Şuşa bəyannaməsi ilə hər iki dövlət münasibətlərinin qızıl dövrünə qədəm qoydu

Şuşa bəyannaməsi ilə hər iki dövlət münasibətlərinin qızıl dövrünə qədəm qoyduİnsan və cəmiyyət münasibətlərində elə məqamlar vardır ki, onu heç bir başqa məfhumla müqayisə etmək olmaz. Azərbaycan və Türkiyə münasibətləri bütün məfhumların üzərində olan qardaşlıq meyarlarına əsaslanan əlaqələr məcmusudur. Deyərlər ki, qardaş qardaşın ən çətin günündə onun yanında olmalıdır. Türkiyə Azərbaycanın, Azərbaycan isə Türkiyənin yanında olmağı bir əsrdən artıqdır ki, bacarmışlar. 31 mart 1918-ci ildə xalqımıza qarşı soyqırım hadisəsi törədiləndə, Sovetlər birliyi Zəngəzuru, Göyçəni aldığı kimi Naxçıvanı da bizim əlimizdən almaq istəyəndə, daxili və xarici düşmənlər Ulu Öndər Heydər Əliyevlə birgə qədim Naxçıvanı blokadaya salanda Türkiyə bizim yanımızda idi. Türkiyə müstəqilliyimizi tanıyan ilk ölkədir, Türkiyə ordumuzu yoxdan var edən, bizə intizamlı ordu yaratmağı öyrədən ölkədir. Türkiyənin varlığı bizim üçün hər zaman güvən hissi yaratmışdır. İkinci Qarabağ müharibəsində savaşın ilk saatlarından Türkiyənin mərd və qorxmaz mövqeyi, siyasi və mənəvi dəstəyi bizə düşmən olan bütün qüvvələrin niyyətlərini ürəklərində qoydu. Dünyanın ən güclü və müasir ordularından birinə sahib olan Türkiyə ilə qarşı-qarşıya gəlmək istəməyən hətta dünyanın ən güclü dövlətləri ancaq siyasi əhəmiyyəti olmayan bəyanatlar verməklə kifayətləndilər.
Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın Azərbaycana, Qarabağa, Şuşaya səfərə gəlməsi Qarabağda əldə etdiyimiz tarixi zəfərə dünyanın verdiyi qiymətdir. Qarabağ müharibəsində əldə etdiyimiz qələbə ölkəmizlə yanaşı Türkiyənin də beynəlxalq nüfuzuna müsbət təsir etmişdir.
Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın 2021-ci il iyunun 15-də Şuşaya səfəri tarixi əhəmiyyətə malikdir. Ən birincisi ona görə ki, Şuşanın türk mədəniyyətinin paytaxtı olması fikri öz təsdiqini tapır. Daha sonra Şuşanın tarixi Azərbaycan şəhəri olması tezisi, orada yüksək çinli xarici dövlət başçılarının və nümayəndələrinin qəbulu ilə sübuta yetirilir.
Şuşada 11 səhifədən ibarət "Müttəfiqlik haqqında Şuşa bəyannaməsinin" imzalanması "Bir millət iki dövlət" mənəvi birliyinin tarixdə ilk dəfə hüquqi zəmində möhkəmləndirilməsi oldu. Tarixi əsaslarla dəstəklənən iki dövlətin münasibətləri bütün sahələrdə özünün qızıl dövrünə qədəm qoymuş oldu. Təhsildən səhiyyəyə, elmdən kənd təsərrüfatına, tikintidən müdafiə sənayesinə qədər hər bir mətləbə toxunulan, onun inkişafını təmin edən "Müttəfiqlik haqqında Şuşa bəyannaməsi" tarixdə analoqu olmayan iki dövlət arasında imzalanmış sənəd hesab oluna bilər. Azərbaycan və Türkiyənin münasibətlərinə dərindən nəzər yetirdikdə bu iki dövlətin münasibətlərinin tarixdə və siyasət səhnəsində ikinci bir analoqu olmadığını asanlıqla görə bilərik. "Müttəfiqlik haqqında Şuşa bəyannaməsi" bir daha iki dövlətin nəinki milli maraqlarının, hətta dövlət maraqlarının da üst-üstə düşdüyünü göstərmiş oldu. Azərbaycan və Türkiyə hər zaman olduğu kimi bu dəfə də bəyannamənin ilk bəndlərindən etibarən beynəlxalq hüququn normalarına sadiq qaldıqlarını nümayiş etdirdilər.
İki dövlət arasında imzalanan və münasibətlərinin yeni müstəvisini təşkil edəcək sənəd eyni zamanda da Qars müqaviləsinin tarixi davamı hesab oluna bilər. Düz yüz il bundan əvvəl Naxçıvanın SSRİ tərəfindən Ermənistana ilhaq edilməsinin qarşısını alan Türkiyənin imza atdığı Qars müqaviləsinin davamı hesab olunan Şuşa bəyannaməsi özlüyündə həm Qarabağın təhlükəsizliyini, həm də regionda sülh və əmin-amanlığı təmin edəcəkdir. Şuşa bəyannaməsi ilə Cənubi Qafqazda yeni münaqişə ocaqlarının birdəfəlik aradan qaldırılması hesablanmaqdadır. Türkiyə Respublikasının Baş Konsulluğunun ən qısa zamanda Şuşada açılması həm Türkiyənin regionda fiziki varlığını gücləndirəcək, həm də diplomatik və hüquqi təsir vasitələrini artıracaqdır.
Şuşa dünya mədəniyyət tarixində iz qoymuş bir şəhərdir. Cənab Ərdoğanın da ifadə etdiyi kimi Şuşa yalnız ölkəmizin deyil, bütün Türk dünyasının mədəniyyət paytaxtı olmağa layiqdir və olacaqdır da. İndi Cıdır düzündə Qarabağ atları var-gəl edir, Şuşanın hər məscidindən Azan səsi gəlir, Şuşada hər məclisdə muğam oxunur. Budur dövlətimizin və dövlət başçımızın öz xalqına verdiyi əvəzsiz töhfə!

Həcər Verdiyeva - AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun baş elmi işçisi, Tarix elmləri doktoru, professor


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 901   Tarix: 15 iyun 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.