DTX-dən əməliyyat: "WhatsApp" yazışmalarının ələ keçirilməsi xidmətini təklif edən şəxs TUTULDU

DTX-dən əməliyyat: "WhatsApp" yazışmalarının ələ keçirilməsi xidmətini təklif edən şəxs TUTULDU"WhatsApp" yazışmalarının ələ keçirilməsi xidmətini təklif edən şəxs ifşa olunub.

Bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mətbuat xidməti məlumat yayıb.

Sosial şəbəkələrdə və kütləvi informasiya vasitələrində "Aztechnolog" adlı "Instagram" səhifəsini idarə edən şəxslər tərəfindən maddi maraq zəminində istifadəçilərin müraciəti əsasında üçüncü şəxslərin "WhatsApp" tətbiqindəki yazışmalarının kibermüdaxilə yolu ilə gizli ələ keçirilməsi və izlənilməsi üçün təqdim olunması ilə bağlı yayılmış məlumatlar Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən nəzarətə götürülərək araşdırılıb.

Məlum olub ki, 2000-ci il təvəllüdlü Bakı şəhər sakini Əsgərov Arif Həmid oğlu "Instagram" sosial şəbəkəsində "Aztechnolog" (www.instagram.com/xakkerhuseyn) adı ilə qeydiyyatdan keçərək sözügedən səhifədə müəyyən pul müqabilində "WhatsApp" yazışmalarının ələ keçirilməsi və izlənilməsi məqsədilə elektron ünvan (keçid linki) təqdim edilməsinə dair bilərəkdən yalan məlumat yerləşdirib, bu xidmət üçün müraciət edənlər pul vəsaitlərini Arif Əsgərovun sərəncamında olan bank kartı hesabına köçürərək, ödəniş barədə qəbzlərin surətini qeyd olunan "Instagram" səhifəsinə göndərib, lakin sonra həmin şəxslərin müvafiq səhifəni idarə edən şəxslə əlaqə yaratma cəhdləri baş tutmayıb və onlara ödədikləri vəsaitin əvəzində heç bir xidmət təqdim edilməyib.

Arif Əsgərov bu yolla 25 may 2022-ci il tarixədək olan müddət ərzində əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olmayan şəxs kimi gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən qanunsuz istifadə edilməklə belə tədbirlərin keçirilməsinə təhrik edib aldatdığı 394 nəfər şəxsin pul vəsaitlərini ələ keçirib.

Arif Əsgərov Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə cinayət məsuliyyətinə cəlb olunub.

Hazırda araşdırmalar davam etdirilir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1809   Tarix: 31 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Trampdan İrana qarşı yeni tələb: ABŞ kompensasiya istəyir

ABŞ Prezidenti Donald Tramp İrandan, o cümlədən amerikalı hərbçilərin itkiləri ilə bağlı kompensasiya tələb etmək niyyətində olduğunu bildirib. xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə "Truth Social" sosial media platformasında paylaşım edib. Tramp qeyd edib ki, İranın münaqişə zamanı dəymi

10:40 88
.

7,4 maqnitudalı zəlzələdən sonra Kolumbiyada itkinlərin axtarışına başlanıldı

Kolumbiyada baş verən güclü zəlzələ nəticəsində dağılan binaların dağıntıları altında qala biləcək insanların axtarışına başlanılıb. xəbər verir ki, bu barədə "Caracol" telekanalı məlumat yayıb. * Kolumbiyada güclü zəlzələ: Hava limanları fəaliyyətini dayandırdı. Hökumət orqanlarının məlumatın

10.08.2026 242
.

Sabahın havası açıqlandı

Avqustun 11-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanı

10.08.2026 226
.

Şıxov çimərliyində iki nəfər boğuldu

Bakıda dənizdə iki nəfər boğulub. APA xəbər verir ki, hadisə Şıxov çimərliyində baş verib. Dənizdə batan iki qadının meyiti FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən sudan çıxarılıb

10.08.2026 322
.

Qazaxıstanda qanunsuz onlayn kazino mexanizmi: Məşhur bloqer beynəlxalq axtarışdadır

Qazaxıstan hüquq-mühafizə orqanları sosial şəbəkələrdə "Maxa.dxb" adı ilə məşhurlaşan bloqer Mahmud Hikmətovu beynəlxalq axtarışa verib. xəbər verir ki, bu barədə məlumatı saytı dərc edib. Özbəkistan vətəndaşı olan 26 yaşlı M.Hikmətov qeyri-qanuni fəaliyyət göstərən onlayn kazinoların təbliğatın

10.08.2026 268
.

Kayahanın "Gönül Köşkü" satılır - 130 milyona...

Türkiyənin məşhur müğənni və bəstəkarı Kayahan Açarın "Gönül Köşkü" satışa çıxarılıb. Türkiyə KİV-nə istinadla xəbər verir ki, Balıkesirin Gömeç rayonunda yerləşən mülk üçün satış dəyəri 130 milyon Türkiyə lirəsi müəyyən edilib. 2015-ci il aprelin 3-də vəfat edən Kayahanın həyatında xüsus

10.08.2026 279
.

Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək?

Azərbaycanın rayonlarında müşahidə olunan qeyri-sabit hava şəraitinin avqustun 14-dək davam edəcəyi, fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı

10.08.2026 438
.

Sirkədən zəhərlənən 2 nəfər öldü

Ağsuda sirkə turşusundan zəhərlənən şəxs vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayonun Muradlı kəndinin ərazisində baş verib. Kürdəmir rayon sakini 1984-cü il təvəllüdlü Ruslan Qurbanov avqustun 9-u zəhərlənmə diaqnozu ilə xəstəxanaya aparılıb. O, avqustun 10-u orada ölüb. Oxşar hadis

11:31 38
.

Britaniya səfirindən Rusiya ilə bağlı xəbərdarlıq: "Bu ssenariyə hazır olmalıyıq"

Böyük Britaniyanın Ukraynadakı səfiri Nil Krompton Rusiyanın NATO-ya hücum etməsi ehtimalını mümkün ssenarilərdən biri kimi qiymətləndirib və belə bir vəziyyətə hazır olmağın vacibliyini vurğulayıb. xəbər verir ki, Krompton bu barədə RBC-Ukraynaya açıqlamasında danışıb. "Bu, bir ssenaridir və ço

10:25 87
.

TOP MP3