Çox təmizkar qadınların ərləri onlara daha çox xəyanət edir

Çox təmizkar qadınların ərləri onlara daha çox xəyanət edirYəqin siz də bu ifadəni ən az bir dəfə eşitmisiniz. "Burnunu başqalarının işinə soxma". Niyə əl yox, göz yox məhz burun? Çünki burun beynin xüsusi təyinatlı kəşfiyyatçısıdır. Yaxın oturun, çox maraqlı söhbət var.

Məlumdur ki, hər kəsin bədəninin özünəməxsus ətri var. Bu ətrin tərkibi feromondan ibarətdir. Burnumuz, daha dəqiqi beynimiz feromonun qoxusunu "göydə" tutur. Qarşı tərəfin feromonları sənə uyğundursa, adına sevgi dediyimiz o "kimyəvi" proses başlayır. Feromonlar saç və dəridən də ifraz olur. Ona görə də hər insanın dərisinin və saçlarının spesifik qoxusu var.

Maraqlıdır ki, insan stressli və ya əsəbi olan zaman feromonlar tamamən fərqli və itələyici qoxu verir. Ona görə də bir insanın sizə uyğun olub-olmamasını əsəblər sakitkən hiss edə bilərsiniz. Kişi və qadın öz yarısının ətrini tapmayıbsa, onun beyni daim gəzir, öz partnyorunu axtarır. Əgər tapa bilmirsə, ya da tapıb birləşə bilmirsə, rahatlıq tapmır, xoşbəxt hiss edə bilmir və xəyanətkara çevrilir. Bu mənada öz ətrimizi parfüm altında gizlətməklə beyni kor etmiş oluruq.

Psixoloqların fikrincə, çox təmizkar qadınların ərləri onlara daha çox xəyanət edir. Çünki beyin feromonların ətrini tuta bilmir. Bu yerdə renoplastikanın verdiyi ziyanı qeyd etməsək olmaz. Əməliyyat keçirmiş burunlarda iybilmə qabiliyyəti dəyişir və başqa sözlə, renoplastika etdirmiş qadın və kişilər öz "yarı"larını tapmaqda çətinlik çəkirlər. Çünki öz "kəşfiyyat orqanlarını" yarımcan edirlər.

İndi isə dünyanın ən qədim, müasir dünyanın isə ən bahalı ətirlərinin mənbəyi barədə. Söhbət əfsanəvi müşk və ənbərdən gedir. Çünki müşk və ənbərin insan feromonlarına cazibədar təsiri var.

1979-cu ildən heyvanları qorumaq üçün müşkün təbii yolla hasilatı qadağan edilib. Onu kabarqa, müşk maralı, müşk qoçu, ceyran və s. kimi cütdırnaqlı heyvanların göbəyindəki vəzlərdən əldə edirlər. Heyvanların yaşından və növündən asılı olaraq onların müşkləri ətir və keyfiyyətinə görə fərqlənirlər.

Müşk maralı olmayan yerlərdə bu maddəni almaq üçün qunduzlar ovlanır. Müşk maralı ilə müqayisədə qunduz müşkü daha zəifdir. Hələ orta əsrlərdə, Şərqdə qunduz vəzlərindən bu maddə alınır və adına cünd deyərdilər. Hazırda bahalı fransız ətirlərinin tərkibinə qunduz cündü qatılır.

Maralın ayrıca növü olan "müşk maralı"ndan əldə olunan müşk xüsusi ilə qiymətlidir. Bir kiloqram müşk əldə etmək üçün 200 erkək Hindistan maralı ovlanırdı. 3,5 kiloqram müşkdən isə cəmi 30 qram muskon əldə etmək mümkün idi. Müşk heyvanın vəzində əvvəlcə süd rəngli maye şəklində olur. Sonra tədricən bərkiyərək, lobya toxumu boyda dənələrə çevrilir. Əgər quruyubsa, dənəni gümüş mala ilə vəzin xarici axarının ağzından ehtiyatla qaşıyaraq götürürlər.

Ənbər isə kaşalotun dənizə axıtdığı ifrazatdan hazırlanır. İfraz edilən ənbər onun bədəndən iyirmi santimetrdən kiçik "yumurtalar" şəklində atılır və suyun üzünə yayılır. Bir balinanın ildə 300 kiloqrama qədər ənbər ifraz etməyə qadir olduğu təxmin edilir. Ölü balinaların qarnı açıldıqda orta hesabla 45 kiloqram ənbər əldə etmək olar.

