"40 yaş sindromu": Qadınlar və kişilər özlərini nələrə hazırlamalıdırlar?
Qadınlarda "Balzak yaşı", kişilərdə isə "40 yaş sindromu" adlanan bu yaş dövrü istər qadınlarda, istərsə də kişilərdə müəyyən mənada narahatlıq doğurmağa başlayır.
Qadınlar 40 yaşından sonra bəyənilməmə qorxusu yaşayırlar və ekspertlər 35-45 yaş aralığındakı zərif cinsin "40 yaş sindromu"na yaxalanmaları ehtimalını daha real hesab edirlər. Kişilər isə sözün həqiqi mənasında, özlərini buraxırlar, kökəlmə, bəzi mənəvi sapıntılar bu yaşdan sonra baş verir.
Bəs 40 yaşına çatan orqanizmi bu yaşdan sonra hansı xəstəliklər gözləyir?
Bəzən idarəsində çətinlik çəkdiyimiz bədən orqanları məhz 40 yaşdan sonra bizə hansı sürprizləri hazırlayır? Qidalanmamıza necə diqqət etməli və özümüzü nələrə hazırlamalıyıq?
Bizim.Media mövzu ilə bağlı yaranmış suallara aydınlıq gətirmək qərarına gəlib.
"40 yaşına qədər insan bədənində yaranan hüceyrələrin sayı ilə ölən hüceyrələrin sayı bərabər olur. 40 yaşından sonra isə ölən hüceyrələrin sayı çoxalmağa başlayır. Bu isə o deməkdir ki, insan orqanizmində enerji itkisi baş verməyə başlayır".
Bu sözləri Bizim.Media-ya açıqlamasında həkim-terapevt Rasif Bağırov söyləyib.
Ekspertin sözlərinə görə, məhz 40 yaşdan sonra maddələr mübadiləsi pozğunluqları başlayır ki, bu da asanlıqla onkoloji problemlərə çevrilə bilir.
"40 yaşdan sonra orqanizm asanlıqla minerallar və vitaminlər itirməyə başlayır ki, bunun nəticəsində də insanlarda ətraf mühitin təsirinə və stressə qarşı dözümlülük zəifləyir".
Ekspert 40 yaşdan sonra insanlarda ən çox rast gəlinən xəstəliklərin məhz ürək-damar xəstəlikləri olduğunu vurğulayıb.
"40 yaş sindromu"na gəlincə isə ekspert bunun bir çox səbəbləri olduğunu izah edib:
"Qadınların bu yaşdan sonra ana olmaq ehtimalı azalır. Bu öncə estrogen hormonunun 50 faizdən çox aşağı düşməsi ilə əlaqədardır. 40 yaşdan sonra qadın bədəni klimaks dövrünə hazırlaşır və klimaks dövründə qadınlar kifayət qədər həssas olmağa başlayırlar. Bu bir çox hallarda qadınlarda əksiklik hissinin artması, güvənsizlik və stress ilə müşayiət olunur".
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 835 Tarix: 05 iyun 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO
Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -a istinadən xəbər verir ki, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlər aldığ
14.09.2021 1051 Ovuclarınızı birləşdirin: Sevgi haqqında nələr öyrənəcəksiniz?
Ovuclarınızın içindəki sevgi xətti xarakteriniz haqqında çox şey deyir. -a istinadən məlumat verir ki, bir insanın əlləri o insan haqqında çox şey deyə bilər. Bu, uzun müddətdir ki, xarakter təhlili aparan insanlar üçün təsirli bir üsuldur. Əgər bu sizə də maraqlıdırsa, o zaman ovuclarınızı birləşdirin
16.09.2021 1627 3 milyon dəyərində sendviç hazırlandı - Ən bahalı qidalar
Dünyanın ən bahalı sendviçi hazırlanıb. Axşam.az-a istinadən xəbər verir ki, sendviç almaniyalı rəssam Tim Bengel tərəfindən saf qızıl istifadə olunaraq düzəldilib. Həmin qida 3 milyon dollar dəyərində qiymətləndirilib. Qeyd edək ki, bu ilk belə baha qida məhsulu deyil. Dünyanın ən bahalı yeməklərin
17.09.2021 877 Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR
"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə
11.09.2021 2925 Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO
Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"
13.09.2021 1580 Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!
16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604
13.09.2021 1018 Doğum evində skandal: 20 il sonra məlum oldu ki...
İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus
12.09.2021 2121 Binanın qarşısından keçən qadının üstünə armatur düşdü – ANBAAN VİDEO
Türkiyənin Çorum şəhərində qadın tikintisi davam edən binanın qarşısından keçərkən ciddi təhlükə ilə üzləşib. -a istinadən xəbər verir ki, hadisə anbaan inşaat meydançasının təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Görüntülərdə qadının onun üstünə düşən armatur dirəklərdən yayınmağa çalışdığ
14.09.2021 1946 Aygün Kazımovanı arxada qoydu, 31 yaşında Amerikada güllələndi – Azərbaycanlı müğənninin faciəvi həyatı
Sevil Maqsud qızı Hacıyeva 3 oktyabr 1968-ci ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarından etibarən musiqi fəaliyyətinə başlayan Sevilin qısa zaman ərzində istedadı kəşf edilir və müxtəlif musiqi tədbirlərində çıxış etməyə başlayır. Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsində təhsi
12.09.2021 3724