Muzeylərimizdə ən bahalı əsərlər hansılardır? – Zinət əşyaları, əl işləri...

Muzeylərimizdə ən bahalı əsərlər hansılardır? – Zinət əşyaları, əl işləri...Bu günlərdə dünya Fransanın Luvr muzeyində məşhur "Mona Liza" əsərinin üstünə tort atılması xəbəri ilə səksəndi. O "Mona Liza" ki, 500 ildir böyük mütəfəkkirlər ünvanına müxtəlif sirlər yaraşdırır və sonra da bu sirləri çözməyə çalışırlar. "Mona Liza" qalın şüşə divarların arxasında saxlandığı üçün tort parçası ona zərər verə bilməzdi, amma muzey bir daha əsərin daha diqqətlə qorunması üçün təhlükəsizlik tədbirlərini gücləndirdi. Zarafat deyil, mütəxəssislər hazırda bu əsərin 2 milyard avro qiyməti olduğunu düşünürlər. Hətta bir neçə il öncə "Mona Liza"nın 1600-cü ildə çəkilmiş dəqiq surəti Parisdəki "Artcurial" satış evində hərraca çıxarılaraq 230 min dollara satılmışdı.

Bu arada bir maraqlı faktı da demədən keçmək istəməzdim. Çində istənilən rəsm əsərlərinin surətini çıxartmaqla məşğul olan bir kənd var. Həmin kəndin insanları son 5 ildə ancaq "Mona Liza"nın surətini yaratmaqla məşğuldur. Bütöv bir kəndin insanları bu əsəri Vinçi kimi dəqiqliklə çəkir və öz texnikalarını dünyadan gizli saxlayırlar. "Mona Liza" bütöv bir kəndin ilham və qazanc mənbəyi olmağa davam edir.

Bəs bizim muzeylərimizdə "Mona Liza" qədər bahalı olmasa da qiymətli eksponatlar varmı, varsa necə qorunur?

Öncə qeyd edək ki, Azərbaycanda 201 muzey fəaliyyət göstərir: bunlardan 14-ü incəsənət, 7-si ədəbiyyat, 12-si tarix, 68-i tarix-diyarşünaslıq, 5-i döyüş şöhrəti, 43-ü ev, 52-si Heydər Əliyev muzeyləridir. Eyni zamanda Milli Elmlər Akademiyası sistemində, digər nazirlik və təşkilatların nəzdində müxtəlif profilli və şəxsi muzeylər fəaliyyət göstərir.

Həmin muzeylər sırasında Azərbaycan Dövlət İncəsənət Muzeyini, Azərbaycan Tarix Muzeyini, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyini, Azərbaycan Xalça Muzeyini, Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyini, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyini və Azərbaycan İstiqlal Muzeyini göstərmək olar.

İlk muzey Bakıda 1920-ci ildə, ilk memorial muzey isə Şəkidə 1938-ci ildə yaradılıb.

Dünyada ilk Xalça Muzeyi Azərbaycanda yaradılıb. Kolleksiyası Ginnesin Rekordlar Kitabına salınmış Miniatür Kitab Muzeyi də Bakının qismətinə düşüb.

"Azərbaycan Xalça Muzeyi"nin sərgi zallarında və fondunda tunc dövründən bu günümüzə qədər olan dövrü əhatə edən 13 min 300-dən çox eksponat qorunub saxlanılır.

Muzeydən Lent.az-a verilən məlumata görə, burda qorunan iki qədim milli xalçanı – XVII əsr Qarabağ məktəbinə aid "Əjdaha xalçası" və XIX əsr Şirvan məktəbinə məxsus "Salyan xiləsi"ni muzeyə Şərq xalçası və tekstili üzrə Çikaqo cəmiyyətinin üzvü mərhum Qrover Şiltsin həyat yoldaşı Beverli Şilts hədiyyə edib. Xalça Muzeyinin digər qiymətli eksponatı XVIII əsrə aid "Xilə Əfşan"dır. Əsli Böyük Britaniyanın Viktoriya və Albert Muzeyində saxlanılan "Şeyx Səfi" xalçasının surəti də böyük maraqla qarşılanır. Muzeydən xalçalrın qiyməti barədə dəqiq məlumat verilməsə də qeyd edilir ki, burda zinət əşyaları, əl işləri, qədim parça və tikmə növləri də qorunur və hər eksponatın qorunma şərti özünəməxsusdur.

Azərbaycanda qoruq muzeylər də fəaliyyət göstərir. Belə muzeylərə açıq havada olan xüsusi memarlıq üslubuna malik qeyri-adi tikililər, abidələr, bulaqlar, məqbərələr, məbədlər daxildir. Bu muzeylərin sırasında Azərbaycanda Şəki Xan Sarayı, Qobustan qayalıqları, Şirvanşahlar Kompleksi, Möminə Xatun məqbərəsi və başqa abidələri misal çəkmək olar.

Ən bahalı muzeylərimizdən olan Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasında 18000-ə yaxın eksponat qorunur. Dünya təsviri və tətbiqi sənətinin bütün növlərini dolğun əks etdirən muzeydə Qərbi Avropa, Rus, İslam, Şərq ölkələri incəsənətinin və milli mədəniyyətimizin çoxlu sayda orijinal nümunələri sərgilənir. Muzey kolleksiyasında olan dəyərli sənət nümunələri müxtəlif hərraclardan əldə edilib və ya kolleksiyaçılar tərəfindən hədiyyə olunub. Muzeyin eksponatları dəfələrlə dünya turlarına da çıxıblar. Məsələn Kanada (1966), Kuba (1967), Suriya (1968), Fransa (1969), Çexoslovakiya (1970), Əlcəzair (1970), İraq (1971) və sair ölkələrdə bizim muzeyin eksponatları sərgilənib və maraqla qarşılanıb.

