Artan əsgər ölümləri: "Hərbçi nə üçün tikintiyə cəlb olunmalıdır, onu niyə elektrik cərəyanı vurmalıdır?"
"Hərbçilərin qeyri-döyüş şəraitində həlak olması və hərbi mağazalardakı özbaşınalıq araşdırılmalıdır. Bəzən cəmiyyətə bunlar çox adi hal kimi gəlir. Əslində, bu halların olması ciddi həyəcan siqnalıdır. Hərbi polisin keçmiş rəisi kimi deyirəm ki, təkcə bu iki faktda, ən azı 5-6 qanun pozuntusu var".
Bunu son zamanlar hərbçilərin qeyri-döyüş şəraitində həlak olması və işğaldan azad edilmiş ərazilərdəki mağazalarda hərbçilərə məhsulların həddindən artıq baha qiymətə satılmasını şərh edən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hərbi polisinin keçmiş rəisi, hərbi ekspert Rövşən Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib.
Rövşən Məhərrəmov bildirib ki, qeyri-döyüş şəraitində hərbçilərin həlak olması ciddi araşdırılmalı və günahkarlar cəzalandırılmalıdır:
"44 günlük Vətən müharibəsi qələbəsindən sonra işğaldan azad edilmiş ərazilərdə hərbi hissələrin yeni dislokasiyası baş verdi. İşğaldan azad edilmiş ərazilərdə hərbçilərin yaşaması və xidmət aparması üçün şərait yaradılmalıdır. Son vaxtlar hərbçilərimiz qeyri-döyüş şəraitində faciəvi şəkildə həlak olurlar. Bir müddət əvvəl əsgər tikintidə həlak olmuşdu. İndi isə əsgərin elektrik cərəyanı vurması nəticəsində həlak olduğu deyilir. Hesab edirəm ki, hərbi prokurorluq bunların əsil səbəblərini öyrənməlidir. Bildiyimiz kimi, tikintilər tenderlər vasitəsi ilə həyata keçirilməlidir. Bunun özündə də ciddi qaranlıq məqamlar var. Bundan əlavə, tikintini həyata keçirən şirkətlər bütün işləri görməlidir. Məsələ ondadır ki, gələn informasiyalar bunun tam əksini deyir.
Əsgər niyə görə tikintiyə cəlb olunmalıdır, əsgəri niyə görə elektrik vurmalıdır? Niyə görə əsgər döyüş tapşırığını yerinə yetirmək əvəzinə, tikintiyə cəlb olunub və ya o ərazidə olub? Hesab edirəm ki, ciddi araşdırmaya ehtiyac var. Əsil səbəb öyrənilməlidir və günahkar şəxslər cəzalandırılmalıdır.
Baş verənlər ya nəzarətsizlikdən olur, ya da bəzi komandirlərin səlahiyyət həddini aşıb o sahədə əsgərlərə tapşırıqlar verməsindən irəli gəlir".
İşğaldan azad edilmiş ərazilərdəki mağazalarda qiymətlərin baha olması və bəzilərinin hərbçilərin hesabına varlanma arzularına gəldikdə isə hərbi ekspert bunları deyib:
"Bütün hərbi hissələrdə mağazalar var. Əvvəllər həmin mağazalar yoxlanılırdı. Komissiyalar işləyirdi, hər şeyə nəzarət edilirdi. Komissiyalar yoxlamalar aparan zaman gəliri aktlaşdırırdı, məhsulların maya dəyərini hesablayırdı. Son günlər Kəlbəcərdə mağazadakı qiymətlər ictimaiyyətin diqqətinə çatdırılıb. Nəinki hərbçilərə baha qiymətə mallar satılır, hətta nisyə satılma halları da var. Bu o deməkdir ki, hərbçilər borclandırılır. Bu, qanunsuzdur. Hesab edirəm ki, hərbçilərin hesabına mağazaları gəlir mənbəyi kimi istifadə etmək olmaz. Uzun illərdir ki, hərbi mağazalardakı özbaşınalıqla bağlı yazılır, ancaq heç nə dəyişmir, təlimatlar yerinə yetirilmir. Əsgər maaş alan kimi dərhal göndərilir ki, mağazadan tualet ləvazimatları alsın. Bu da qanunaziddir. Bu faktın özü də ciddi nəzarətə götürülməlidir".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1221 Tarix: 15 iyun 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN
Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın
18.09.2021 930 İstirahət gününün havası açıqlandı
Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti
18.09.2021 459 Paşinyan Batumidə "yoxa çıxdı"
Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy
18.09.2021 774 Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ
Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"
17.09.2021 999 Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"
"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək
18.09.2021 1281 İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-
18.09.2021 250 Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"
Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d
17.09.2021 1693 Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar
18.09.2021 264 Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO
Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə
18.09.2021 2874