Bakıdakı sığınacaq barədə ŞOK İDDİA: "Körpələrin başını qırxıb spirt vurur, yandırıb tamaşa edirdilər" - VİDEO

Bakıdakı sığınacaq barədə ŞOK İDDİA: "Körpələrin başını qırxıb spirt vurur, yandırıb tamaşa edirdilər" - VİDEO"Sevgi Evi" qadın və uşaq sığınacağı barədə şikayət edən xanım hər kəsi təəccübləndirən iddialar səsləndirib.

"Sputnik Azərbaycan" xəbər verir ki, paytaxtdakı sığınacaqlardan birində uşaqlara əzab verilməsi barədə Sabunçu Rayon Prokurorluğunun məlumatı ölkədə böyük rezonans doğurub.

Yayılan xəbərdə bildirilib ki, rayonun Bakıxanov qəsəbəsində yerləşən sığınacaqda 10.05.2022-ci il tarixdə müxtəlif dövlət orqanlarının iştirakı ilə keçirilən monitorinq zamanı uşaqların bədəni üzərində xəsarət izlərinin aşkar olunması faktı ilə bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılıb. Aparılan araşdırmalarla qeyd edilən sığınacaqda 2022-ci ilin fevral ayının sonundan may ayının əvvəlinə qədər saxlanılan Cəmilə Məmmədovanın (ad, soyadı şərti) sığınacaqda qaldığı müddətdə müxtəlif psixi və fiziki zorakılığa məruz qaldığı, həmçinin onun sığınacaqdakı digər azyaşlılara da psixi və fiziki zorakılıq göstərilməsinə şahid olduğu müəyyən edilib.

O cümlədən sığınacaqda saxlanılan digər iki nəfər azyaşlının bədəni üzərində orada saxlandıqları tarixlərə uyğun gələn xəsarət izləri aşkarlanıb. Prokurorluq rəsmi şəkildə sığınacağın adını açıqlamasa da, Report.az saytı həmin sığınacağın "Sevgi Evi" qadın və uşaq sığınacağı olduğu barədə məlumat yayıb. Sputnik Azərbaycan-ın əməkdaşı yayılan məlumatı yerində araşdırmaq məqsədilə Sabunçu rayonu, Yavər Əliyev küçəsi 31 ünvanında fəaliyyət göstərən "Sevgi Evi" qadın və uşaq sığınacağına yollanıb.

Sığınacaq rəhbəri şiddət iddiasını təkzib edir

Əvvəlcə sığınacaq rəhbərliyi qapını jurnalistin üzünə açmaq istəməsə də, Sputnik Azərbaycan-ın əməkdaşının dəfələrlə etdiyi cəhd uğurlu olub. Sığınacağın təşkilatçısı Könül Qasımova agentliyə müsahibəsində bildirib ki, mətbuatda yayılan məlumat həqiqəti əks etdirmir. O, prokurorluğun yaydığı rəsmi məlumatda da "Sevgi Evi" qadın və uşaq sığınacağının adının çəkilmədiyini bildirib. Amma K.Qasımova sığınacaqda dövlət qurumları tərəfindən monitorinqin keçirildiyini təsdiqləyib. Bildirib ki, dövlət qurumları tərəfindən monitorinq keçirilsə də, burada hansısa uşağa zorakılıq, fiziki və psixoloji təzyiqin göstərildiyindən söhbət gedə bilməz:
"Biz bu sığınacağı ona görə açmışıq ki, kimsəsiz, zorakılığa məruz qalmış uşaqlara dəstək olaq. Uşaqları buraya gətirmirik ki, onlara işgəncə verək. Biz o uşaqları gətiririk ki, burada onların başına sığal çəkək, qayğı göstərək. Gətirmirik ki, onlara şiddət göstərək. Bu barədə iddialar kökündən yanlışdır. Bu bizim sığınacağı gözdən salmaq məqsədi daşıyır".

Sığınacağın fəaliyyətinə nəzarət varmı?

K.Qasımova bildirib ki, sığınacağa uşaqlarla yanaşı, qadınlar da cəlb olunur: "Ərazi üzrə polis orqanları küçədə aşkarladıqları kimsəsiz və köməksiz qalan uşaqları bizə istiqamətləndirir. Həmçinin "Space" telekanalına müxtəlif problemlərlə üz tutan qadınlar, uşaqlar da sığınacağımıza gəlirlər. Onlar burada qalır, yeməklə, yataq yeri ilə təmin olunurlar".

