Qiymət azalmasını gözləmək absurddur: Kirayə mənzilləri bahalaşdıran səbəblər - ARAŞDIRMA

Qiymət azalmasını gözləmək absurddur: Kirayə mənzilləri bahalaşdıran səbəblər - ARAŞDIRMASon vaxtlar kirayə mənzil bazarında qiymətlər cib yandırır. Adətən yaz-yay aylarında kirayə mənzil bazarında ucuzlaşma müşahidə olunsa da, indi nəinki ucuz, baha ev belə tapmaq olmur. Tələbat çox, təklif azdır. Hətta evlərin üstündə dava edən müştərilər belə var. Əvvəllər 500-600 manatlıq evlər lüks hesab olunurdusa, indi o qiymətə sadə şəraitli ev tapmaq çox çətindir. Bəs səbəb nədir? Niyə kirayə mənzil bazarında ev az, qiymət yüksəkdir?

Mövzuyla bağlı "Kaspi" qəzetinin araşdırmasını təqdim edirik.

"Evlər də bərbad vəziyyətdədir"

Aliyə, təxminən, üç aydır ki, ev tapa bilmir. Qiymətlərin evin vəziyyətinə uyğun olmadığını iddia edir:

"Hansı maklerə üz tuturamsa, "ev yoxdur" cavabını alıram. Bəlkə, şəhər kənarında ev tapa bilərəm ümidi ilə axtarıram, yenə də əliboş qayıdıram. Təklif olunan evlər də bərbad vəziyyətdədir".

Tofiq də qiymətlərdən narazıdır:

"Xüsusilə təzə binalara yaxın getmək mümkün deyil. Qiymətlər fantastik həddədir. Elə bil ki, kirayə qalmırsan, ev alırsan. Əvvəllər 250-300 manata ev tapa bilirdinsə, indi minimum 500 manatın olmalıdır".

Mənzillərə tələbat niyə çoxdur?

Əmlakçı Mülkədar Rüstəmov "Kaspi"yə açıqlamasında bildirib ki, kirayə mənzil bazarında qiymətlərin bahalaşmasının səbəbi Bakı şəhərində son beş-altı ay ərzində aparılan söküntülərdir:

"Şəhərin mərkəzi küçələrində "xruşşovka" layihəli binaların söküntüsü başlanıldı. Söküntüyə məruz qalan binaların sakinləri kirayə evlərə köçürüldülər. Onların sayı da kifayət qədər çoxdur. Söküntülərdən əlavə, mənzillərə tələbatın çox olmasının ikinci səbəbi isə Ukraynadan gələn vətəndaşlarımızla bağlıdır".

Bahalıqdan tələbələr əziyyət çəkirlər

Əmlakçının sözlərinə görə, kirayə mənzil bazarındakı bahalıqdan tələbələr əziyyət çəkirlər:

"Kirayə mənzillərin qiymətlərinin qalxmasının əsas ana xətti keçən ilin sentyabr-oktyabr aylarından başlayıb. Pandemiya başlayanda tələbələr rayonlara qayıtdılar. Onların boşaltdıqları mənzillər ailələrə verildi. Yumşalmalar başlayınca, tələbələr rayonlardan şəhərə qayıtdılar və mənzil tapa bilmədilər. Bir hissəsi hosteldə, digərləri qohumların evlərində qalır".

Mənzil sahibləri qiymətləri qaldırırlar

Həmsöhbətimiz vurğulayır ki, tələbat həddindən artıq çox olanda mənzil sahibləri də qiymətləri qaldırdılar:

"Əvvəl 300 manata verilən ev indi 400-450 manat civarında verilir. Mənzillər, demək olar ki, doludur. Kirayə verilən evlər də uzunmüddətli verildiyi üçün boşalma ehtimalı çox azdır".

Yazılanlar var, amma...

