Məşhur fitnes çempionunu vuran avtomobilin sürücüsü məsuliyyətdən boyun qaçırır - VİDEO
Azərbaycanda piyadanı vuran qadın sürcüsü zərəçəkmişə dəymiş ziyanı ödəməkdən imtina edir.
Bu barədə Sonxeber.az-a müraciət edən, zərərçəkmiş, məşhur fitnes çempionu Salatın Əsədova bildirib.
Onun sözlərinə görə, fevralın 28-də, saat 17:40 radələrində Nəsimi rayonu, Azadlıq prospekti ilə Sahib Zeynalov küçəsinin kəsişməsində Liza Həsənova idarə etdiyi "Chevrolet Trax" markalı, 90-OS-334 dövlət qeydiyyat nişanlı avtomobillə onu vurub:
"Nəsimi rayonu, Azadlıq prospekti ilə Sahib Zeynalov küçəsinin kəsişməsinə çatdıqda, yolun Azadlıq prospekti istiqamətdə, yəni sol səkidən təxminən 1.5 metr məsafədə hərəkət edən avtomobil sol ayağının üzərindən keçmiş və nəticədə ayağım sınmışdı. Başımdan da zədə almışdım.
Məni Elmi-Tədqiqat Travmotologiya və Ortopediya İnstitutuna apardılar. Ayağımın şişdiyini görəndə qorxdub yalvardılar ki, polisə xəbər verməyim və nə lazımdırsa, edəcəklərini dedilər.
Xəstəxanaya qəza haqqında məlumat martın 2-də verilib. Məni əmin etdilər ki, xəstəxandan çıxandan sonra evə yanıma gələcəklər. Həkim ayağımın zədəsinin ciddi olduğunu, bu formada işləyə bilməyəcəyimi bildirdi. Liza Həsənova söylədi ki, yenidən işə çıxana qədər mənə maddi yardım edəcək.
Lakin xəstəxanadan çıxıb evə getdiyim gündən bir gün sonra Liza Həsənova zəng edərək məni təhqir etdi, sonra isə cəmi 1000 manat pul verəcəyini dedi. Halbuki həkim mənə 2 aya qədər işə getməyi qadağan edib. Özüm də kirayədə qalıram. Kirayə haqqım isə 700 manatdır. Ayağımın müalicəsi də hələ davam edir.
Artıq gördüm ki, qarşı tərəf mənim ona güzəştə getməyimdən sui-istifadə edir. Ona görə də Liza Həsənovadan şikayətçi oldum.
Avtomobildə Liza Həsənovadan başqa, Sevinc Əliyeva da var idi. Mən onların cəzalandırılmasını istəyirəm. Faktla bağlı görüntülərin olduğuna baxmayaraq, iş avtoekspertizaya görüntüsüz göndərildi. Bunun səbəbi nədir?
Birinci ekspertizanın nəticəsi mənim lehimə oldu. Sonra nədənsə ikinci ekspertizanın nəticəsi qarşı tərəfin lehinə oldu.
Mən birinci müstəntiqdən, 1 ay keçməsinə baxmayaraq, görüntüləri göndərmədiyi üçün şikayətçi oldum. Qanunda da var ki, piyadanı vuran sürücü zərəçəkmişə 5000-7000 manat pul ödəməlidir. Mən anlaya bilmirəm, əldə olan görüntünü göndərmək niyə bu qədər müşkül olub?!
