsət oğlu Cəlilovun meyiti işlədiyi Bağbanlar küçəsindəki bağçanın həyətində aşkar edilib. Faktla bağlı araşdırma aparılır

09.05.2026 179
.

İsrail Livanın cənubundakı bir sıra kəndlərin sakinlərini evlərini tərk etməyə çağırıb

İsrail Müdafiə Qüvvələri (IDF) "Hizbullah" qruplaşmasının obyektlərinə hava zərbələri fonunda Livanın cənubundakı doqquz kəndin sakinlərinin təxliyəsinə çağırıb. "Report" xəbər verir ki, bu barədə "The Times of Israel" nəşri yazıb. "Hizbullah" təşkilatının atəşkə

09.05.2026 127
.

TOP MP3