Turizm Bürosu: "Ölkədə qonaq evlərinin sayının artımı hotellərin qiymətinə təsir edəcək"
Pandemiyadan sonra Azərbaycanda qonaq evlərinin sayı sürətlə artır, bu isə turizm sektorunda rəqabətə və daha yaxşı xidmətin yaranmasına səbəb olur.
"Report" xəbər verir ki, bunu Azərbaycan Turizm Agentliyinin Turizm Bürosunun Regional İnkişaf bölməsinin müdiri Hüseyn Məmmədov deyib.
Onun sözlərinə görə, pandemiya dövründən sonra yerli turistlər Azərbaycanı kəşf etməyə başlayıblar: "Düşünürəm ki, bu tendensiya regionlarda sahibkarlar tərəfindən bir çox maraqlı məkanların ərsəyə gəlməsinə şərait yaradıb. Bu gün regionlarda turistlər üçün münbit imkanlar yaradılıb. Artıq hotellərə alternativ olaraq qonaq evlərinin sayı sürətlə artır. Maraqlı konsepti olan gecələmə yerləri var, "rainway hous"ları nümunə çəkə bilərik. Bu kimi evlərin sayı günbəgün artır. Sahibkarlar görürlər ki, artıq yerli turistlər bu kimi evlərə üz tuturlar. Belə olan halda sahibakların da bu tipli evlərin yaradılmasına maraqları artır və bu sahədə rəqabət formalaşır".
O əlavə edib ki, bayram günlərində, yəni tələbin çox olduğu günlərdə hotellərdə qiymət artır, qonaq evlərinin Azərbaycanda sürətlə yayılması və inkişafı , artıq bazarda rəqabətə gətirib çıxaracaq, çünki artıq qonaq evlərinə böyük investisiya yatırırlar: "Qonaq evlərindəki şərait hotellərdəki xidmətdən geri qalmır. Ölkədə kifayət qədər maarifləndirmə işləri aparılır ki, qonaq evlərində xidmət səviyyəsi daha da yüksəlsin".
H.Məmmədov deyib ki, Dövlət Turizm Agentliyi, yerli qeyri-hökumət təşkilatları Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatlar müvafiq istiqamət üzrə çalışırlar: "Həmçinin, Turizm Agentliyinin dövlət qurumları ilə birgə layihəmiz ərsəyə gəlib. Layihə kəndlərdə sahibkarlığın inkişafı ilə bağlı, kənd evlərinin infrastrukturunun təkmilləşdirilməsi, kənd evlərinə keyfiyyətli inventarların təqdim edilməsi ilə bağlı idi. Son bir il ərzində 70-dən çox kənd evinə, qonaq evinə inventarlar təqdim edilib. Eyni zamanda, bu evlərdə infrastrukturun təkmilləşdirilməsi ilə bağlı işlər görülüb. Həmçinin, müvafiq sahibaklara müntəzəm olaraq təlimlər həyata keçirilir. Bu günə qədər qonaq evləri gizli və illeqal fəaliyyət göstərirdisə, artıq sevindirici haldır ki, qonaq evləri "VÖEN"lərini açırlar və vergilərini ödəyirilər".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 755 Tarix: 18 iyun 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Təbii Qələbə Tağı" - Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım etdi
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "Instagram" hesabında Hacıqabul rayonundan paylaşım edib. xəbər verir ki, o, paylaşımına "Hacıqabul rayonu, Bakı yolunda. Təbii Qələbə Tağı. 9.11.26" qeydini əlavə edib
19:52 121 Rəsmi Bakı Türkiyəyə başsağlığı verdi
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (XİN) Türkiyənin İzmir şəhərində baş verən partlayışla bağlı bəyanat yayıb. həmin bəyanatı təqdim edir:. "Qardaş Türkiyənin İzmir şəhərində fabrikdə baş vermiş partlayış nəticəsində insan tələfatı və xəsarət alanların olması xəbəri bizi dərində
20:23 75 Afinada dəhşətli hadisə: Çamadandan daha bir qadının meyiti tapıldı
Yunanıstanın paytaxtı Afinada yoldan keçən bir nəfər dəhşətli mənzərə ilə qarşılaşıb. Belə ki, o, Aqios Panteleymonas rayonunda yol kənarına atılmış çamadandan kəskin qoxu gəldiyini hiss edib. Hadisə yerinə gələn polis əməkdaşları çamadanı açarkən onun içərisində qadın meyiti aşkar ediblər. xəbər veri
20:40 9 Dövlət Bayrağımız - milli kimliyimizin, müstəqilliyimizin və qalib dövlətçilik iradəmizin əbədi rəmzi
Azərbaycan Respublikasının Dövlət Bayrağı xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini, milli-mənəvi dəyərlərini, azadlıq və müstəqillik uğrunda mübarizəsini özündə ehtiva edən müqəddəs dövlət rəmzidir. Üçrəngli bayrağımızın tarixi Azərbaycanın milli dövlətçilik tarixinin ayrılmaz tərkib hissəsi olmaql
15:07 200 Krit sahillərində faciə: Gəmidən 12 miqrantın meyiti çıxarıldı
Yunanıstan Sahil Mühafizəsi Xidməti Krit adası sahillərində xilasetmə əməliyyatı keçirib. "Reuters"ə istinadən xəbər verir ki, əməliyyat zamanı gəmidən 12 miqrantın meyiti çıxarılıb. Hazırda onların ölüm səbəbləri müəyyənləşdirilir. Xilasedicilər Kaloy-Limenes limanından təxminən 15 dəniz mil
20:15 100 Maykl Kerrik "Mançester Yunayted"dən gedir?
"Mançester Yunayted"in baş məşqçisi Maykl Kerrik vəzifəsindən istefa verməyəcəyini açıqlayıb. xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb. Telekanala müsahibəsində Kerrikdən düzgün qərar hesab edəcəyi təqdirdə vəzifəsindən ayrılmağı düşünüb-düşünmədiyi soruşulub. O, sual
20:45 1 Bakıda yeni alınan avtomobilin üstünə qaz borusu aşdı
Bakının Köhnə Suraxanı qəsəbəsində küləkli hava şərəiti səsəbilə ağac aşıb. "Qafqazinfo" xəbər verir ki, hadisə zamanı ağac qaz borusunun üzərinə düşüb. Boru isə yaxınlıqda park edilmiş avtomobilin üzərinə düşüb. Məlumata görə, zərərçəkən avtomobilin sahibi maşını 15-20 gün əvvəl alıbmış. Qey
14:30 232 Konqoda vəba epidemiyası: Yoluxanların sayı 60 mini ötdü
Konqo Demokratik Respublikasının (KDR) şərqində davam edən böyük vəba epidemiyası nəticəsində cari ilin əvvəlindən bəri yoluxanların sayı 60 mini ötüb. -ın xəbərinə görə, bu barədə RFI radiostansiyası məlumat verib. Bildirilib ki, xəstəliyin yayılması ilə əlaqədar KDR və qonşu Konqo Respublikasının hakimiyyə
15:30 188 Prezident Draqan Vladisavljeviçi "Dostluq" ordeni ilə təltif etdi
Draqan Vladisavljeviç Azərbaycan Respublikasının "Dostluq" ordeni ilə təltif edilib. AZƏRTAC-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb. Sərəncama əsasən Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrini
14:20 177