Quru sərhədləri BU SƏBƏBDƏN açılmır
Azərbaycanda quru sərhədlərinin açılmasına dair müzakirələr davam edir. Yay mövsümündə sərhədlərin açılmasının turizm baxımından vacib olduğu bildirilsə də, rəsmi qurumlar quru yolu ilə gediş-gəlişin bərpasına tələsmirlər. Qonşu ölkələrdə koronavirusa yoluxma hallarının azalmasına baxmayaraq, Azərbaycanın quru sərhədlərini açmamasının səbəbləri maraq doğurur.
Azərbaycan quru sərhədlərini niyə açmır? Buna səbəb nədir?
BiG.AZ-ın məlumatına görə, bu barədə Modern.az-a danışan Milli Məclisin deputatı Rüfət Quliyev bildirib ki, quru sərhədlərinin açılması məsuliyyət deməkdir:
"Bu məsuliyyəti Operativ Qərargah boynuna götürməlidir. Biz pandemiyanın qarşısını aldıq, koronavirus təhlükəsini geridə qoyduq. Lakin bizdən fərqli olaraq, bəzi ölkələrdə vəziyyət yenə gərgindir. Çində, eləcə də Avropanın özündə yoluxma sayında yenidən artım müşahidə edilir. Bunları nəzərdən qaçırmaq olmaz".
Deputat bildirib ki, dövlət qurumları monitorinq aparır, qonşu ölkələrdəki vəziyyəti yaxından izləyir:
"Dövlət öz addımlarını necə lazımdır, o formada da atır. Ancaq məsuliyyət söhbəti var. Bu gün biz deyirik ki, turizm mövsümü başlayır, quru sərhədləri açılsın. Bəs bunun məsuliyyətini kim öz üzərinə götürəcək? Dünən iki nəfərdə yoluxma aşkarlanıb. Sabah Allah göstərməsin, yoluxma 10 minə çıxsa, səhiyyə ocaqlarına belə təzyiq olsa, onda kim cavab verəcək? Yenə qapanma, yenə problem olacaq. Bunu istəyən varmı? Ona görə də, vətəndaşlardan səbrli olmalarını xahiş edirəm. Gəlin, dövlətin işinə qarışmayaq. Dövlət öz işini bilir. Prosesləri praqmatik formada aparır. Səbrli olaq, vaxtı gələndə Operativ Qərargah qərar verəcək və sərhədləri açacaq".
Deputat Asim Mollazdə hesab edir ki, sərhədlərin açılması barədə qərar verərkən qonşu ölkələrdə epidemik vəziyyəti nəzərə almaq lazımdır:
"Qonşu ölkələrdə, Rusiyada, İranda hələ problemlər öz həllini tapmayıb. Hətta Gürcüstanda yoluxanların sayında artım hiss olunur. Düşünürəm ki, bizim müvafiq orqanlar məhz qonşu ölkələrdəki vəziyyəti nəzərdən keçirməli, yoluxma sayının minimuma enməsindən sonra öz qərarını verməlidir".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1936 Tarix: 07 iyun 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşŞəhid qardaşı Avrasiya çempionu oldu
İdmançımız Avrasiya çempionatında uğur qazanıb. xəbər verir ki, Elmir Rzalı INBA (Beynəlxalq Natural Bodibildinq Assosiasiyası) tərəfindən təşkil olunan Avrasiya çempionatında uğurla çıxış edib. Belə ki, o, "Men"s Physique" kateqoriyası üzrə mübarizədə birinci yeri tutaraq çempionatı
20:00 113 "Təbii Qələbə Tağı" - Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım etdi
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "Instagram" hesabında Hacıqabul rayonundan paylaşım edib. xəbər verir ki, o, paylaşımına "Hacıqabul rayonu, Bakı yolunda. Təbii Qələbə Tağı. 9.11.26" qeydini əlavə edib
19:52 121 Xəzər dənizinin çəkilməsi COP31-də dünya gündəminə çıxarılacaq
"Azərbaycanın COP31 gündəliyindəki əsas mövzular arasında Xəzər dənizinin problemləri də yer alır". "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin İqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev COP31 çərçivəsində qurulan Azərbaycan pavilyonunda jurnalistləri
19:45 126 Prezident Draqan Vladisavljeviçi "Dostluq" ordeni ilə təltif etdi
Draqan Vladisavljeviç Azərbaycan Respublikasının "Dostluq" ordeni ilə təltif edilib. AZƏRTAC-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb. Sərəncama əsasən Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrini
14:20 177 Əfsanəvi cüdoçu Fransa prezidentliyinə namizəd oldu
Fransalı əfsanəvi cüdoçu, beşqat Olimpiya çempionu Teddi Riner 2027-ci ildə keçiriləcək prezident seçkilərində namizəd olacağını açıqlayıb. xəbər verir ki, 37 yaşlı idmançı bu barədə sosial şəbəkə hesabında paylaşım edib. "Ölkəmizin üzləşdiyi çətinliklərlə barışmaq artıq geri çəkilmək deməkdir
22:45 1 Azərbaycan millisi Dakarda çempion oldu
Azərbaycanın çimərlik güləşi üzrə oğlanlardan ibarət millisi Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında çempion olub. xəbər verir ki, bu barədə Milli Olimpiya Komitəsi məlumat yayıb. Yığma 70 xalla komanda hesabında birinci yeri tutub. Kollektivin üzvlərindən Tuna
17:40 170 Xəyanət qalmaqalı "Nvidia"nın səhmlərini ucuzlaşdırdı
ABŞ-nin texnologiya nəhəngi "Nvidia"nın səhmləri şirkətin baş direktoru Jensen Huanq ətrafında yaranan qalmaqal fonunda 4 faizdən çox ucuzlaşıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb. Agentlik yazır ki, noyabrın 9-da birjadankənar ticarətd
19:30 130 Pezeşkian: Biz dialoq və danışıqlar tərəfdarıyıq
Biz dialoq və danışıqlar tərəfdarıyıq. APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran Prezidenti Məsud Pezeşkian İran Süd Sənayesi müəssisəsinin yaradılmasının ildönümü münasibətilə keçirilən mərasimdə çıxışı zamanı İranı vurmaq planlarından danışarkən bildirib. O deyib ki, İranın Ali Rəhbəri "n
17:10 167 Tənhalıq sağlamlığa ciddi zərər verə bilər
Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlər və yaxın insanlarla ünsiyyətdir. xəbər verir ki, dostlarla ünsiyyət saxlama
21:45 1