Təqaüdə göndərilən Vaqif Əsədovdan AÇIQLAMA
Xəbər verdiyimiz kimi, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.
BiG.AZ vasitəsilə kütləvi informasiya vasitələrinə müraciət ünvanlayan polis polkovniki onunla maraqlanan şəxslərə təşəkkür edib və təqaüdə getməsi ilə bağlı sevincini dilə gətirib:
"Ötən gün mənə çox sayda telefon zəngləri, eləcədə KİV nümayəndələrinin sms vasitəsi ilə sualları daxil olub. Telefona və suallarınıza cavab verə bilmədiyimə görə üzürlü sayın, mənə və xidmətimə olan diqqət və qayğınıza, eləcə də informasiya almaq istəyinizə görə təşəkkürümü bildirir və təqdir edirəm.
Bəli, təqaüdə çıxmaq üçün "xidmətdə olmanın son yaş həddinə çatdığına görə" əmr imzalanıb və şəxsi heyətə elan edildi. Bununla əlaqədər rəhbərlik səviyyəsində şəxsi heyətlə birgə tədbir təşkil edildi və xüsusi olaraq mənim xidməti fəaliyyətim yüksək qiymətləndirildi. Düşünürəm ki, daim təmasda olduğum hərəkət iştirakçıları da öz fikirlərini paylaşarlar.
Əlbəttə, Tanrıya şükürlər olsun ki, qismət oldu xidmətimi başa vurub təqaüdə çıxa bildim. Təbii ki, buna çox sevinirəm və bu sevinci mənə, ailəmə yaşadan DİN-in bütün rəhbərliyinə təşəkkürümü bildirirəm. Bu gün, Azərbaycan Respublikasının ən xoşbəxt vətəndaşlarından biriyəm desəm heç də yanılmaram. Çünki DİN rəhbərliyinin bundan sonra da mənə, həyat tərzimə olan diqqət və qayğısı, hətta ailə üzvlərimin belə nəzarətində olması bir daha DİN-nin əsgəri olduğumu, dövlətə və dövlətçiliyə daim vətəndaş kimi xidmət etməyimi qarşımda bir vəzifə olduğunu təsdiq etdi.
Fürsətdən istifadə edib cənab nazirə təşəkkür edir və onu əmin edirəm ki, istefada olan polis-polkovniki kimi qanunvericilik tələblərinə uyğun olaraq mülki vətəndaş kimi də borcumu davam etdirəcəyəm.
Əlavə olaraq qeyd edim ki, bu xidməti məndən sonra da əməkdaşlardan polis baş leytenantı Toğrul Nəsirli, polis baş leytenantı Pərvanə Muradova, polis-leytenantı Rüstəm Əhmədli və polis mayoru Araz Əsgərli təbliğat işini daha səmərəli təşkil edərək ictimayyətlə və KİV-lə qarşılıqlı, ardıcıl, məqsədli və layiqincə davam etdirəcək".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1263 Tarix: 14 iyun 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycanda zəlzələ olub
Lerik və Lənkəran rayonlarının ərazisində zəlzələ olub. xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Bildirilib ki, 16:00-da qeydə alınan yeraltı təkanın maqnitudası 3, dərinliyi isə 31 km olub. Zəlzələ hiss edilməyib
10.08.2026 237 Cənubi Qafqazda uzunmüddətli sülhün mümkünlüyünü göstərən mühüm siyasi hadisə
Son illər Cənubi Qafqaz bölgəsində baş verən proseslər göstərir ki, regionun gələcək təhlükəsizliyinin artıq hərbi qarşıdurma deyil, siyasi razılaşmalar, iqtisadi əməkdaşlıq və qarşılıqlı maraqlara söykənən əməkdaşlıq əlaqələri müəyyənləşdirir. Bununla əlaqədər bir il əvvəl, avqustun 8-də Vaşinqtond
10.08.2026 210 Şıxov çimərliyində iki qadın dənizdə boğuldu
Bakıda dənizdə iki nəfər boğulub. Qaynarinfo xəbər verir ki, hadisə Şıxov çimərliyində baş verib. Dənizdə batan iki qadının meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən sudan çıxarılıb
10.08.2026 374 "Deepfake"lərə qarşı yeni qaydalar: Süni intellekt necə tənzimlənəcək?
"Süni intellekt texnologiyalarının sürətlə yayılması artıq dövlətləri və beynəlxalq təşkilatları bu sahədə yeni qaydalar və tələblər formalaşdırmağa məcbur edir. Çünki süni intellekt yalnız texnoloji alət deyil, eyni zamanda məlumat təhlükəsizliyi, müəllif hüquqları və hətta ictimai rəyə təsir kim
10.08.2026 230 Paytaxtda axşam konsertləri keçirilir - Fotolar
Bakı Şəhər İcra Hakimiyyəti və rayon İcra Hakimiyyətlərinin birgə təşkilatçılığı ilə paytaxt sakinlərinin asudə vaxtının daha səmərəli təşkili məqsədilə açıq hava konsertlərinə start verilib. xəbər verir ki, şənbə günündən etibarən Bakı şəhərinin dörd rayonunda yerləşən park və istirahət məkanları musiq
10.08.2026 268 Vaşinqton görüşü: Azərbaycanın diplomatik uğurunun yeni mərhələsi
Prezident İlham Əliyevin 8 avqust 2025-ci ildə ABŞ-a işgüzar səfəri Azərbaycan diplomatiyasının tarixində mühüm hadisələrdən biri kimi yadda qaldı. Vaşinqtonda keçirilən görüşlər təkcə Azərbaycan-ABŞ münasibətlərinin inkişafı baxımından deyil, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması və Cənub
10.08.2026 254 Lionel Messi atasını son mənzilə belə yola saldı
Argentina milli komandasının kapitanı Lionel Messi atası Xorxe ilə vidalaşıb. xarici mediaya istinadən xəbər verir ki, dəfn mərasimi futbolçunun doğma şəhəri Rosarioda ailəsi və dostlarından ibarət kiçik bir dairənin iştirakı ilə baş tutub. Messinin atası uzun sürən xəstəlikdən sonra avqustun 7-də 6
10.08.2026 217 İrəvan sülh istəyirsə, bunu bəyanatlarla deyil, konkret addımlarla göstərməlidir
"Ermənistan rəhbərliyinin sülh prosesinə münasibətində artıq sözlə əməl arasında ciddi fərqin yarandığını müşahidə edirik. Baş nazir Nikol Paşinyan beynəlxalq platformalarda sülh tərəfdarı olduğunu bəyan edir, Azərbaycanla münasibətlərin normallaşdırılmasından danışır. Amma sülhün hüquqi və siyas
10.08.2026 219 Nərgiz Qurbanova səfir vəzifəsindən geri çağırıldı
Nərgiz Akif qızı Qurbanova Azərbaycanın Polşada fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Qeyd edək ki, Nərgiz Qurbanova 2021-ci ildən Azərbaycanın Polşadakı səfiri vəzifəsində çalışıb
10.08.2026 298