Məsələ ilə bağlı Sonxeber.az Liza Həsənova ilə əlaqə saxlayıb. O, əməkdaşımıza işdə olduğunu və danışa bilmədiyini deyib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1403 Tarix: 01 iyun 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşRusiya Odessaya hücum edib, 3 nəfər ölüb
Rusiyanın Odessaya hücumunda üç nəfər ölüb, bir nəfər xəsarət alıb. APA xəbər verir ki, bu barədə Odessa Şəhər Hərbi Administrasiyasının rəhbəri Sergey Lısak məlumat verib. Onun sözlərinə görə, yaralının vəziyyəti ağırdır. Lısak bildirib ki, Rusiya qüvvələri Odessada mülki infrastruktura zərbə endiri
09.11.2026 195 İzmirdə fabrikdə partlayış olub, ölən və yaralananlar var
İzmirdə fabrikdə güclü partlayış baş verib. "NTV"nin xəbərinə görə, partlayış İzmirin Əliağa rayonunda yerləşən dəmir-polad fabrikində qeydə alınıb. Partlayışın ardınca ərazidə böyük yanğın başlayıb. İlkin məlumata görə, çoxsaylı ölü və yaralı var
09.11.2026 201 Bakıda yeni alınan avtomobilin üstünə qaz borusu aşdı
Bakının Köhnə Suraxanı qəsəbəsində küləkli hava şərəiti səsəbilə ağac aşıb. "Qafqazinfo" xəbər verir ki, hadisə zamanı ağac qaz borusunun üzərinə düşüb. Boru isə yaxınlıqda park edilmiş avtomobilin üzərinə düşüb. Məlumata görə, zərərçəkən avtomobilin sahibi maşını 15-20 gün əvvəl alıbmış. Qey
09.11.2026 250 Varlanmaq üçün 3 gün tabutda qaldı - Saxlanıldı
Qanada 28 yaşlı kişi varlanmaq məqsədilə üç gün tabutun içində qalıb. xəbər verir ki, bu barədə "My Joy Online" nəşri məlumat yayıb. Hadisə yerli ovçunun qəbiristanlıqda gəzərkən tabut aşkar etməsi ilə üzə çıxıb. Ovçunun itləri tabuta yaxınlaşdıqdan sonra kişi onun içərisində kiminsə olduğunda
09.11.2026 102 İzmirdəki partlayışda ölənlərin sayı artıb
Türkiyənin İzmir vilayətindəki metallurgiya kombinatında baş verən partlayış nəticəsində həlak olanların sayı 16-ya çatıb. -ın "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada onun sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin iclasını
09.11.2026 244 Afinada dəhşətli hadisə: Çamadandan daha bir qadının meyiti tapıldı
Yunanıstanın paytaxtı Afinada yoldan keçən bir nəfər dəhşətli mənzərə ilə qarşılaşıb. Belə ki, o, Aqios Panteleymonas rayonunda yol kənarına atılmış çamadandan kəskin qoxu gəldiyini hiss edib. Hadisə yerinə gələn polis əməkdaşları çamadanı açarkən onun içərisində qadın meyiti aşkar ediblər. xəbər veri
09.11.2026 194 Ərdoğan: Türkiyə-Azərbaycan qardaşlığına heç kim kölgə sala bilməz
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb. APA-nın Türkiyə bürosu xəbər verir ki, Ərdoğan Türkiyə və Azərbaycanın bir-birinə qırılmaz tellərlə bağlı olduğunu bildirib. O, fitnə ocaqlarına baxmayaraq, iki ölkənin əməkdaşlığının bi
09.11.2026 193 İnsandan böyük skumbriya tutuldu - Nadir HADİSƏ
Çinin Şandun əyalətində balıqçılar uzunluğu 2,46 metr, çəkisi isə 134 kiloqram olan nəhəng skumbriya balığı tutublar. xəbər verir ki, bu barədə "Global Times" nəşri məlumat yayıb. Təcrübəli balıqçıların sözlərinə görə, bu ölçüdə skumbriyaya rast gəlmək olduqca nadir hadisədir. Balıqçı Van Veytszyu
09.11.2026 162 "Qalatasaray"ın əfsanəvi futbolçusu vəfat etdi
"Qalatasaray"ın və Yuqoslaviya futbolunun əfsanəvi simalarından olan Cevad Prekazi 69 yaşında vəfat edib. xəbər verir ki, bu barədə "Qalatasaray" və "Partizan" klublarının mətbuat xidmətləri məlumat yayıb. 1985-ci ildə "Hayduk Split"dən "Qalatasaray"
09.11.2026 156