Görülən işlər insanların azad edilən torpaqlara qayıdışını təmin ediləcəkdir

Görülən işlər insanların azad edilən torpaqlara qayıdışını təmin ediləcəkdirMay ayının 27-də Vətən müharibəsi zamanı azad edilən ərazilərdə aparılan geniş bərpa-quruculuq işlərinin ilk sevincini yaşadıq. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Zəngilan rayonunun Ağalı kəndində "Ağıllı kənd" layihəsinin birinci mərhələsi üzrə açılış mərasimi keçirildi.
Azərbaycanın Müstəqillik Gününün 104-cü ili ərəfəsində keçirilən bu xoş mərasim zamanı olkə rəhbəri və birinci xanım Ağalı kənd meydanında işğal altında qalmış əzəli torpaqlarımızda sülhün əbədi təmin olunmasını təcəssüm etdirən göyərçin abidə-fəvvarə kompleksi, daha sonra isə "Azərpoçt" MMC-nin rayon şöbəsi, "ASAN xidmət" mərkəzi, DOST mərkəzi, Kiçik və Orta Biznesin İnkişafı Mərkəzi fəaliyyət göstərdiyi Dövlət Xidmətləri Mərkəzi ilə tanış olub, həm də Ağalı kənd meydanında "Kapital Bank"ın Zəngilan filialı, kənd təsərrüfatı təyinatlı laboratoriyalar, baytarlıq və bitki mühafizə idarələri və digər ictimai iaşə obyektlərinə baxıb, "Gillmed" tikiş fabriki, ailə sağlamlıq mərkəzi (tibb məntəqəsi), uşaq bağçası və kənd orta məktəbi ilə də tanış oldular.
Prezident İlham Əliyev Ağalı kəndinin sakinləri ilə görüşü zamanı bir sıra məqamlara toxunub. Qeyd edilib ki, artıq "Böyük qayıdış" deyilən prosesə start verilib. Azad edilən ərazilərdə bərpa-quruculuq işləri surətlə davam edir. Birinci pilot layihənin icra edildiyi Zəngilanın Ağalı kəndində bir il ərzində 200 evdən ibarət gözəl kənd salınıb. Kəndin genişləndirilməsi və əlavə olaraq daha 150 iki və üç mərtəbəli evlərin inşa edilməsi nəzərdə tutulub.
Bu gün qarşıda duran əsas məqsəd işğaldan azad olunmuş ərazilərdə icra olunan infrastruktur layihələrin dayanmadan genişləndirilməsidir. Bu ərazilərə dəmir yolları, altı və dörd zolaqlı avtomobil yolları çəkilir. Zəngilanda hava limanı tikilir və bu il istifadəyə veriləcək. Burada salınan yeni aqroparkda artıq bu il ilk məhsul götürüləcəkdir. Bütün bu işlər böyük zəhmət və maliyyə hesabına başa gəlir. Azad edilmiş ərazilərin miqyası çox böyükdür, bura cənab Prezidentin qeyd etdiyi kimi dörd Lüksemburq və ya bir Livan ölkəsinə bərabərdir. Ancaq bütün çətinliklərə baxmayaraq işlər sürətlə gedir və Azərbaycan qarşısına qoyduğu məqsədlərə çatacaqdır.
Hazırda bu torpaqlara insanların qayıdışı üzün bütün şərait, tam yeni infrastruktur yaradılır. Kənd təsərrüfatının inkişafı istiqamətində işlər həyata keçirilir. Birinci mərhələ başa çatdıqdan sonra növbəti mərhələlərdə müasir layihələr əsasında yeni-yeni qəsəbə və kəndlərin bərpası, tikintisi aparılacaq və 30 ilə yaxın doğma yurd həsrəti çəkən soydaşlarımızı öz torpaqlarına qayıdışı təmin ediləcəkdir.
Azərbaycan xalqı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin dahi sərkərdəliyi ilə 30 il düşmən tapdağı altında qalmış torpaqlarımızı 44 günlük Vətən müharibəsində azad etdi. Bu zaman biz həm ərazi bütövlüyümüzü, həm ədaləti, həm də milli ləyaqətimizi bərpa etdik. İnanırıq ki, görülən genişmiqyaslı işlər nəticəsində insanların azad edilən torpaqlara qayıdışı da qısa zaman ərzində təmin ediləcəkdir.