Təşkilatçı sığınacağa üz tutan hər bir uşaq və qadının qeydiyyata alındığını, uşaqların hətta tibbi müayinədən keçirildiyini söyləyir.

Həmsöhbətimiz deyir ki, bu məkan daha çox günərzi qayğı mərkəzi kimi fəaliyyət göstərir. Dövlətdən heç bir yardım almadan, öz vəsaitləri və xeyirxah insanların dəstəyi ilə köməksiz qadınlara, uşaqlara dəstək olur:

"Amma bu o demək deyil ki, buraya heç bir nəzarət aparılmır. Bizim sığınacağımıza Sabunçu Rayon İcra Hakimiyyəti, digər aidiyyəti qurumlar nəzarət edir. İstənilən vaxt burada monitorinq təşkil edib uşaqlara necə qayğı göstərildiyini araşdıra bilirlər".

K.Qasımova ilə söhbət zamanı onu da öyrəndik ki, sığınacağın rəsmi işçiləri yoxdur. Burada hər kəs könüllülük prinsipi ilə çalışır:

"Bizim sığınacaq ictimai əsaslarla fəaliyyət göstərir. Əsas məqsədimiz köməksiz qalan uşaqlara sahib çıxmaq, onlara dövlət uşaq müəssisələrinə yerləşdirilənədək qayğı göstərməkdir".

Sığınacaqdan şikayət edən qadın kimdir?

Təşkilat rəhbəri ilə söhbətdən sonra burada olan uşaq və qadınlarla da görüşürük. Uşaq sayının az olmasını K.Qasımova bir neçə uşağın məktəbdə olduğu ilə əlaqələndirir:

"Bura günərzi qayğı mərkəzidir. Burada uşaq sayı sabit qalmır. Polis tərəfindən gətirilən uşaqlar bir neçə gündən sonra ya dövlət uşaq müəssisələrinə yerləşdirilir, yaxud da anası nəzarət altındadırsa, buraxıldıqdan sonra övladına sahib çıxır".

Sığınacaqdakı uşaqlar və burada iki aydan çoxdur ki, yaşayan qadın onlara heç bir şiddət göstərilmədiyini söyləyir:

"Uşaqlar burada mənim gözümün qarşısında böyüyür. İki aydır ki, buradayam. Hər kəs uşaqlara öz balası kimi baxır".

Könül xanımla sağollaşıb sığınacağı tərk etdikdən sonra həmin ərazidə yaşayan sakinlərlə də həmsöhbət olduq. Onlardan biri bizə bildirdi ki, bir müddət öncə sığınacağa bir qadın gəlib-gedib. Həmin qadın sığınacaqdakı uşağını görmək istəsə də, buna nail ola bilməyib. Adının çəkilməsini istəməyən həmsöhbətimiz həmin qadının sığınacaqdan şikayətçi olduğunu, hətta monitorinqin onun şikayəti əsasında aparıldığını da söylədi. Amma ərazidə yaşayan digər sakinlər sığınacaqda uşaqlara necə qayğı göstərildiyi barədə məlumatlı olmadıqlarını bildirdilər.

On beş yaşlı qıza sığınacaqda əzab verilib?

Sputnik Azərbaycan "Sevgi Evi" qadın və uşaq sığınacağından şikayətçi olan qadınla da görüşməyə müvəffəq olub. Adının Xəyalə olduğunu bildirən xanım Sputnik Azərbaycan-a müsahibəsində sığınacağın təşkilatçısı K.Qasımovadan şikayət etdiyini, onun şikayəti əsasında sığınacaqda monitorinq keçirildiyini təsdiqləyib:

