Sosial media jurnalistin məlumat mənbəyi kimi" mövzusunda ilk vebinar keçirilib
İyunun 14-də Medianın İnkişafı Agentliyinin və ADA Universitetinin Kommunikasiya və Rəqəmsal Media proqramının birgə təşkilatçılığı ilə "Sosial media jurnalistin məlumat mənbəyi kimi" mövzusunda ilk vebinar keçirilib.
Vebinarda müxtəlif media subyektlərinin nümayəndələri, jurnalistika ixtisasında təhsil alan və jurnalistikaya marağı olan tələbələr, həmçinin Media könüllüləri iştirak edib.
Vebinarın moderatoru, Kommunikasiya və Rəqəmsal Media proqramının direktoru Şəfəq Mehrəliyeva bildirib ki, əsas məqsəd yerli iş bazarında kommunikasiya və media mütəxəssislərinə artan ehtiyacı tədricən ödəməklə yanaşı, həm də Azərbaycanda bu sahəninin elmi potensialını artırmaqdır. Vurğulanıb ki, bu gün başlanılan vebinarlar silsiləsi yalnız gənc media nümayəndələri üçün deyil, həm də təcrübəli mütəxəssislər üçün faydalı müzakirə platformasına çevriləcəkdir.
Sonra "Sosial media jurnalistin məlumat mənbəyi kimi" mövzusunda təqdimatla çıxış edən media inkişafı üzrə mütəxəssis Emin Hüseynzadə sosial medianın jurnalistikaya təsirindən bəhs edib. Bildirib ki, informasiya-kommunikasiya texnologiyaları sürətlə inkişaf edir və bu inkişaf sosial medianın yüksəlişinə səbəb olur. Sosial şəbəkənin fərqli rollarından, xüsusiyyətlərindən danışan mütəxəssis jurnalistin sosial mediadan məlumat mənbəyi kimi istifadə edərək öz işini daha keyfiyyətli necə yerinə yetirə bilməsi məsələlərini diqqətə çatdırıb. Vebinarda "Deep fake"lə mübarizə üsulları da qeyd edilib.
Media inkişafı üzrə mütəxəssis sual-cavab sessiyasında vebinar iştirakçılarını maraqlandıran sualları cavablandırıb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 806 Tarix: 14 iyun 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTehrandan 14 vətəndaşının Azərbaycanda "arzuolunmaz şəxs" elan edilməsinə reaksiya
"Prinsipcə, 14 İran vətəndaşının "persona non grata" (arzuolunmaz şəxs) adlandırılması məntiqli deyil, çünki bu insanlardan heç biri diplomat deyil və ya Azərbaycan Respublikasında olmayıb". -ın " nəşrinə istinadən xəbərinə görə, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüs
16:10 201 Günəşdə partlayışların kütləvi spamı: Nə baş verir?
Günəşdə mülayim gücdə partlayışların kütləvi spamı davam edir: ötən həftəsonu ərzində Günəşdə 57 partlayış qeydə alınıb, daha 10-u isə 9 noyabrın ilk səkkiz saatında baş verib. -ın xəbərinə görə, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyas
17:00 184 Lorenzo Mezzotero millinin heyətindən çıxarıldı
Milli komandamızın futbolçusu Lorenzo Mezzotero son çempionat matçında zədələnib. xəbər verir ki, bu barədə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) məlumat yayıb. Zədəsi səbəbindən Lorenzo Mezzotero milli komandanın heyətindən çıxarılıb. Onun əvəzinə "Araz-Naxçıvan" klubunun futbolçus
21:30 1 Lavrov: Əbu-Dabi danışıqlarının əsas mövzusu regionun təhlükəsizliyi olacaq
Əbu-Dabidə keçiriləcək danışıqların əsas mövzusu Rusiya, Ukrayna və bütövlükdə regionun təhlükəsizliyi olacaq. APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib. Onun sözlərinə görə, Əbu-Dabidə keçiriləcək danışıqların gündəliyinin ilk mövzusu Rusiya, Ukrayn
16:40 177 Kreml Trampın münaqişədən sonrakı Ukrayna barədə açıqlamasına münasibət bildirib
Coğrafi baxımdan Ukrayna artıq fərqli bir ölkədir. APA-nın Moskva bürosu xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov ABŞ prezidenti Donald Trampın münaqişə bitdikdən sonra Ukraynanın "bir az fərqli formaya" sahib olacağı ilə bağlı açıqlamasına münasibət bildirərkən deyib. Kremli
15:50 182 Xəzər dənizinin çəkilməsi COP31-də dünya gündəminə çıxarılacaq
"Azərbaycanın COP31 gündəliyindəki əsas mövzular arasında Xəzər dənizinin problemləri də yer alır". "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin İqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev COP31 çərçivəsində qurulan Azərbaycan pavilyonunda jurnalistləri
19:45 126 Bakıda yeni alınan avtomobilin üstünə qaz borusu aşdı
Bakının Köhnə Suraxanı qəsəbəsində küləkli hava şərəiti səsəbilə ağac aşıb. "Qafqazinfo" xəbər verir ki, hadisə zamanı ağac qaz borusunun üzərinə düşüb. Boru isə yaxınlıqda park edilmiş avtomobilin üzərinə düşüb. Məlumata görə, zərərçəkən avtomobilin sahibi maşını 15-20 gün əvvəl alıbmış. Qey
14:30 232 İzmirdə fabrikdə partlayış olub, ölən və yaralananlar var
İzmirdə fabrikdə güclü partlayış baş verib. "NTV"nin xəbərinə görə, partlayış İzmirin Əliağa rayonunda yerləşən dəmir-polad fabrikində qeydə alınıb. Partlayışın ardınca ərazidə böyük yanğın başlayıb. İlkin məlumata görə, çoxsaylı ölü və yaralı var
14:41 185 İnsandan böyük skumbriya tutuldu - Nadir HADİSƏ
Çinin Şandun əyalətində balıqçılar uzunluğu 2,46 metr, çəkisi isə 134 kiloqram olan nəhəng skumbriya balığı tutublar. xəbər verir ki, bu barədə "Global Times" nəşri məlumat yayıb. Təcrübəli balıqçıların sözlərinə görə, bu ölçüdə skumbriyaya rast gəlmək olduqca nadir hadisədir. Balıqçı Van Veytszyu
22:00 0