Bu barədə uşaqlar danışa bilməz? - Cinsəllik TABUsu

Bu barədə uşaqlar danışa bilməz? - Cinsəllik TABUsuİnsan beyni "tabu" yaradırsa, deməli, həmin mövzuda hansısa təhlükədən qorxur. Cinsəllik illərdir insan yaradılışının beynində sanki bir ayıb, utanc doğuran hal kimi qəbul edilərək, sorğulanmadan günümüzə qədər ötürülən və gizli qalmalı olan dəyər, inanc kimi formalaşdırılıb. Belə ki, toy, cinsəl yaşamdan qaynaqlanan hamiləlik, doğum ayıb kimi görülməzkən, cinsəlliyin özü gizlədilir və tabu sayılır.

Uşaq valideynlərinə o qədər bağlı olur ki, ailədə onların istəmədiyi hiss və duyğularını basdırmağa məcbur qalır. Ailədə uşaqlara söz haqqının verilməməsi, şəxsiyyət kimi davranılmaması gələcəkdə onların keçirdiyi hisslərdən əmin ola bilməməsinə, yanlış verilmiş qərarlara və yönləndirilmələrə yol açır.

Cinsəl mövzular əksər ailədə müzakirə olunmayan söhbət olduğundan, böyüməkdə olan fərdlər xüsusilə qızlar məlumatsızlıqdan, ətrafın qınaq-tənəsindən çəkinərək münasibətdə sevgiyə dair doğru-yanlış eşitdiklərilə qərar verməyə çalışırlar.

Əksərən xanımlar sevgi duyğuları bəslədiklərini yaxınlarından da gizli tutmaq istəyirlər. Sevgilərinin kimlərinsə tərəfindən bilindiyi təqdirdə qınanaraq dəyərini itirəcəyindən qorxurlar.

Öz hisslərini ayırd edib, ad qoya bilməyən insan münasibətdə nə istədiyini anlamadan qarşısına çıxan bilinməz sevgi hissinin qurbanına çevrilir. Bəzi sadist və narsistlər bu vəziyyətdən yararlanaraq qarşı tərəfi münasibət qəfəsinə sıxışdırıb xoşbəxt olduğunu düşündürür, əks tərəf də zamanla sevgi dilənçisinə çevrilən qul olmağa razı olur.

Lakin ayırd edilməyən hiss və duyğular, anlaşılmayan düşüncələr insana acı, kədər verib, uğursuz seçimlər etməyə vadar edir. Sərhədlərini bilməyən, "yox" deməyi bacarmayan insan istənilən hissi üzərindən istismar olunmağa məhkumdur. Onun təməlində ailədə valideynlərdən uşağa ötürülən saf sevginin yetərsizliyi, sevgini normal ifadə edə bilməmə, uşaqda özdəyər, özsevgi hissinin aşılanmaması durur.

Valideynlər uşaqları ilə bir evin içində, öz şəxsi münasibətləri arasında onları əsl şəxsiyyət kimi yetişdirdiklərini, onlara olan münasibətlərinin təmiz, sağlam ünsiyyət və ifadə tərzi ilə mümkün olduğunu anlamalıdırlar.

Uşağın ilk sevgi hisləri anaya və onun üzərindən ata və digərlərinə qarşı formalaşır. Qızlarda ilkin formalaşan libido qardaşa, sonra isə ataya yönəlir. Eşqin ilk hədəfi ata, daha sonra isə həyat yoldaşı olur. Deməli uşaqları sağlam şəxsi münasibətlərə hazırlayan məhz ailədəki fərdlər arası münasibətlər olur. Uşaqların məişət ortamında valideynlərinin onların qayğısına qaldıqları zaman qazanmış olduqları cinsəlliklə rəngləndirilmiş təcrübələri passiv bir xarakter daşıyır və böyüdükcə onlarda sonrakı cinsəl yaşama keçidin təməlini təşkil edir.

Ana ilə ata arasında olan münasibət və uşaqlara qarşı rəftar mütləq saf sevgi, humanist duyğular əsasında qurulmalıdır ki, yanlış inanclar şüuraltında formalaşmasın. Sevgi aclığına, şiddətə, anlaşılmaz duyğulara məruz qalan uşaqlar gələcək həyatlarında bunları ona yaşadan insanlarla da qarşılaşaraq sınaqlara tutular. Sınaqdan çıxmağı bacaranlar isə əsl sevgini dadmış olurlar.

Baş verən hadisə və situasiyalar bir insanin həyatında doğru duyğu və düşüncələrə sahib olana qədər döngü şəklində təkrarlanar və həyatda hər şeyin saf sevgi duyğusun üzərində qurulduğunu sübüt etməyə çalışar. Cinsəllik varoluş şəklinin ən təbii parçasıdır.