"Mən 15 yaşında qızıma etdiyi səhv hərəkətə görə acıqlandığımdan, o küsüb evdən getmişdi. Polis onu "Sevgi Evi" qadın və uşaq sığınacağına yerləşdirmişdi. Mən qızımın həmin sığınacağa yerləşdirildiyini bildikdən sonra onu evə aparmaq üçün dəfələrlə həmin ünvana getdim. Amma Könül Qasımova mənim qızımla görüşümə, onunla söhbət etməyimə icazə vermədi. Mən günlərlə sığınacağın qapısında dayanıb qızımı görmək üçün onun insafa gəlməsini gözlədim. Amma o qızımı mənə qarşı öyrədərək efirə çıxardıb danışdırdı. Mənim əleyhimə qızımı telekanalda müsahibə verməyə məcbur edib. Dəfələrlə rayon icra hakimiyyətinə, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə müraciət etdim. Amma bunlara baxmayaraq, qızımla görüşümə Könül Qasımova icazə vermirdi. Nəhayət qızım orada iki ay qaldıqdan sonra Rayon İcra Hakimiyyətinin dəstəyi ilə mən qızımla görüşə bildim. Qızım məni görən kimi məndən onu sığınacaqdan xilas etməyimi istədi. Qızımı evə gətirəndən sonra o sığınacaqda başına gətirilənləri mənə danışdı. Bildirdi ki, Könül Qasımova onu günlərlə ac saxlayıb, efirə çıxaraq mənim əleyhimə danışmağa məcbur etmək üçün iki gün zirzəmidə saxlayıb. Qızım razı olmadıqda qışın soyuğunda qızımı hamamda gecələməyə məcbur edib. Qızıma mənəvi işgəncələr verib. Hətta Könül Qasımovanın orada yaşayan tanışı qızıma qarşı əxlaqsız hərəkətlər də edib".

"Qızım danışırdı ki, oradakı körpələrin saçını qırxıb yerinə spirt vurub başlarını yandırırdılar"
Özünü "Sevgi Evi" qadın və uşaq sığınacağında şiddətə məruz qalmış qızın valideyni kimi təqdim edən Xəyalə digər uşaqlara qarşı da zorakılıq hadisələrini törədildiyini iddia edib. Onun sözlərinə görə, qızı ona sığınacaqdakı uşaqların ac saxlanıldığını, onlar yatmadıqda fiziki zorakılıqlara məruz qoyulduğunu bildirib:

"Qızım danışırdı ki, oradakı körpələrin saçını qırxıb yerinə spirt vururdular. Könül Qasımova sonra onların keçəl başında spirtin necə alışdığına tamaşa etmək üçün onların başını yandırırmış. Oradakı uşaqların başlarındakı yanıq izləri də bunu sübut edir. Mənim şikayətim əsasında monitorinq zamanı bu faktlar öz təsdiqini tapıb. Hazırda mənim şikayətim əsasında istintaq işi aparılır. Mənim istəyim, uşaqlara qayğı adı altında onlara şiddət göstərən bu qadının əməllərinə görə layiqli cəzanı almasıdır. Təkcə öz qızımın deyil, oradakı digər uşaqların da başına gətirilən işgəncələr barədə araşdırılma aparılır. Mənim istəyim həmin günahsız uşaqlara işgəncə verənlərin cəzalandırılmasıdır".

Cəmilə Məmmədova (ad şərtidir) anasının dediklərini Sputnik Azərbaycan-a müsahibəsində təsdiqləyib. Bildirib ki, Könül Qasımova ona efirə çıxararaq anasının əleyhinə danışması üçün əzab verib, günlərlə ac saxlayıb:

"Məni məcbur edirdi ki, sığınacağı təmizləyim, uşaqlara baxım. Məndən xadimə, dayə kimi istifadə edirdi".

Könül Qasımova isə Sputnik Azərbaycan-a Xəyalə adında qadını tanıdığını, onun qızının iki ay müddətində sığınacaqda qaldığını təsdiqləyib. Bildirib ki, 15 yaşlı Cəmilə Məmmədova (adı şərtidir) anasının ona qarşı etdiyi qanunsuz əməllərdən polisə sığınıb, daha sonra sığınacağa gətirilib. Elə sığınacaqda uşaqlara işgəncə verilməsi barədə şikayəti də hüquq-mühafizə orqanlarına bu qadın edib:

"Onların dediklərinin heç bir əsası yoxdur. Qız anasının əlindən qaçıb sığınacağa gəlmişdi. Ona və digər uşaqlara qarşı sığınacaqda heç bir zorakılıq törədilməyib. Bunu təsdiqləyən ekspertiza faktı yoxdur. Bizim sığınacaqda uşaqlarla davranışımıza rayon icra hakimiyyəti tərəfindən nəzarət edilir".

Sabunçu Rayon İcra Hakimiyyətinin aparıcı məsləhətçisi, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi psixoloqu Ramilə Quliyeva "Sevgi Evi" qadın və uşaq sığınacağı barədə yayılan məlumatlardan xəbərdar olduqlarını bildirdi. Onun sözlərinə görə, həmin məkanın sığınacaq kimi fəaliyyət göstərməsi barədə onlara heç bir sənəd təqdim edilməyib:

"Biz bircə onu bilirik ki, "Space" telekanalına müraciət edən zorakılıq qurbanları oraya yönəldilir".

