MEDİA Agentliyi ənənəvi mediadan yeni mediaya keçid prosesini beynəlxalq ekspertlərlə müzakirə edib
Mayın 26-da ADA Universitetində Medianın İnkişafı Agentliyinin təşkilatçılığı və beynəlxalq ekspertlərin iştirakı ilə "Ənənəvi mediadan yeni mediaya keçid: Qlobal trendlər və hədəflər" mövzusunda dəyirmi masa keçirilib.
Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılovun moderatorluğu ilə keçirilən dəyirmi masada Türkiyə Azərbaycan Dostluq Əməkdaşlıq və Həmrəylik Fondunun prezidenti Aygün Attar, Türk Dövlətləri Təşkilatının mətbuat katibi Qəhrəman Halisçəlik, "Sabah" qəzetinin əməkdaşı Mahmud Övür və "Star" qəzetinin köşə yazarı Ardan Zentürk çıxış ediblər.
Dəyirmi masada Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov Azərbaycanda media sahəsində aparılan islahatlar barədə danışıb. Bildirib ki, çağdaş Azərbaycan oxucusunun keyfiyyətli kontentlə təmin olunması üçün bütün digər media subyektləri kimi qəzetlər də inkişaf etməlidir. Vurğulanıb ki, MEDİA Agentliyi çap mediasının onlayn formata keçidinin təmin edilməsi məqsədilə Azərbaycanda ilk dəfə olaraq müxtəlif qəzet və dərgilərin elektron versiyasının yerləşdiriləcəyi "E-köşk" platformasının yaradılması prosesini başa çatdırmışdır. İcraçı direktor bildirib ki, dövlət dəstəyinin məqsədi çap mediasının yalnız biznes strukturu kimi formalaşmasına yardım etmək deyil, texniki imkanlar baxımından onlayn media ilə bərabər olmayan rəqabət şəraitində ciddi fikir tribunası kimi qəzetlərin ayaqda qalmasına kömək göstərməkdir. Başqa sözlə desək, dövlət yazılı medianın timsalında Azərbaycan dilinin inkişafına, ənənəvi publisistik düşüncənin yaşamasına və eyni zamanda cəmiyyətdə plüralizmin möhkəmlənərək sərhədlərinin genişlənməsinə dəstək göstərir.
Türkiyə Azərbaycan Dostluq Əməkdaşlıq və Həmrəylik Fondunun prezidenti Aygün Attar 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın qalib mediasının önündə yeni vəzifələrin olduğunu bildirib, qalib medianın inkişafını təmin etməyin vacibliyini vurğulayıb.
Dəyirmi masada müzakirəyə qatılan Türkiyədə akkreditasiyadan keçmiş beynəlxalq media subyektlərinin təmsilçiləri medianın müasir trendləri ilə bağlı fikirlərini bildirib və Türkiyə təcrübəsindən çıxış edərək rəqəmsal media mühitinə keçidlə bağlı düşüncələrini bölüşüblər.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 846 Tarix: 26 may 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTramp İnfantinonu müdafiə etdi: "Dəhşətli səhvə yol verərdilər"
ABŞ Prezidenti Donald Tramp FİFA prezidenti Canni İnfantinonun vəzifədən uzaqlaşdırılmasının "dəhşətli səhv" olacağını bildirib. xəbər verir ki, Tramp bu barədə "Truth Social" sosial media platformasında paylaşım edib. "Əgər onlar hər hansı səbəbdən İnfantinonu dəyişdirməyi düşünsələr
11:19 158 Çingiz Əlioğlu kimdir? - Bir gecədə 20 şeir yazan İlyas Əfəndiyevin bacısı oğlu
Şair Çingiz Əlioğlu avqustun 9-da səhər saatlarında vəfat edib. "Bioqrafiya" rubrikasında şair haqqında məlumatları təqdim edir. - Çingiz Əlioğlu kimdir?. Çingiz Əlioğlu Azərbaycanın Əməkdar incəsənət xadimi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair və tərcüməçidir. - O nə zaman və harad
10.08.2026 296 Şıxov çimərliyində iki nəfər boğuldu
Bakıda dənizdə iki nəfər boğulub. APA xəbər verir ki, hadisə Şıxov çimərliyində baş verib. Dənizdə batan iki qadının meyiti FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən sudan çıxarılıb
10.08.2026 352 Səyahət sığortası məcburiyyət, yoxsa zərurətdir? - Ekspert açıqladı
"Səyahət sığortası sığorta məhsulları arasında ən vacib və əldə edilməsi zəruri olan məhsullardan biridir. Təəssüf ki, Azərbaycan vətəndaşlarının bu məhsula marağı hələ də aşağı səviyyədədir". Bunu BİG.Az-a açıqlamasında sığorta eksperti Şahin İsmayılov bildirib. O, qeyd edib ki, Şengen ölkələrin
14:45 59 "Ət yeyən" bakteriya yayılır: ABŞ-da 5 ölüm qeydə alındı
ABŞ-ın Luiziana ştatında 2026-cı ilin əvvəlindən etibarən "ət yeyən" Vibrio vulnificus bakteriyasına yoluxan beş nəfər ölüb. xəbər verir ki, bu barədə "People" məlumat yayıb. Luiziana Səhiyyə Departamenti (LDH) hazırkı yoluxma hallarını görünməmiş hadisə kimi qiymətləndirib. Ümumilikd
11:41 169 Biləcəridə evdən qadın meyiti tapıldı
Bakıda evdən meyit tapılıb. xəbər verir ki, hadisə Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Harami küçəsində qeydə alınıb. Həmin ünvanda yaşayan, 71 yaşlı Zübeycət Çerçi qızı Əhmədovanın üzərində zorakılıq əlamətləri görünməyən meyiti yaşadığı evdə aşkar edilib. Araşdırmalar rayon prokurorluğunda aparılı
10.08.2026 391 Bir sancması ilə öldürür: Dünyanın ən ölümcül 10 ilanı
Bu ilanların bəzilərinin zəhəri o qədər güclüdür ki, təcili tibbi yardım olmadan dişləmə ölümə səbəb ola bilər. Hər il ilanlar dünyada təxminən 5,4 milyon insanı dişləyir. Təqribən 2,7 milyon zərərçəkəndə klinik cəhətdən əhəmiyyətli zəhərlənmə baş verir, dişləmələrin nəticələrindən isə 81 mindən 13
10.08.2026 311 Moskva Ermənistana enerji təchizatı ilə bağlı qərarını dəyişə bilər
Rusiya Ermənistanın Avropa İttifaqına (Aİ) yaxınlaşması halında ölkəyə enerji təchizatı ilə bağlı yanaşmasını yenidən nəzərdən keçirə bilər. xəbər verir ki, bunu IMEMO RAS-ın baş elmi işçisi, tarix elmləri doktoru Aleksandr Krılov " "ya müsahibəsində bildirib. Krılovun sözlərinə görə, Rusiyanı
11:08 162 Pentaqon rəsmisindən İsrailə güclü dəstək mesajı
ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri admiral Bred Kuper qapalı görüş zamanı İsrail Müdafiə Qüvvələrinin (IDF) yüksək rütbəli komandirlərinə müraciət edərək ABŞ-ın İsrailə sadiqliyini ifadə edib. xəbər verir ki, "The Jerusalem Post" Kuperin müraciətinin mətnini dərc edib. "Birlikd
10:30 163