Əvvəllər qızıla bərabər tutulan müşk və ənbərin kilosu indi o qədər də baha deyil. Təxminən 300 manata əldə etmək olar. Söhbət süni yollarla alınan müşk-ənbərdən gedir./Lent.az


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1358   Tarix: 07 iyun 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ukrayna Mesut Özili "qara siyahı"ya daxil etdi

Almaniya millisinin sabiq üzvü, dünya çempionu Mesut Özil Ukraynanın "Mirotvorets" (sülhməramlı) məlumat bazasına daxil edilib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Futbolçunun siyahıya salınmasına səbəb onun Rusiya futbol klublarının və milli komandalarının beynəlxalq turnirlərdə

19:15 145
.

Adanada zəlzələ olub

Türkiyədə zəlzələ baş verib. APA xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Zəlzələ Adana vilayətinin Kozan rayonunda 4,6 bal gücündə qeydə alınıb. Yerli vaxtla saat 15:28-də baş verən zəlzələnin ocağı 15,35 km dərinlikdə yerləşib

17:20 167
.

Dövlət Bayrağımız - milli kimliyimizin, müstəqilliyimizin və qalib dövlətçilik iradəmizin əbədi rəmzi

Azərbaycan Respublikasının Dövlət Bayrağı xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini, milli-mənəvi dəyərlərini, azadlıq və müstəqillik uğrunda mübarizəsini özündə ehtiva edən müqəddəs dövlət rəmzidir. Üçrəngli bayrağımızın tarixi Azərbaycanın milli dövlətçilik tarixinin ayrılmaz tərkib hissəsi olmaql

15:07 200
.

"Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Müsabiqəsinin final günü məlum oldu

"Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Müsabiqəsinin möhtəşəm final gecəsi noyabrın 30-da keçiriləcək. Şou Prodakşının layihəsi olan müsabiqənin seçim mərhələsi uğurla başa çatıb. Bu barədə layihənin Təşkilat Komitəsinin sədri Cavid Zamanlı saytımıza açıqlamasında məlumat verib. C. Zamanlını

19:22 178
.

"Ukraynanın coğrafiyası artıq dəyişib"

Kremlin sözçüsü Dmitri Peskov Ukraynanın ərazi görünüşünün dəyişdiyini bildirərək cəbhədəki reallıqların bunu təsdiqlədiyini deyib. "Qafqazinfo" xəbər verir ki, Peskov Moskvada jurnalistlərə açıqlamasında Ukrayna ilə bağlı ABŞ-nin vasitəçiliyi ilə Rusiya və Ukrayna arasında Birləşmiş Ərəb Əmirliklərini

16:50 179
.

Güclü qar səbəbindən Xınalıq yolu müvəqqəti bağlanıb

Quba və Qusar rayonlarının yüksək dağlıq ərazilərinə güclü qar yağıb. APA-nın Şimal bürosunun məlumatına görə, qar örtüyünün hündürlüyü Quba rayonunun Qrız kəndində 27 santimetr, Xınalıq kəndində 25 santimetr, Qusar rayonunun Laza kəndində isə 20 santimetrə çatıb. Qeyd edək ki, güclü qar yağması səbəbində

15:00 202
.

Əfsanəvi cüdoçu Fransa prezidentliyinə namizəd oldu

Fransalı əfsanəvi cüdoçu, beşqat Olimpiya çempionu Teddi Riner 2027-ci ildə keçiriləcək prezident seçkilərində namizəd olacağını açıqlayıb. xəbər verir ki, 37 yaşlı idmançı bu barədə sosial şəbəkə hesabında paylaşım edib. "Ölkəmizin üzləşdiyi çətinliklərlə barışmaq artıq geri çəkilmək deməkdir

22:45 1
.

İzmirdəki partlayışda ölənlərin sayı artıb

Türkiyənin İzmir vilayətindəki metallurgiya kombinatında baş verən partlayış nəticəsində həlak olanların sayı 16-ya çatıb. -ın "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada onun sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin iclasını

20:37 27
.

Mərdəkan şossesində qəza sıxlıq yaratdı

Xəzər rayonu, Mərdəkan şossesində baş verən yol-nəqliyyat hadisəsi olub. Bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən "Qafqazinfo"ya məlumat verilib. Bidlirilib ki, hadisə səbəbindən mərkəz istiqamətində nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir. Hazırda polis sıxlığı

15:20 214
.