Azərbaycanda ilk dəfə olaraq "Üzün estetik anatomiyası və disseksiyası" adlı disseksiya anatomik kadavr kursu keçirilib
Azərbaycanda ilk dəfə olaraq "Üzün estetik anatomiyası və disseksiyası" adlı disseksiya anatomik kadavr kursu keçirilib.
Tədbir Azərbaycan Tibb Universitetinin İnsan Anatomiyası və Tibbi Terminologiya Kafedrası, "Anatom, Histoloq və Embrioloqlar Elmi Cəmiyyəti" İctimai Birliyi və "Aesthetic & Wellness Assosiation" İctimai Birliyinin birgə əməkdaşlığı ilə təşkil olunub.
Bu gün estetik kosmetologiyanın müəyyən aspektlərə görə cərrahi əməliyyatlarla rəqabət apara bildiyini söyləmək mümkünür. Disseksiya kadavrası kursu tətbiqi anatomiya sahəsində yeni biliklər əldə etməyə, inyeksiya texnikasını təkmilləşdirməyə, fəsadların mexanizmlərini və onların qarşısının alınması üsullarını başa düşməyə imkan verən praktiki öyrənmə yanaşmasıdır.
Tədbirdə açılış nitqi ilə "Anatom, Histoloq və Embrioloqlar Elmi Cəmiyyəti" ictimai birliyinin sədri Dr. Vaqif Şadlinski və "Aesthetic & Wellness World Academy" və "Aesthetic & Wellness Association" ictimai birliyinin təsisçi Dr. Həcər Cəfərova çıxış etdilər. İnsan Anatomiyası və Tibbi Terminologiya Kafedrasının müdiri Dr. Anar Abdullayev "Üzün İnkişafı. Üz əzələlərinin formalaşması" mövzusundan danışdı.Daha sonra Azərbaycan Plastik Cərrahlar Assosiasiyasının sədri Dr. Vaqif Qələndərli "Üzün müxtəlif deformasiyalarının estetik və rekonstruktiv əməliyyatları" mövzu üzrə çıxış etdi.
Kadavra Üzərində Disseksion Nümayiş kurs mütəxəssisi, həkim-stomatoloq, inyeksion kosmetologiya üzrə beynəlxalq təlimçi, "International Academy of Aesthetic Procedures"in üzvü Dr. Səbuhi Əbilov tərəfindən keçirildi.
Onun sözlərinə görə, kursda iştirak edən hər bir mütəxəssis öz peşə fəaliyyətində yüksək nəticələr əldə etmək imkanı əldə edir.
"Kursun iştirakçıları üz anatomiyasının quruluşunu, üzün qan damarlarının mürəkkəb quruluşunu, tənəffüs yollarının quruluşunu birbaşa öyrənmək imkanı əldə edirlər. Siz, əlbəttə ki, bütün bunları kitablardan, video yayımlardan öyrənə bilərsiniz, lakin bu, heç bir halda praktik təcrübənizi əvəz edə bilməz", - deyə Dr. Səbuhi Əbilov bildirib.
Bu kursun estetik kosmetologiya sahəsində çalışan mütəxəssislərə istiqamətlənməsinə baxmayaraq, LOR mütəxəssisləri, stomatoloqlar, cərrahlar, limfoloqlar, patoloqlar, dermatoloqlar, eləcə də Azərbaycan Tibb Universitetinin tələbələri də kursda iştiraka böyük maraq göstəriblər.
Qeyd edək ki, sonuncu kursun həmtəşkilatçısı olan Aesthetic & Wellness Association (Estetik və Sağlamlıq Assosiasiyası) gözəllik və kosmetologiya sənayesi sahəsində mütəxəssisləri və işəgötürənləri birləşdirən peşəkar bir icmadır (Azərbaycan Ədliyyə Nazirliyinin 2021-ci il noyabr tarixli qeydiyyata alınıb ).
Bu Assosiasiya Aesthetic & Wellness World Academy ilə birlikdə SPA sənayesində çalışan mütəxəssislər üçün peşəkar təhsil və qabaqcıl təlim təmin etmək üçün səylər göstərir. Belə ki, ixtisaslaşdırılmış kurslar çərçivəsində artıq onlarla mütəxəssis hazırlanıb.





BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 759 Tarix: 17 iyun 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Təbii Qələbə Tağı" - Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım etdi
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "Instagram" hesabında Hacıqabul rayonundan paylaşım edib. xəbər verir ki, o, paylaşımına "Hacıqabul rayonu, Bakı yolunda. Təbii Qələbə Tağı. 9.11.26" qeydini əlavə edib
19:52 121 Rəsmi Bakı Türkiyəyə başsağlığı verdi
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (XİN) Türkiyənin İzmir şəhərində baş verən partlayışla bağlı bəyanat yayıb. həmin bəyanatı təqdim edir:. "Qardaş Türkiyənin İzmir şəhərində fabrikdə baş vermiş partlayış nəticəsində insan tələfatı və xəsarət alanların olması xəbəri bizi dərində
20:23 75 Afinada dəhşətli hadisə: Çamadandan daha bir qadının meyiti tapıldı
Yunanıstanın paytaxtı Afinada yoldan keçən bir nəfər dəhşətli mənzərə ilə qarşılaşıb. Belə ki, o, Aqios Panteleymonas rayonunda yol kənarına atılmış çamadandan kəskin qoxu gəldiyini hiss edib. Hadisə yerinə gələn polis əməkdaşları çamadanı açarkən onun içərisində qadın meyiti aşkar ediblər. xəbər veri
20:40 9 Dövlət Bayrağımız - milli kimliyimizin, müstəqilliyimizin və qalib dövlətçilik iradəmizin əbədi rəmzi
Azərbaycan Respublikasının Dövlət Bayrağı xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini, milli-mənəvi dəyərlərini, azadlıq və müstəqillik uğrunda mübarizəsini özündə ehtiva edən müqəddəs dövlət rəmzidir. Üçrəngli bayrağımızın tarixi Azərbaycanın milli dövlətçilik tarixinin ayrılmaz tərkib hissəsi olmaql
15:07 200 Krit sahillərində faciə: Gəmidən 12 miqrantın meyiti çıxarıldı
Yunanıstan Sahil Mühafizəsi Xidməti Krit adası sahillərində xilasetmə əməliyyatı keçirib. "Reuters"ə istinadən xəbər verir ki, əməliyyat zamanı gəmidən 12 miqrantın meyiti çıxarılıb. Hazırda onların ölüm səbəbləri müəyyənləşdirilir. Xilasedicilər Kaloy-Limenes limanından təxminən 15 dəniz mil
20:15 100 Maykl Kerrik "Mançester Yunayted"dən gedir?
"Mançester Yunayted"in baş məşqçisi Maykl Kerrik vəzifəsindən istefa verməyəcəyini açıqlayıb. xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb. Telekanala müsahibəsində Kerrikdən düzgün qərar hesab edəcəyi təqdirdə vəzifəsindən ayrılmağı düşünüb-düşünmədiyi soruşulub. O, sual
20:45 1 Bakıda yeni alınan avtomobilin üstünə qaz borusu aşdı
Bakının Köhnə Suraxanı qəsəbəsində küləkli hava şərəiti səsəbilə ağac aşıb. "Qafqazinfo" xəbər verir ki, hadisə zamanı ağac qaz borusunun üzərinə düşüb. Boru isə yaxınlıqda park edilmiş avtomobilin üzərinə düşüb. Məlumata görə, zərərçəkən avtomobilin sahibi maşını 15-20 gün əvvəl alıbmış. Qey
14:30 232 Konqoda vəba epidemiyası: Yoluxanların sayı 60 mini ötdü
Konqo Demokratik Respublikasının (KDR) şərqində davam edən böyük vəba epidemiyası nəticəsində cari ilin əvvəlindən bəri yoluxanların sayı 60 mini ötüb. -ın xəbərinə görə, bu barədə RFI radiostansiyası məlumat verib. Bildirilib ki, xəstəliyin yayılması ilə əlaqədar KDR və qonşu Konqo Respublikasının hakimiyyə
15:30 188 Prezident Draqan Vladisavljeviçi "Dostluq" ordeni ilə təltif etdi
Draqan Vladisavljeviç Azərbaycan Respublikasının "Dostluq" ordeni ilə təltif edilib. AZƏRTAC-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb. Sərəncama əsasən Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrini
14:20 177