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 753   Tarix: 28 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Xəzər dənizinin çəkilməsi COP31-də dünya gündəminə çıxarılacaq

"Azərbaycanın COP31 gündəliyindəki əsas mövzular arasında Xəzər dənizinin problemləri də yer alır". "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin İqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev COP31 çərçivəsində qurulan Azərbaycan pavilyonunda jurnalistləri

09.11.2026 203
.

Tarixi müqavilənin bağlandığı yerdə üçrəngli bayraq

Türkiyənin Qars şəhərində yerləşən tarixi Qars qalasında 9 Noyabr-Bayraq Günü münasibətilə Azərbaycan bayrağı dalğalanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Azərbaycanın Qarsdakı baş konsulu Qoşqar Zeynalov sosial şəbəkə hesabında paylaşım edib. Baş konsul üçrəngli bayrağımızın tarixi Qar

09.11.2026 200
.

Antalyada 102 lider bir araya gələcək

Antalyada bu gün başlayan Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasında (COP31) 95 ölkənin dövlət və hökumət başçısı, eləcə də 7 beynəlxalq təşkilatın rəhbəri bir araya gələcəklər. "Report"a istinadən xəbər veri

09.11.2026 226
.

Ərdoğan: Türkiyə-Azərbaycan qardaşlığına heç kim kölgə sala bilməz

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb. APA-nın Türkiyə bürosu xəbər verir ki, Ərdoğan Türkiyə və Azərbaycanın bir-birinə qırılmaz tellərlə bağlı olduğunu bildirib. O, fitnə ocaqlarına baxmayaraq, iki ölkənin əməkdaşlığının bi

09.11.2026 195
.

"Təbii Qələbə Tağı" - Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım etdi

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "Instagram" hesabında Hacıqabul rayonundan paylaşım edib. xəbər verir ki, o, paylaşımına "Hacıqabul rayonu, Bakı yolunda. Təbii Qələbə Tağı. 9.11.26" qeydini əlavə edib. Videonu buradan izləyin!

09.11.2026 230
.

Rəsmi Bakı Türkiyəyə başsağlığı verdi

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (XİN) Türkiyənin İzmir şəhərində baş verən partlayışla bağlı bəyanat yayıb. həmin bəyanatı təqdim edir:. "Qardaş Türkiyənin İzmir şəhərində fabrikdə baş vermiş partlayış nəticəsində insan tələfatı və xəsarət alanların olması xəbəri bizi dərində

09.11.2026 194
.

Şoular, kuboklar və ya qalmaqallar: ulduz futbolçuların milli komandalardakı vida oyunları necə olub?

Ronaldo Jorje Jesuşla mübahisəsindən sonra Portuqaliya milli komandasından getdi. Kriştiano Ronaldo rəsmi olaraq Portuqaliya milli komandasında kryerasını başa vurduğunu elan edib. 41 yaşlı futbolçu milli komandada rekord sayda - 234 oyun keçirib, 146 qol vurub, Avropa çempionatını və iki Millətlər Liqasın

09.11.2026 123
.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. xəbər verir ki, qəhvə içdikdən dərhal sonra qısa müddət yatmaq insanın daha tez gümrahlaşmasına kömə

09.11.2026 139
.

Ukrayna Mesut Özili "qara siyahı"ya daxil etdi

Almaniya millisinin sabiq üzvü, dünya çempionu Mesut Özil Ukraynanın "Mirotvorets" (sülhməramlı) məlumat bazasına daxil edilib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Futbolçunun siyahıya salınmasına səbəb onun Rusiya futbol klublarının və milli komandalarının beynəlxalq turnirlərdə

09.11.2026 217
.