Vəziyyətin günü-gündən daha da qəlizləşdiyini bildirən mütəxəssis deyir ki, mənzil bazarında ayrı-seçkilik də problemlərə səbəb olur:

"Vəziyyət daha da mürəkkəbləşir. Hər gün kirayə üçün müraciət edənlər, yazılanlar var. Amma ev yoxdur. Üstəlik, kirayə mənzil bazarında ayrı-seçkilik də mövcuddur. Xüsusilə oğlanlara ev verilmir. Ev sahibləri şərtlər irəli sürürlər ki, ancaq xanımlara və ailələrə veririk. Nəzərə alsaq ki, kirayə yaşayanların əksər hissəsi tələbələrdir, onlara etimad göstərilmir. Bu da vəziyyətin qəlizləşməsinə gətirib çıxarıb. Bu dövrdə tələbələrə qarşı ədalətsizliklər çox oldu".

Söküntülər davam etdikcə tələbat da çox olacaq

Məlumdur ki, may ayından sonra bağ evlərinə tələbat çoxalır. Əmlakçı vurğulayır ki, bu il proqnoz gözlənilən kimi deyil:

"Yazda xüsusən Abşeron rayonu istiqamətində olan bağ evlərinə maraq olurdu. Bu il o da gözlənilən kimi olmadı. Pandemiya dövründə o ərazilərə güclü tələbat var idi. Hətta orada qiymətlər fantastik idi. Bu il isə əksinədir. Sərhədlər bağlı olduğu üçün turist axını da yoxdur. Bu səbəbdən bağ evləri ilə bağlı durğunluqdur. Şəhərdəki mənzillərə isə tələbat artan dinamika ilə davam edəcək. Qarşıdakı bir ildə qiymət azalmasını gözləmək absurddur. Hazırda Bakıda 11 minə yaxın qəzalı bina var. Söküntülər davam etdikcə tələbat da çox olacaq. Bunu isə artan qiymətlərdə müşahidə edəcəyik".

"Sovetski"də ucuz qiymətə evlər var idi

Əmlak məsələləri üzrə ekspert Elnur Azadov deyir ki, hazırda kirayə mənzil bazarında ekonom seqmentinə aid təkliflərin azalması müşahidə olunur:

"Sovetski" sökülməzdən öncə həmin ərazidə ucuz qiymətə fərdi evlər var idi. Onlar da sosial durumu aşağı olan vətəndaşların tələbatını ödəyirdi. Bu kimi böyük ərazinin sökülməsi nəticəsində belə təkliflər şiddətli şəkildə azaldı. 2016-2017-ci ildən sonra pilot layihələrin həyata keçirilməsi başlandı. Nəsimi, Yasamal, Nərimanov və digər rayonlarda köhnəlmiş, qəzalı vəziyyətdə olan yaşayış binaları sökülür. Yerində yeni binalar tikildiyi üçün qiyməti də yüksəlir. Bu da bazara təsir edir".

"Əvvəldən qiyməti baha olan evlər..."

Mütəxəssis hesab edir ki, tələbin çox olmasının ikinci səbəbi əhalinin artımıdır:

"İlbəil əhali artır. Tələb çoxalır, təklif azalır. Ümumiyyətlə, 2020-ci ildən sonra orta hesabla yeni tikililərin 20 faiz bahalaşması ekonom seqmentinə təsir etdi. Bir çox vətəndaşlar aldıqları evləri kirayə verirlər. Əvvəldən qiyməti baha olan evlər olduğu kimi qalır, onlara tələbat yoxdur. Bahalaşma əsasən qiyməti 500 manata kimi olan evlərdə müşahidə olunur".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 843   Tarix: 04 iyun 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Təbii Qələbə Tağı" - Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım etdi

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "Instagram" hesabında Hacıqabul rayonundan paylaşım edib. xəbər verir ki, o, paylaşımına "Hacıqabul rayonu, Bakı yolunda. Təbii Qələbə Tağı. 9.11.26" qeydini əlavə edib. Videonu buradan izləyin!

