Nərminin nənəsi ZİDDİYƏTLİ ifadə verdi: İlkin Süleymanovun məhkəməsi təxirə SALINDI

Nərminin nənəsi ZİDDİYƏTLİ ifadə verdi: İlkin Süleymanovun məhkəməsi təxirə SALINDITovuzun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə ittiham olunan İlkin Süleymanovun cinayət işi ilə bağlı məhkəmə prosesi davam etdirilib.

APA xəbər verir ki, bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən iclasda iş üzrə sənədlərin tədqiqi mərhələsi davam etdirilib.

Prosesdə Nərmin Quliyevanın nənəsi Minayə İsmayılovanın istintaqa verdiyi ifadə elan olunub.

Bu zaman şahidin ifadəsi ilə Nərmin Quliyevanın atası Şərif Quliyevin ifadəsi arasında ziddiyyətlər olduğu məlum olub. Minayə İsmayılova ifadəsində bildirib ki, Nərmin itkin düşən gün axşam saat 19 radələrində nəvəsi Şəbnəm onlara gələrək bacısını soruşub. Nərminin atası Şərif Quliyev isə ifadəsində deyib ki, Nərmin yoxa çıxan gün axşam saat 22 radələrində qayınanasıgilə gedib.

İlkin Süleymanovun vəkilləri Minayə İsmayılovavanın məhkəmədə dindirilməsini istəyiblər. Məhkəmə bununla bağlı vəsatətə sənədlərin tədqiqi mərhələsi başa çatdıqdan sonra baxılacağını elan edib.

Daha sonra cinayət işi üzrə məhkəmə araşdırmasının bir aylıq təxirə salındığı elan olunub. Bunun prosesə sədrlik edən hakimin məzuniyyətə çıxması ilə bağlı olduğu bildirilib.

Xatırladaq ki, 2019-cu ilin noyabrın 19-dan itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci il yanvarın 6-da kənd ərazisində aşkar edilib.

Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.

İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.

İlkin Süleymanova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələr ilə təqsirli bilinərək barəsində cinayət işi açılıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1580   Tarix: 16 iyun 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

7,4 maqnitudalı zəlzələdən sonra Kolumbiyada itkinlərin axtarışına başlanıldı

Kolumbiyada baş verən güclü zəlzələ nəticəsində dağılan binaların dağıntıları altında qala biləcək insanların axtarışına başlanılıb. xəbər verir ki, bu barədə "Caracol" telekanalı məlumat yayıb. * Kolumbiyada güclü zəlzələ: Hava limanları fəaliyyətini dayandırdı. Hökumət orqanlarının məlumatın

10.08.2026 162
.

Fransada restorana tez gedən cütlük lotereyada 10 milyon avro qazandı

Fransanın Dordon bölgəsində yaşayan ailə cütlüyü təsadüfən "Lotto" lotereyasında 10 milyon avro məbləğində böyük uduş əldə edib. xəbər verir ki, bu barədə BFMTV kanalı məlumat yayıb. Bildirilib ki, onlar restorana təyin olunmuş vaxtdan 20 dəqiqə əvvəl gəliblər və vaxt öldürmək üçün qonşu köşkdə

10.08.2026 134
.

İlham Əliyev bu səfirləri də geri çağırdı

Fuad Eldar oğlu İsgəndərov Azərbaycanın İsveçrədə, eyni zamanda Lixtenşteyndə fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. *. Dövlət başçısının digər Sərəncamı ilə Məmməd Bahəddin oğlu Əhmədzad

10.08.2026 272
.

Pentaqon UNO-larla bağlı yeni sənədləri yayımladı

ABŞ Müdafiə Nazirliyi naməlum uçan obyektlərlə (UNO) bağlı sənədlərin beşinci məxfi toplusunu yayımlayıb. xəbər verir ki, bu barədə CBS News məlumat yayıb. Pentaqonun rəsmi saytında UNO-ların şahidləri tərəfindən verilmiş ifadələrin yer aldığı 41 yeni sənəd dərc olunub. Sənədlər, fotoşəkillər və videomaterialla

10.08.2026 240
.

Prezident Belçika və Polşaya yeni səfirlər təyin etdi

Prezident İlham Əliyev Azərbaycanın Belçika və Polşada yeni səfirlərinin təyin edilməsi ilə bağlı Sərəncam imzalayıb. "Qafqazinfo" xəbər verir ki, Sərəncama əsasən, Məmməd Bahəddin oğlu Əhmədzadə Azərbaycanın Belçika Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Prezidentin digə

10.08.2026 228
.

"Aclıq daşları" yenidən göründü: Avropada şiddətli quraqlıq həyəcanı

Məhsulsuzluq riski ilə əlaqəli su səviyyəsinin kritik dərəcədə azalmasını göstərən "aclıq daşları" adlandırılan tarixi nişanlar Almaniyanın Saksoniya federal əyalətində Elba çayında uzunmüddətli quraqlıq səbəbindən üzə çıxıb. BİG.AZ xəbər verir ki, bu barədə NTV telekanalı xəbər yayıb. Üzərind

10.08.2026 121
.

Mbappe Nike ilə 19 illik müqaviləsini ləğv etdi: gözlənilməz addım atacaq

"Real"ın ulduzu "Adidas" və "Under Armour" şirkətlərinin təkliflərini rədd edib və öz brendini yarada bilər. "Real" və Fransa millisinin hücumçusu Kilian Mbappe kommersiya tərəfdaşlığında böyük dəyişikliklərə hazırlaşır. -ın xarici mediaya istinadən məlumatın

10.08.2026 174
.

Nərgiz Qurbanova səfir vəzifəsindən geri çağırıldı

Nərgiz Akif qızı Qurbanova Azərbaycanın Polşada fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Qeyd edək ki, Nərgiz Qurbanova 2021-ci ildən Azərbaycanın Polşadakı səfiri vəzifəsində çalışıb

10.08.2026 298
.

Moskvanın Ermənistanla bağlı mövqeyi dəyişir? - Rusiya ekspertindən AÇIQLAMA

Rusiya Ermənistan hakimiyyətinin Avropa İttifaqına (Aİ) qoşulmaq niyyətinə baxmayaraq, ölkəyə qarşı sanksiyalar tətbiq etməmək mövqeyindədir. xəbər verir ki, bunu tarix elmləri doktoru, Rusiya Elmlər Akademiyasının Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər İnstitutunun (IMEMO RAS) baş elmi işçis

10.08.2026 214
.

TOP MP3