R.Quliyeva uşaqların sığınacaqda zorakılığa məruz qalması faktı üzrə araşdırılma aparıldığını söyləyib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, işin icrası zamanı məlumatların konfidensiallığı nəzərə alınaraq, istintaq prosesi yekunlaşdıqdan sonra ictimaiyyətə bu barədə ətraflı məlumat veriləcək:

"Kütləvi informasiya vasitələrində iyunun 2-də Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində fəaliyyət göstərən sığınacaqların birində uşaqların zorakılığa məruz qalması faktına dair Sabunçu Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb".
Ombudsman Aparatı paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən sığınacaqda müxtəlif dövlət orqanlarının iştirakı ilə keçirilən monitorinq zamanı uşaqlara aylarla əzab verilməsi faktına münasibət bildirib. Məlumatda qeyd olunur ki, internet saytlarında yayılmış bu məlumatla bağlı məsələ üzrə müvafiq qaydada Prokurorluğa və DİN-ə də müraciət olunub.
Sığınacaqlar akkreditasiyadan keçməlidir

Hadisə ilə bağlı bu gün yayılan xoşagəlməz məlumatlar isə xüsusilə uşaqlar üçün yaradılmış sığınacaqların fəaliyyətini, onlara nəzarət məsələsini yenidən gündəmə gətirib.
"Azərbaycan Uşaqlar Birliyi"nin sədri Kəmalə Ağazadə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, uşaqlar üçün nəzərdə tutulmuş sığınacaqlar mütləq şəkildə ixtisaslaşmış olmalı, orada xidmət göstərən insanlar bu sahə üzrə təcrübəli olmalıdırlar:

"Hər kəs sığınacaq açıb xeyriyyə adı altında fəaliyyət göstərə bilməz. Sığınacaqda buna şərait olmalı, lazımi sayda işçi heyəti olmalıdır. Həmçinin müəssisə sığınacaq kimi fəaliyyət göstərməsi üçün akkreditasiyadan keçməlidir. Çox təəssüf ki, bu gün uşaqlara qayğı və dəstək adı altında fəaliyyət göstərən sığınacaqlar heç də öz işlərini peşəkar səviyyədə görmürlər. Hətta uşaqlara qarşı həmin sığınacaqlarda şiddətin olmasına dair məlumatlar gəlir. Ona görə də uşaq sığınacaqlarına mütləq şəkildə nəzarət gücləndirilməli, həmin müəssisələr akkreditasiya əsasında fəaliyyət göstərməlidirlər. Dövlət qurumları vaxtaşırı belə sığınacaqlarda uşaqlara qarşı davranışı, qidalanmanı monitorinq etməlidir".

Sığınacağın təşkilatçısı Könül Qasıımova "Sevgi Evi" qadın və uşaq sığınacağının sənədlərinin akkreditasiyadan keçməsi üçün aidiyyəti üzrə təqdim olunduğunu bildirib.

Qeyd edək ki, Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yerləşən "Sevgi Evi" qadın və uşaq sığınacağında 10.05.2022-ci il tarixdə müxtəlif dövlət orqanlarının iştirakı ilə keçirilən monitorinq zamanı uşaqların bədəni üzərində xəsarət izlərinin aşkar olunması faktı ilə bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılıb.

Aparılan araşdırmalarla qeyd edilən sığınacaqda 2022-ci ilin fevral ayının sonundan may ayının əvvəlinə qədər saxlanılan Cəmilə Məmmdovanın (ad, soyadı şərti) sığınacaqda qaldığı müddətdə müxtəlif psixi və fiziki zorakılığa məruz qaldığı, həmçinin onun sığınacaqdakı digər azyaşlılara da psixi və fiziki zorakılıq göstərilməsinə şahid olduğu müəyyən edilib, o cümlədən sığınacaqda saxlanılan digər iki nəfər azyaşlının bədəni üzərində orada saxlandıqları tarixlərə yetirilməyə uyğun gələn xəsarət izləri aşkarlanıb.

Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 309.1 (vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda), 133.2.1 (iki və ya daha çox şəxsə qarşı əzab vermə) və 133.2.4-cü (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı əzab vermə) maddələri ilə cinayət işi başlanılıb. Hazırda istintaq davam edir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2958   Tarix: 02 iyun 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Mbappe Nike ilə 19 illik müqaviləsini ləğv etdi: gözlənilməz addım atacaq

"Real"ın ulduzu "Adidas" və "Under Armour" şirkətlərinin təkliflərini rədd edib və öz brendini yarada bilər. "Real" və Fransa millisinin hücumçusu Kilian Mbappe kommersiya tərəfdaşlığında böyük dəyişikliklərə hazırlaşır. -ın xarici mediaya istinadən məlumatın

10.08.2026 250
.

Prezident Belçika və Polşaya yeni səfirlər təyin etdi

Prezident İlham Əliyev Azərbaycanın Belçika və Polşada yeni səfirlərinin təyin edilməsi ilə bağlı Sərəncam imzalayıb. "Qafqazinfo" xəbər verir ki, Sərəncama əsasən, Məmməd Bahəddin oğlu Əhmədzadə Azərbaycanın Belçika Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Prezidentin digə

10.08.2026 238
.

Dinozavrların nəslinin kəsilməsi ilə bağlı yeni versiya: Toz buludunda diri-diri yanıblar?

Alimlər hesab edirlər ki, dinozavrlar 66 milyon il əvvəl Yerə düşən nəhəng asteroidin yaratdığı həddindən artıq qızmış toz buludunun təsiri nəticəsində məhv olmuş ola bilərlər. Qaynarinfo xəbər verir ki, araşdırmanın nəticələri "Journal of Geophysical Research: Biogeosciences" jurnalında dər

10.08.2026 215
.

Bakıda bu 9 marşrutun hərəkət istiqaməti dəyişdi

Paytaxtın Həsən Seyidbəyli küçəsində aidiyyəti qurum tərəfindən aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib. Bu barədə -a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib. Bildirilib ki, məhdudiyyət səbəbindən 6, 10, 18, 31, 37, 39

10.08.2026 305
.

Təyyarə biletini atmağa tələsməyin - Sonra görün nəyə yaraya bilər

Rəqəmsal texnologiyaların geniş yayılması ilə səyahət zamanı kağız sənədlərdən istifadə getdikcə azalır. Məsələn, ötən il aşağıbüdcəli aviaşirkət Ryanair kağız biletlərdən tamamilə imtina edib. Bununla belə, təcrübəli səyahətçilər xəbərdarlıq edirlər ki, uçuşdan sonra minik talonunu və ya onun telefond

10.08.2026 258
.

Ev almaq istəyənlər üçün dövlət imkanları: Kimlər güzəştli ipotekadan yararlana bilər?

"Azərbaycanda vətəndaşların mənzil sahibi olması üçün əsas dövlət mexanizmlərindən biri Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu vasitəsilə təqdim olunan adi və güzəştli ipoteka kreditləridir". Bunu BİG.AZ-a açıqlamasında əmlak məsələləri üzrə eksperti Fərid Cəfərli bildirib

10.08.2026 336
.

Biləcəridə evdən qadın meyiti tapıldı

Bakıda evdən meyit tapılıb. xəbər verir ki, hadisə Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Harami küçəsində qeydə alınıb. Həmin ünvanda yaşayan, 71 yaşlı Zübeycət Çerçi qızı Əhmədovanın üzərində zorakılıq əlamətləri görünməyən meyiti yaşadığı evdə aşkar edilib. Araşdırmalar rayon prokurorluğunda aparılı

10.08.2026 343
.

"Deepfake"lərə qarşı yeni qaydalar: Süni intellekt necə tənzimlənəcək?

"Süni intellekt texnologiyalarının sürətlə yayılması artıq dövlətləri və beynəlxalq təşkilatları bu sahədə yeni qaydalar və tələblər formalaşdırmağa məcbur edir. Çünki süni intellekt yalnız texnoloji alət deyil, eyni zamanda məlumat təhlükəsizliyi, müəllif hüquqları və hətta ictimai rəyə təsir kim

10.08.2026 255
.

Lionel Messi atasını son mənzilə belə yola saldı

Argentina milli komandasının kapitanı Lionel Messi atası Xorxe ilə vidalaşıb. xarici mediaya istinadən xəbər verir ki, dəfn mərasimi futbolçunun doğma şəhəri Rosarioda ailəsi və dostlarından ibarət kiçik bir dairənin iştirakı ilə baş tutub. Messinin atası uzun sürən xəstəlikdən sonra avqustun 7-də 6

10.08.2026 346
.

TOP MP3