Dünyamızı sevgi xilas edəcək...

Günay Əfsər


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1279   Tarix: 01 iyun 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb

Rusiyanın Odessaya hücumunda üç nəfər ölüb, bir nəfər xəsarət alıb. APA xəbər verir ki, bu barədə Odessa Şəhər Hərbi Administrasiyasının rəhbəri Sergey Lısak məlumat verib. Onun sözlərinə görə, yaralının vəziyyəti ağırdır. Lısak bildirib ki, Rusiya qüvvələri Odessada mülki infrastruktura zərbə endiri

09.11.2026 195
.

İzmirdə fabrikdə partlayış olub, ölən və yaralananlar var

İzmirdə fabrikdə güclü partlayış baş verib. "NTV"nin xəbərinə görə, partlayış İzmirin Əliağa rayonunda yerləşən dəmir-polad fabrikində qeydə alınıb. Partlayışın ardınca ərazidə böyük yanğın başlayıb. İlkin məlumata görə, çoxsaylı ölü və yaralı var

09.11.2026 201
.

Bakıda yeni alınan avtomobilin üstünə qaz borusu aşdı

Bakının Köhnə Suraxanı qəsəbəsində küləkli hava şərəiti səsəbilə ağac aşıb. "Qafqazinfo" xəbər verir ki, hadisə zamanı ağac qaz borusunun üzərinə düşüb. Boru isə yaxınlıqda park edilmiş avtomobilin üzərinə düşüb. Məlumata görə, zərərçəkən avtomobilin sahibi maşını 15-20 gün əvvəl alıbmış. Qey

09.11.2026 250
.

Varlanmaq üçün 3 gün tabutda qaldı - Saxlanıldı

Qanada 28 yaşlı kişi varlanmaq məqsədilə üç gün tabutun içində qalıb. xəbər verir ki, bu barədə "My Joy Online" nəşri məlumat yayıb. Hadisə yerli ovçunun qəbiristanlıqda gəzərkən tabut aşkar etməsi ilə üzə çıxıb. Ovçunun itləri tabuta yaxınlaşdıqdan sonra kişi onun içərisində kiminsə olduğunda

09.11.2026 102
.

İzmirdəki partlayışda ölənlərin sayı artıb

Türkiyənin İzmir vilayətindəki metallurgiya kombinatında baş verən partlayış nəticəsində həlak olanların sayı 16-ya çatıb. -ın "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada onun sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin iclasını

09.11.2026 244
.

Afinada dəhşətli hadisə: Çamadandan daha bir qadının meyiti tapıldı

Yunanıstanın paytaxtı Afinada yoldan keçən bir nəfər dəhşətli mənzərə ilə qarşılaşıb. Belə ki, o, Aqios Panteleymonas rayonunda yol kənarına atılmış çamadandan kəskin qoxu gəldiyini hiss edib. Hadisə yerinə gələn polis əməkdaşları çamadanı açarkən onun içərisində qadın meyiti aşkar ediblər. xəbər veri

09.11.2026 194
.

Ərdoğan: Türkiyə-Azərbaycan qardaşlığına heç kim kölgə sala bilməz

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb. APA-nın Türkiyə bürosu xəbər verir ki, Ərdoğan Türkiyə və Azərbaycanın bir-birinə qırılmaz tellərlə bağlı olduğunu bildirib. O, fitnə ocaqlarına baxmayaraq, iki ölkənin əməkdaşlığının bi

09.11.2026 193
.

İnsandan böyük skumbriya tutuldu - Nadir HADİSƏ

Çinin Şandun əyalətində balıqçılar uzunluğu 2,46 metr, çəkisi isə 134 kiloqram olan nəhəng skumbriya balığı tutublar. xəbər verir ki, bu barədə "Global Times" nəşri məlumat yayıb. Təcrübəli balıqçıların sözlərinə görə, bu ölçüdə skumbriyaya rast gəlmək olduqca nadir hadisədir. Balıqçı Van Veytszyu

09.11.2026 162
.

"Qalatasaray"ın əfsanəvi futbolçusu vəfat etdi

"Qalatasaray"ın və Yuqoslaviya futbolunun əfsanəvi simalarından olan Cevad Prekazi 69 yaşında vəfat edib. xəbər verir ki, bu barədə "Qalatasaray" və "Partizan" klublarının mətbuat xidmətləri məlumat yayıb. 1985-ci ildə "Hayduk Split"dən "Qalatasaray"

09.11.2026 156
.