Muzeydən ən bahalı eksponatın qiymətinin nə qədər olması barədə məlumat verilmədi. Çünki bu maddi olduğu qədər də, mənəvi dəyər hesab olunur.

O ki qaldı, əsərlərin mühafizəsinə, şəxsən özüm muzeydə gəzərkən eksponatlara toxunmağın mümkünlüyünü müşahidə etdim. İstənilən əsərə toxunmaq da mümkündür, "tort atmaq" da. Tamaşaçı az, muzey böyükdür deyə gələn qonaqların heç də hamısı ilə nəzarətçilər yaxından maraqlanmır, kənardan müşahidə ilə kifayətlənirlər. Bu anlamda muzey təhlükəsizlik tədbirlərini gücləndirsə, daha yaxşı olar. Əlbəttə müşahidə kameraları var, amma eksponata zərər dəydikdən sonra hərəkətə keçmək gec ola bilər. Təbii ki, muzey eksponatlarına zərər verməyin ağır cəzası da var.

Muzey haqqında qanuna görə, muzey fondlarına daxil olan sərvətlərin mühafizəsi və qorunması dövlət tərəfindən həyata keçirilir. Muzey fondlarına daxil olan muzey sərvətlərinin uçotu və mühafizəsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Qiymətli muzey əşyalarının mühafizə olunduğu dövlət muzeylərində mülkiyyətçilərin müqavilə öhdəliklərini yerinə yetirə bilməmələri səbəbindən muzeylərin mühafizəsini dayandırmaq, enerji və rabitə vasitələrinin kəsilməsi qadağandır.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1570   Tarix: 01 iyun 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Sürücülərə xəbərdarlıq!

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) gözlənilən qeyri-sabit hava şəraiti ilə bağlı sürücülərə müraciət edib. Axşam.az-ın məlumatına görə, qurumdan bildirilib ki, bu gündən etibarən ölkəmizin bəzi ərazilərində müşahidə olunan qeyri-sabit hava şəraitinin avqustun 14-dək davam edəcəyi, fasilələrlə yağı

10:36 0
.

"Aclıq daşları" yenidən göründü: Avropada şiddətli quraqlıq həyəcanı

Məhsulsuzluq riski ilə əlaqəli su səviyyəsinin kritik dərəcədə azalmasını göstərən "aclıq daşları" adlandırılan tarixi nişanlar Almaniyanın Saksoniya federal əyalətində Elba çayında uzunmüddətli quraqlıq səbəbindən üzə çıxıb. BİG.AZ xəbər verir ki, bu barədə NTV telekanalı xəbər yayıb. Üzərind

10.08.2026 249
.

Sabahın havası açıqlandı

Avqustun 11-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanı

10.08.2026 226
.

Lionel Messi atasını son mənzilə belə yola saldı

Argentina milli komandasının kapitanı Lionel Messi atası Xorxe ilə vidalaşıb. xarici mediaya istinadən xəbər verir ki, dəfn mərasimi futbolçunun doğma şəhəri Rosarioda ailəsi və dostlarından ibarət kiçik bir dairənin iştirakı ilə baş tutub. Messinin atası uzun sürən xəstəlikdən sonra avqustun 7-də 6

10.08.2026 346
.

Bu payız hamı bu rəngdə geyinəcək - 2026-nın əsas trendi

Bu payız qəhvəyi rəng qaranın kölgəsindən çıxaraq mövsümün əsas dəb trendlərindən birinə çevrilib. Üstəlik, qəhvəyi geyinmək heç də başdan-ayağa eyni rəngə bürünmək demək deyil. xarici mediaya istinadən xəbər verir ki, qəhvəyi rəng yenidən payız qarderobunda ön plana çıxıb. Bu mövsüm seçim yalnız tün

10.08.2026 324
.

"Deepfake"lərə qarşı yeni qaydalar: Süni intellekt necə tənzimlənəcək?

"Süni intellekt texnologiyalarının sürətlə yayılması artıq dövlətləri və beynəlxalq təşkilatları bu sahədə yeni qaydalar və tələblər formalaşdırmağa məcbur edir. Çünki süni intellekt yalnız texnoloji alət deyil, eyni zamanda məlumat təhlükəsizliyi, müəllif hüquqları və hətta ictimai rəyə təsir kim

10.08.2026 255
.

Kosmosda 49 ildir: Voyager 2-nin missiyası daha da uzadıldı

Voyager 2 kosmik gəmisinin missiyası uzadılıb. xəbər verir ki, bu barədə NASA məlumat yayıb. Məlumata görə, "Böyük Partlayış" adlandırılan əməliyyat çərçivəsində enerji sərfiyyatı yüksək olan bəzi cihazların söndürülməsi və onların daha az enerji tələb edən alternativlərlə əvəzlənməsi nəzərd

10.08.2026 216
.

Paytaxtda axşam konsertləri keçirilir - Fotolar

Bakı Şəhər İcra Hakimiyyəti və rayon İcra Hakimiyyətlərinin birgə təşkilatçılığı ilə paytaxt sakinlərinin asudə vaxtının daha səmərəli təşkili məqsədilə açıq hava konsertlərinə start verilib. xəbər verir ki, şənbə günündən etibarən Bakı şəhərinin dörd rayonunda yerləşən park və istirahət məkanları musiq

10.08.2026 329
.

Şıxov çimərliyində iki qadın dənizdə boğuldu

Bakıda dənizdə iki nəfər boğulub. Qaynarinfo xəbər verir ki, hadisə Şıxov çimərliyində baş verib. Dənizdə batan iki qadının meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən sudan çıxarılıb

10.08.2026 469
.

TOP MP3