"Formula-1" ilə bağlı əhaliyə MÜRACİƏT - RƏSMİ

"Formula-1" ilə bağlı əhaliyə MÜRACİƏT - RƏSMİBakıda "Formula-1"ə hazırlıqlar başlayıb.

Bununla bağlı şəhərin bəzi mərkəzi küçələrində avtomobillərin hərəkətinə məhdudiyyətlər qoyulub, bəzi küçələrdə isə hərəkət istiqamətində dəyişikliklər edilib.

Sonxeber.az olaraq məsələ ilə bağlı Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədovla əlaqə saxladıq.

O, hansı yolların bağlanması ilə bağlı məlumat verərək, əhaliyə müraciət edib:

"Bilirsiniz ki, "Formula-1 Azərbaycan Qran Prisi" yarışının başlanmasına çox az bir müddət qalıb. Əvvəlcədən verilən məlumat əsasında Bakı Şəhər Halqası deyilən marşurt üzrə tam hazırlıq işlərinin görülməsi üçün artıq bütün kəsişmələrdən avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub, istiqamət dəyişdirilib. Bu səbəbdən paytaxtın mərkəzi hissəsinə doğru, yəni Azneft meydanı, Neftçilər prospekti, Azadlıq meydanı, Bülbül prospekti, Qoşa Qala qapısı, Gənclər meydanı, Zərifə Əliyeva, Puşkin, Nizami, Rəsul Rza, Əziz Əliyev, İstiqlaliyyət və Niyazi küçələrində artıq avtomobillərin hərəkətinə tam məhdudiyyət qoyulub. Bu məhdudiyyət 13 iyun tarixinə kimi davam edəcək. Yarış bitdikdən sonra bu istiqamətlərə doğru bütün kəsişmələrdə olan beton maneələr aradan qaldırılacaq.

Sonxeber.az vasitəsilə bir daha avtomobil sürücülərinə müraciət edirik ki, mövcud şəraiti düzgün dəyərləndirsinlər. Hər il, hər zaman olduğu kimi bu il də tədbirin yüksək səviyyədə keçirilməsi üçün vətəndaş həmrəyliyini göstərsinlər. Bu istiqamətlərə doğru şəxsi avtomobillərdən istifadə etməyərək ictimai nəqliyyat vasitələri ilə hərəkət etməyə üstünlük verilməyi tövsiyə edirik.

Bundan əlavə, bəzi ərazilərdə hərəkətin dəyişikliyi ilə bağlı məlumat veririk. Belə ki, hazırda Səməd Vurğun və Füzuli küçələrinin kəsişməsindən Üzeyir Hacıbəyov küçəsi ilə kəsişən hissəyədək olan ərazi iki istiqamətli təyin edilib. Lermontov küçəsi ilə Axundov bağı istiqamətində, Şeyx Şamil küçəsi kəsişməsindən hərəkətin əksinə və Axundov parkı ətrafından Əhməd Cavad küçəsi ilə hərəkətin əksinə, Azərbaycan prospekti istiqamətinə hərəkət edilməsi nəzərdə tutulub.

Eyni zamanda, Azneft meydanı tərəfdə isə yalnız Bayraq meydanı istiqamətində hərəkət nəzərdə tutulub. Bakı Şəhər Halqası kimi tanınan ərazidə yaşayanlara da artıq məlumat verilib. Onların rahat gediş-gəlişi üçün şərait yaradılıb.

Hesab edirik ki, bu tədbir də yüksək səviyyədə başa çatacaq".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1106   Tarix: 06 iyun 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Şəhid qardaşı Avrasiya çempionu oldu

İdmançımız Avrasiya çempionatında uğur qazanıb. xəbər verir ki, Elmir Rzalı INBA (Beynəlxalq Natural Bodibildinq Assosiasiyası) tərəfindən təşkil olunan Avrasiya çempionatında uğurla çıxış edib. Belə ki, o, "Men"s Physique" kateqoriyası üzrə mübarizədə birinci yeri tutaraq çempionatı

20:00 113
.

"Təbii Qələbə Tağı" - Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım etdi

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "Instagram" hesabında Hacıqabul rayonundan paylaşım edib. xəbər verir ki, o, paylaşımına "Hacıqabul rayonu, Bakı yolunda. Təbii Qələbə Tağı. 9.11.26" qeydini əlavə edib

19:52 121
.

Xəzər dənizinin çəkilməsi COP31-də dünya gündəminə çıxarılacaq

"Azərbaycanın COP31 gündəliyindəki əsas mövzular arasında Xəzər dənizinin problemləri də yer alır". "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin İqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev COP31 çərçivəsində qurulan Azərbaycan pavilyonunda jurnalistləri

19:45 126
.

Prezident Draqan Vladisavljeviçi "Dostluq" ordeni ilə təltif etdi

Draqan Vladisavljeviç Azərbaycan Respublikasının "Dostluq" ordeni ilə təltif edilib. AZƏRTAC-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb. Sərəncama əsasən Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrini

14:20 177
.

Əfsanəvi cüdoçu Fransa prezidentliyinə namizəd oldu

Fransalı əfsanəvi cüdoçu, beşqat Olimpiya çempionu Teddi Riner 2027-ci ildə keçiriləcək prezident seçkilərində namizəd olacağını açıqlayıb. xəbər verir ki, 37 yaşlı idmançı bu barədə sosial şəbəkə hesabında paylaşım edib. "Ölkəmizin üzləşdiyi çətinliklərlə barışmaq artıq geri çəkilmək deməkdir

22:45 1
.

Azərbaycan millisi Dakarda çempion oldu

Azərbaycanın çimərlik güləşi üzrə oğlanlardan ibarət millisi Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında çempion olub. xəbər verir ki, bu barədə Milli Olimpiya Komitəsi məlumat yayıb. Yığma 70 xalla komanda hesabında birinci yeri tutub. Kollektivin üzvlərindən Tuna

17:40 170
.

Xəyanət qalmaqalı "Nvidia"nın səhmlərini ucuzlaşdırdı

ABŞ-nin texnologiya nəhəngi "Nvidia"nın səhmləri şirkətin baş direktoru Jensen Huanq ətrafında yaranan qalmaqal fonunda 4 faizdən çox ucuzlaşıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb. Agentlik yazır ki, noyabrın 9-da birjadankənar ticarətd

19:30 130
.

Pezeşkian: Biz dialoq və danışıqlar tərəfdarıyıq

Biz dialoq və danışıqlar tərəfdarıyıq. APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran Prezidenti Məsud Pezeşkian İran Süd Sənayesi müəssisəsinin yaradılmasının ildönümü münasibətilə keçirilən mərasimdə çıxışı zamanı İranı vurmaq planlarından danışarkən bildirib. O deyib ki, İranın Ali Rəhbəri "n

17:10 167
.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlər və yaxın insanlarla ünsiyyətdir. xəbər verir ki, dostlarla ünsiyyət saxlama

21:45 1
.