09.11.2026 214
.

Varlanmaq üçün 3 gün tabutda qaldı - Saxlanıldı

Qanada 28 yaşlı kişi varlanmaq məqsədilə üç gün tabutun içində qalıb. xəbər verir ki, bu barədə "My Joy Online" nəşri məlumat yayıb. Hadisə yerli ovçunun qəbiristanlıqda gəzərkən tabut aşkar etməsi ilə üzə çıxıb. Ovçunun itləri tabuta yaxınlaşdıqdan sonra kişi onun içərisində kiminsə olduğunda

09.11.2026 102
.

Özgür Özəl Prezident İlham Əliyevə zəng edib

Yeni Partiyanın sədri Özgür Özəl Prezident İlham Əliyevə zəng edib. xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin "X" hesabında məlumat paylaşılıb. Məlumatda bildirilib ki, Özgür Özəl Zəfər Günü münasibətilə dövlət başçısına və Azərbaycan xalqına təbriklərini çatdırıb. Dövlət başçısı təbriklər

09.11.2026 209
.

"Ukraynanın coğrafiyası artıq dəyişib"

Kremlin sözçüsü Dmitri Peskov Ukraynanın ərazi görünüşünün dəyişdiyini bildirərək cəbhədəki reallıqların bunu təsdiqlədiyini deyib. "Qafqazinfo" xəbər verir ki, Peskov Moskvada jurnalistlərə açıqlamasında Ukrayna ilə bağlı ABŞ-nin vasitəçiliyi ilə Rusiya və Ukrayna arasında Birləşmiş Ərəb Əmirliklərini

09.11.2026 208
.

Şəhid qardaşı Avrasiya çempionu oldu

İdmançımız Avrasiya çempionatında uğur qazanıb. xəbər verir ki, Elmir Rzalı INBA (Beynəlxalq Natural Bodibildinq Assosiasiyası) tərəfindən təşkil olunan Avrasiya çempionatında uğurla çıxış edib. Belə ki, o, "Men"s Physique" kateqoriyası üzrə mübarizədə birinci yeri tutaraq çempionatı

09.11.2026 187
.

Konqoda vəba epidemiyası: Yoluxanların sayı 60 mini ötdü

Konqo Demokratik Respublikasının (KDR) şərqində davam edən böyük vəba epidemiyası nəticəsində cari ilin əvvəlindən bəri yoluxanların sayı 60 mini ötüb. -ın xəbərinə görə, bu barədə RFI radiostansiyası məlumat verib. Bildirilib ki, xəstəliyin yayılması ilə əlaqədar KDR və qonşu Konqo Respublikasının hakimiyyə

09.11.2026 202
.

Gəncədə "Chevrolet" qəfil alışıb yandı

Gəncədə "Chevrolet" markalı avtomobil yanıb. -ın məlumatına görə, hadisə şəhər ərazisində fəaliyyət göstərən şadlıq saraylarından birinin yaxınlığında qeydə alınıb. Belə ki, vətəndaşa məxsus "Chevrolet" markalı avtomobil anidən alışıb. Nəticədə avtomobilin salonu və mühərrik hissəs

09.11.2026 187
.

Rəsmi Bakı Türkiyəyə başsağlığı verdi

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (XİN) Türkiyənin İzmir şəhərində baş verən partlayışla bağlı bəyanat yayıb. həmin bəyanatı təqdim edir:. "Qardaş Türkiyənin İzmir şəhərində fabrikdə baş vermiş partlayış nəticəsində insan tələfatı və xəsarət alanların olması xəbəri bizi dərində

09.11.2026 184
.

Şoyqu: Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması öz nəticəsini verir

Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması öz nəticəsini verir. APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu MDB ölkələri Təhlükəsizlik Şuraları katiblərinin iclasında çıxışında bildirib. O, Cənubi Qafqazda vəziyyət yaxşılaşdığını söyləyib

09.11.2026 208
.