Hindistanlı turist Zaqatalada necə itkin düşüb - TƏFƏRRÜAT
Xəbər verdiyimiz kimi, mayın 13-də Zaqatalaya turist kimi gələn hindistanlı Manikathi Kondaveeti itkin düşüb.
1993-cü il təvəllüdlü turist Zaqatala rayonunun Qəbizdərə kəndi yaxınlığındakı dağlıq ərazidən rayon istiqamətində piyada gəlməyə başlayıb. O, iki dağ aşırımını keçərək Car kənd inzibati ərazisinin yaxınlığında, el arasında "Şamilovka" kimi tanınan dağ massivinə gəlib.
29 yaşlı qonağın elə bu ərazilərdə itkin düşdüyü ehtimal edilir.
BiG.AZ-ın məlumatına görə, itkin düşən hindistanlı turistin qardaşı Dharan Kondaveeti Modern.az-a bildirib ki, qardaşı Azərbaycana səfərdən əvvəl ölkəmizin relyefini və təbiətini araşdırıb.
Qardaşının itkin düşməsi barədə xəbər alan Dharan dərhal Azərbaycana gəlmək qərarı verib. O, hazırda ailəsi ilə birlikdə Zaqataladadır:
"Mən ailəmlə birlikdə Zaqatalada qardaşımın axtarışını davam etdirirəm. Mayın 13-də səhər saatlarından qardaşımı heç kim görməyib. Sonucu dəfə mayın 12-i axşam saat 19 radələrində söhbətləşmişik. Daha sonra mən ona yazdım, amma cavab vermədi. Fikirləşdim ki, yəqin olduğu yerdə şəbəkə yoxdur. Ürəyimə dammışdı ki, nəsə baş verib. Çünki o özü həmişə bizimlə əlaqə saxlayırdı. Biz onun "Google" akkauntuna giriş əldə etmişik. Mayın 13-ü qardaşımın olduğu məkan barədə informasiya əldə etdik. O, şəhərdən kənarda komada olub. Başqa məlumat yoxdur".
Dharan Kondaveeti qardaşının dünyanın bir çox ölkələrinə səfər etdiyini söyləyib. O, bildirib ki, Manikathi Azərbaycana aprelin 26-da gəlib:
"Mən onunla bir gün əvvəl Dehlidə şam yeməyi yedim. Səhəri onu aeroporta apardım. Bundan əvvəl o, Kamboca, Vyetnam, Tayland, Nepal, Madaqaskar, Ruanda, Keniyaya səfər edib. Səyahət zamanı gündə 25 kilometr məsafə qət edirdi. Səyahər etməyi xoşlasa da, yersiz riskə getməzdi. Təhlükəsiz səyahət edirdi, heç riskli yerlərə getməzdi. Heç bir ölkədə də başına belə hadisə gəlməyib.
O, Hindistanda fransız dili üzrə ekspert kimi işləyirdi. Azərbaycana getmək qərarını almışdı. Koronavirusdan sonra onun ilk səyahəti Azərbaycana oldu. Aprelin 26-da Azərbaycana gələndən sonra Bakıda, Şəkidə və bir çox şəhərdə olub. Mayın 12-də Zaqatalaya gəlib. Biz hələ də axtarış edirik, amma çarəsizik. Bakıdan könüllü qruplar istəyirik, onların nəqliyyat, qida xərclərini biz qarşılayacağıq".
Zaqatalada axtarışlara qoşulan könüllü Toğrul Cəfərov isə bildirib ki, turistin qış yuxusundan ayılan ayılarla qarşılaşma ehtimalı var:
"Turist 12 may tarixində qaldığı oteldən yerli sakinlərin yönləndirməsi ilə Qəbizdərəyə gedib, oradan yaylağa qalxaraq gecəni daxa adlanan ağacdan (taxtadan) tikilmiş yaylaq evlərindən birində qalıb. Onu həmin gün yaylaqda olan kənd sakini görüb. Səhəri gün (13 may tarixi) yaylaqda qalan kənd sakini Qəbizdərə kəndinə düşəcəyini, turistin də onunla gələ biləcəyini deyib, turist isə gəldiyi yöndə qayıtmaq istəmədiyini, Car yolundan Zaqatala mərkəzinə düşmək istədiyini bildirib və həmin istiqamətdə gedib. Ayın 13-dən sonra turistdən xəbər yoxdur. Mayın 17-də onun Özbəkistana təyyarə bileti olsa da, ölkədən çıxışı qeydə alınmayıb. Turist ailəsi ilə mütəmadi danışırmış, bir neçə gün xəbər almadıqları üçün ailəsi ölkələrinin Azərbaycandakı səfirliyinə xəbər edərək turistin axtarılmasını xahiş edib. Ayın 17-dən polis, yerli sakinlər və digər qurumlar axtarışlar aparır. Hələ də bir nəticə yoxdur".


BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1924 Tarix: 03 iyun 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN
Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın
18.09.2021 930 MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO
2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar
18.09.2021 245 Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?
Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar
18.09.2021 1826 Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO
Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd
18.09.2021 988 Tanınmış mədəniyyət xadimləri Şuşada
Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund
18.09.2021 814 Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb
Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl
18.09.2021 914 Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO
Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə
18.09.2021 2874 Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO
Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini
17.09.2021 1467 İstirahət gününün havası açıqlandı
Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti
18.09.2021 459