"Qlobal Sağlamlıq Günü"ndə Bakıda maraqlı çempionat keçirilib

"Qlobal Sağlamlıq Günü"ndə Bakıda maraqlı çempionat keçirilibQlobal Sağlamlıq Günü (Global Wellnes Day) çərçivəsində Azərbaycanda bu sahənin aparıcı mütəxəssislərinin iştirakı ilə masaj üzrə Azərbaycan çempionatı keçirilib. Aesthetic & Wellness World Academy (AWWA) tərəfindən təşkil olunan tədbirdə ilkin seçimdən keçmiş yüzdən çox masaj ustası öz məharətlərini nümayiş etdirib.
Çempionat 3 istiqamət üzrə keçirilib️: Klassik Masaj; Terapevtik Masaj və Manual Terapiya; Üz masajı. Ayrılan vaxtda qüsursuz texnika nümayiş etdirməli olan masajçılar, osteopatlar, kosmetoloqlar, SPA-terapevtlər, manual terapevtlər, refleksoloqlar, fizioterapevtlər öz məharətlərini göstəriblər. Yarışın bütün aspektləri çempionatın qalibləri ilə bağlı qərar verən beynəlxalq hakimlər briqadası tərəfindən qeydə alınıb. Çempionatda mükafat qazanan iştirakçılar xüsusi kubok və sertifikatlarla mükafatlandırılıblar.
Onu da əlavə edək ki, Azərbaycan, Beynəlxalq Masaj Federasiyasında təmsil olunur və Milli Çempionatın qalibləri ölkəmizi beynəlxalq yarışlarda da təmsil etmək hüququ qazanıblar.Masaj üzrə Azərbaycan çempionatının hakimlər heyətinə Andrey Sırçenko, İveta Opmane, Svetlana Şabalina, Aleksandr Şeparev və Leyla Səlimova daxildir.Bu mütəxəssislər kadrların peşəkarlığının artırılmasına və SPA sənayesinin inkişafına böyük töhfələr vermiş şəxslərdir.
Qeyd edək ki, bu, Aesthetic & Wellness World Academy-nin təşkilatçılığı ilə keçirilən ikinci masaj üzrə Azərbaycan çempionatıdır. Keçən ilki analoji tədbir AWWA-nın gərgin əməyinin bir hissəsi kimi ölkəmizdə "KOSMETOLOQ", "KOSMEÇEVT", "MASAJÇI" kimi peşələr üçün standartların hazırlanmasına töhvə vermişdir."Peşə təhsili ixtisaslarının Təsnifatında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Nazirlər Kabinetinin 14 oktyabr 2021-ci il tarixli qərarına əsasən, respublikamızda yuxarıda göstərilən peşələr rəsmi olaraq təsdiq edilib. AWWA Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası ilə Əməkdaşlıq Memorandumları imzalayıb ki, bu memorandumlar çərçivəsində dövlət qurumları AWWA təhsil və sosial proqramları məzunlarının işlə təmin olunmasına dəstək verirlər.Gözəllik və SPA sənayesində peşəkarlar üçün peşə təhsili və təlimini təmin edən akkreditə olunmuş Akademiya olaraq, AWWA ixtisaslaşdırılmış kurslar çərçivəsində SPA sahəsində onlarla mütəxəssis hazırlamışdır. Bu il kursların ilk buraxılışı olub və məzunlar Azərbaycanda tanınan Diplomlar və sertifikatlar alıblar.AWWA Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə keçirilən Peşələr Festivalının da iştirakçısı olub. Azərbaycanın müxtəlif bölgələrində həyata keçirilən bu layihə SPA sənayesində peşəkar təhsil almağın üstünlüklərini nümayiş etdirməyə imkan yaradıb.

"Qlobal Sağlamlıq Günü"ndə Bakıda maraqlı çempionat keçirilib"Qlobal Sağlamlıq Günü"ndə Bakıda maraqlı çempionat keçirilib"Qlobal Sağlamlıq Günü"ndə Bakıda maraqlı çempionat keçirilib"Qlobal Sağlamlıq Günü"ndə Bakıda maraqlı çempionat keçirilib


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 757   Tarix: 06 iyun 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Şəhid qardaşı Avrasiya çempionu oldu

İdmançımız Avrasiya çempionatında uğur qazanıb. xəbər verir ki, Elmir Rzalı INBA (Beynəlxalq Natural Bodibildinq Assosiasiyası) tərəfindən təşkil olunan Avrasiya çempionatında uğurla çıxış edib. Belə ki, o, "Men"s Physique" kateqoriyası üzrə mübarizədə birinci yeri tutaraq çempionatı

20:00 113
.

"Təbii Qələbə Tağı" - Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım etdi

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "Instagram" hesabında Hacıqabul rayonundan paylaşım edib. xəbər verir ki, o, paylaşımına "Hacıqabul rayonu, Bakı yolunda. Təbii Qələbə Tağı. 9.11.26" qeydini əlavə edib

19:52 121
.

Xəzər dənizinin çəkilməsi COP31-də dünya gündəminə çıxarılacaq

"Azərbaycanın COP31 gündəliyindəki əsas mövzular arasında Xəzər dənizinin problemləri də yer alır". "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin İqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev COP31 çərçivəsində qurulan Azərbaycan pavilyonunda jurnalistləri

19:45 126
.

Prezident Draqan Vladisavljeviçi "Dostluq" ordeni ilə təltif etdi

Draqan Vladisavljeviç Azərbaycan Respublikasının "Dostluq" ordeni ilə təltif edilib. AZƏRTAC-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb. Sərəncama əsasən Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrini

14:20 177
.

Əfsanəvi cüdoçu Fransa prezidentliyinə namizəd oldu

Fransalı əfsanəvi cüdoçu, beşqat Olimpiya çempionu Teddi Riner 2027-ci ildə keçiriləcək prezident seçkilərində namizəd olacağını açıqlayıb. xəbər verir ki, 37 yaşlı idmançı bu barədə sosial şəbəkə hesabında paylaşım edib. "Ölkəmizin üzləşdiyi çətinliklərlə barışmaq artıq geri çəkilmək deməkdir

22:45 1
.

Azərbaycan millisi Dakarda çempion oldu

Azərbaycanın çimərlik güləşi üzrə oğlanlardan ibarət millisi Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında çempion olub. xəbər verir ki, bu barədə Milli Olimpiya Komitəsi məlumat yayıb. Yığma 70 xalla komanda hesabında birinci yeri tutub. Kollektivin üzvlərindən Tuna

17:40 170
.

Xəyanət qalmaqalı "Nvidia"nın səhmlərini ucuzlaşdırdı

ABŞ-nin texnologiya nəhəngi "Nvidia"nın səhmləri şirkətin baş direktoru Jensen Huanq ətrafında yaranan qalmaqal fonunda 4 faizdən çox ucuzlaşıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb. Agentlik yazır ki, noyabrın 9-da birjadankənar ticarətd

19:30 130
.

Pezeşkian: Biz dialoq və danışıqlar tərəfdarıyıq

Biz dialoq və danışıqlar tərəfdarıyıq. APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran Prezidenti Məsud Pezeşkian İran Süd Sənayesi müəssisəsinin yaradılmasının ildönümü münasibətilə keçirilən mərasimdə çıxışı zamanı İranı vurmaq planlarından danışarkən bildirib. O deyib ki, İranın Ali Rəhbəri "n

17:10 167
.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlər və yaxın insanlarla ünsiyyətdir. xəbər verir ki, dostlarla ünsiyyət saxlama

21:45 1
.