Rənglərin psixologiyaya müsbət və mənfi təsiri - Maraqlı faktlar

Rənglərin psixologiyaya müsbət və mənfi təsiri - Maraqlı faktlarHəyat tərzimizin bir parçasına çevrilən rənglər ruhi və fiziki sağlamlığa birbaşa təsir edir. Rənglərin həmin funksionallığını bir sıra psixoloji durumlarda da müşahidə etmək olur.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Yeganə Əsgərova AZƏRTAC-a deyib: "Rənglərin psixologiyaya həm müsbət, həm də mənfi təsirləri var. Alimlərin apardığı araşdırmalara görə, rənglər beyni rahatladır, dincəldir, bir sıra müsbət keyfiyyətlər əmələ gətirir. Mənfi, xoşagəlməz rənglərin əhatə etdiyi mühitdə neqativ aura sıxmağa başlayır və gərginlik yaradır, qan təzyiqi və digər sağlamlıq problemləri meydana çıxa bilər".

Rəng terapiyasının əsas məqsədi insanlarla rənglər arasındakı auranı bütünləşdirməkdir. Araşdırmalara görə, insan aurası yeddi rəngdən ibarətdir. Onlar bədənimizdə müəyyən nizamla düzülüb və bu nizam bizi bir çox xəstəliklərdən qoruyur. İnsanın ruh halının dəyişməsi, həm də rəng nizamında baş verən proseslərlə əlaqələndirilir.

Mütəxəssislərin araşdırmasına görə, xromaterapiyanın, yəni rəng terapiyasının köməyi ilə əsəb, yuxusuzluq, stres və s. problemləri aradan qaldırmaq mümkündür: "Gərginlik, stress yaşayanlar neqativ, sıxıcı rənglərin əhatəsində olanda onların psixologiyası daha da yüklənməyə və yorulmağa başlayır. Məsələn deyək ki, hansısa bir rəngdə paltar geyinib evdən çıxmaq istəyiriksə, həmin rəngdə olan paltarı da geyinmək lazımdır. Əgər hansısa rəngi beynimizdə seçib digər bir rəngi seçib geyinəndə bütün gün sarsıntı və gərginlik içində keçəcək", - deyə müsahibimiz bildirib.

Bütün rənglərin insan psixikasına təsiri var. Ona görə də psixoloqlar insanların rəng seçiminə daha diqqətlə yanaşmağını tövsiyə edirlər. İstər geyim, istərsə də mənzil interyerində həmin faktor çox vacib rol oynayır. Bundan başqa, imkan daxilində qara rəngdən az istifadə etmək lazımdır, çünki bu rəngin aurasında mənfi enerji çoxdur: Psixoloq deyib: "Gecə klublarında qırmızı rəngin çalarlarından ona görə daha çox istifadə olunur ki, vaxtın, saatın gedişi hiss olunmasın. Restoranların oturacaqlarının isə daha çox qəhvəyi rəngdə olması həmin məkanda əyləşənləri uzun zaman sərf etməkdən çəkindirmək, müəyyən bir vaxtdan sonra oranı tərk etmək məqsədi daşıyır. Yaşıl isə inam və ümid verən rəng olduğuna görə cərrahiyyə otaqlarında həm xəstəyə ümid vermək və sakitləşdirici mühit yaratmağa xidmət edir".

Mavi və yaşıl rəng rahatlıq və soyuqluq təlqin etdiyinə görə qorxu hissinin aradan qaldırılmasında istifadə olunur. Bəzi ev interyerlərində ailənin ən kiçik sakinlərinin otağı məhz həmin rəngdə olur. Bundan başqa, mütəxəssislərin fikrincə, qırmızı rəng qanda adrenalini artırır, sarı rəng isə dəri xəstəliklərini və həzm probleminin həllində kömək edir.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1569   Tarix: 31 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817
.

Bu şəxslərə soğan yemək olmaz

Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey

12.09.2021 2801
.

Anasının meyitini mumyalayıb bir il zirzəmidə saxladı və 100 MİN MANAT pensiya aldı

Avstriyanın Tirol ərazisinin 66 yaşlı sakini bir ildən çox 89 yaşlı anasının mumyalanmış meyitini zirzəmidə saxlayaraq, pensiyasını alıb. BİG.AZ xəbər verir ki, bu barədə "BBC News" yazır. Polisin məlumatına görə, demensiya xəstəsi olan qadın 2020-ci ilin iyun ayında qocalıqdan vəfat edib

13.09.2021 2571
.

Əfqan ulduz ölkədən qaçmasından danışdı: başımdan vur, amma...

Əfqanıstanda qadın hüquqlarını müdafiə etdiyi üçün və geyimləri ilə bağlı radikal şəxslərin qəzəbinə tuş gələn 36 yaşlı pop ulduz Aryana Səid "Taliban" hakimiyyəti ələ keçirdikdən sonra paytaxt Kabildən İstanbula necə qaçdığını danışıb. Müğənninin avqustun 15-də "Taliban" Kabilə daxi

12.09.2021 1875
.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

13.09.2021 1580
.

İtkin düşən 10 yaşlı qız pedofilin evində tapıdı - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində polis on yaşlı qızı pedofildən xilas edib. -a istinadən xəbər verir ki, məlumata görə, sentyabrın 9 -da axşam saatlarında məktəbli qızın atası Leninqrad vilayətinin polisə müraciət edərək, qızının dərsdən sonra evə qayıtmadığını bildirib. Polis itkin düşən məktəblini

13.09.2021 2197
.

Doaqlarınızın quruluğundan bezmisiniz? - ÇARƏ BURADA

MƏHSUL HAQQINDA. Faydaları:. - Dodaqların həcmini artırır, kontur xətlərini ortaya çıxarir. - Dodaqlardakı qırışıqlari azaldır. - Zədələnmiş, çatlamış dodaq toxumasını bərpa edir. - Dodaqları nəmləndirir və onlara yumuşaqliq bəxş edir. - Günəş şualarina qarşı qoruma təmin edən dodaq baxım məhsuludur

14.09.2021 364
.

Türkiyədə İLK: 3D printerlə insan beyninin nüsxəsi hazırlandı - VİDEO

Nevrologiya mütəxəssisi professor Sultan Tarlacı Türkiyədə ilk dəfə olaraq 3D printerlə insan beyninin dəqiq nüsxəsini hazırlayıb. Oxu.a-a istinadən xəbər verir ki, keçmişdə beyinin içindəki quruluşu anlamaq üçün silikon yerləşdirmə kimi xam üsullar istifadə olunurdu, ancaq bu inkişafla beyinin xaric

13.09.2021 490
.

Dünyanın ən nüfuzlu insanları açıqlandı

ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. -a istinadən xəbər verir ki, 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilə

16.09.2021 877
.