Yüksək vəzifələrə təyin edilən nazir müavinləri kimlərdir? - FOTO

Yüksək vəzifələrə təyin edilən nazir müavinləri kimlərdir? - FOTOMəlumat verdiyimiz kimi, Prezident İlham Əliyev rəqəmsal inkişaf və nəqliyyat nazirinə daha iki müavin təyin edib. Sərəncamlarla Samir Qaçay oğlu Məmmədov və Fərid Turab oğlu Əhmədov bu vəzifələrə təyin olunublar.

Oxu.Az müvafiq vəzifələrə təyin edilmiş şəxslərin dosyesini təqdim edir.

Samir Qaçay oğlu Məmmədov iyunun 15-də Bakı şəhərində anadan olub. 1993-1998-ci illərdə Xəzər Universitetində Beynəlxalq İqtisadi Münasibətlər ixtisası üzrə təhsil alıb. 2004-2006-cı illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Biznesin Təşkili və İdarəedilməsi ixtisası üzrə magistr təhsili alıb. 2010-2016-cı illərdə Şotlandiyanın Edinburq Universitetində təhsil almış və Təhsildə İKT ixtisası üzrə doktorluq dərəcəsi alıb.

1993-1998-ci illərdə isə ABŞ-ın "Relief International" humanitar yardım təşkilatında müxtəlif vəzifələrdə çalışıb. 1998-ci ildə "Unocal Khazar Ltd." neft şirkətində xüsusi layihələr üzrə koordinator vəzifəsində işləyib. 1998-1999-cu illərdə "Mobil Exploration & Producing Azerbaijan Inc." şirkətində menecer vəzifəsində çalışıb.

1999-2006-cı illərdə ABŞ-ın "Relief International" humanitar yardım təşkilatının Azərbaycan nümayəndəliyinin direktor müavini, daha sonra direktoru vəzifəsində işləyib. 2006-cı ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinə "Azərbaycan Respublikası ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramı"nın idarəetmə qrupunun müdiri vəzifəsinə təyin olunub.

2008-2017-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyi nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi vəzifəsində çalışıb.

2017-2019-cu illərdə Bakı Mühəndislik Universitetində işləyib. 2019-cu ildə isə "Enginet İnvest" MMC-də direktor vəzifəsində çalışıb.

2021-ci ildən isə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Aparatının rəhbəri vəzifəsinə təyin olunub.

Rus və ingilis dillərini bilir.

Ailəlidir.

Yüksək vəzifələrə təyin edilən nazir müavinləri kimlərdir? - FOTOFərid Turab oğlu Əhmədov 1979-cu ildə Bakı şəhərində anadan olub. O, 2000-ci ildə Bakı Dövlət Universitetində hüquqşünaslıq ixtisası üzrə bakalavr təhsilini, 2002-ci ildə beynəlxalq hüquq üzrə magistr təhsilini fərqlənmə diplomu ilə bitirib. 2003-cü ildə "Chevening" təqaüdçüsü olaraq İngiltərənin Esseks Universitetində beynəlxalq insan hüquqları ixtisası üzrə magistr dərəcəsi (fərqlənmə) alıb.

2004-cü ildə AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun aspirantı olub, 2009-cu ildə Prezident yanında Ali Attestasiya Komissiyasının qərarı ilə hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb.

2009-cu ildə doktorantura pilləsi üzrə təhsilini almaq məqsədilə İngiltərənin Oksford Universitetinə "Weidenfeld" təqaüdçüsü olaraq daxil olub və 2016-cı ildə həmin universitetin hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.

F. Əhmədov 2000-2004-cü illərdə "Ədalət" hüquq firmasında hüquqşünas, 2004-2006-cı illərdə Konstitusiya Məhkəməsi Aparatının Beynəlxalq hüquq şöbəsində böyük məsləhətçi, 2006-2007-ci illərdə Milli Məclis Aparatının İnzibati və Hərbi qanunvericilik şöbəsində məsləhətçi vəzifəsində çalışıb.

O, 2009-2011-ci illərdə Oksford Universitetinin "Foreign Service" proqramında magistratura pilləsində beynəlxalq hüquq fənni üzrə seminar müəllimi, 2011-2015-ci illərdə ADA Universitetində hüquq sahəsi üzrə baş müəllim olub.

2015-2017-ci illərdə "Azərbaycan" Universitetinin rektoru, 2017-2020-ci illərdə "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-də baş direktorun müavini vəzifəsində çalışıb.

2021-ci ildən nazir Rəşad Nəbiyevin müşaviridir.

Rus və ingilis dillərini bilir.

Yüksək vəzifələrə təyin edilən nazir müavinləri kimlərdir? - FOTO


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1422   Tarix: 24 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ərdoğan: Türkiyə-Azərbaycan qardaşlığına heç kim kölgə sala bilməz

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb. APA-nın Türkiyə bürosu xəbər verir ki, Ərdoğan Türkiyə və Azərbaycanın bir-birinə qırılmaz tellərlə bağlı olduğunu bildirib. O, fitnə ocaqlarına baxmayaraq, iki ölkənin əməkdaşlığının bi

09.11.2026 195
.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlər və yaxın insanlarla ünsiyyətdir. xəbər verir ki, dostlarla ünsiyyət saxlama

09.11.2026 182
.

Tramp Putin və Si Cinpinlə gözlənilən görüşündən danışdı: "Maraqlı olacaq"

ABŞ Prezidenti Donald Tramp noyabrın 18-19-da Çində keçirilməsi nəzərdə tutulan Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində bu ölkənin lideri Si Cinpin və Rusiya Prezidenti Vladimir Putinlə görüşünü istisna etməyib. Prezidentin sözlərinə görə, digər məsələlərlə yanaşı

09.11.2026 203
.

Səslərini itirib səhnədən uzaqlaşan azərbaycanlı sənətçilər - Onların acı taleyi

Səsləri ilə milyonların qəlbini fəth edən, ifaları ilə Azərbaycan musiqi tarixində silinməz iz qoyan bəzi sənətçilərin yaradıcılıq yolu gözlənilmədən yarımçıq qalıb. Kimisi ağır xəstəlik, kimisi səs tellərində yaranan problemlər, kimisi isə həyatında üzləşdiyi çətinliklər səbəbindən əvvəlki kimi oxuma

09.11.2026 144
.

Ukrayna Mesut Özili "qara siyahı"ya daxil etdi

Almaniya millisinin sabiq üzvü, dünya çempionu Mesut Özil Ukraynanın "Mirotvorets" (sülhməramlı) məlumat bazasına daxil edilib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Futbolçunun siyahıya salınmasına səbəb onun Rusiya futbol klublarının və milli komandalarının beynəlxalq turnirlərdə

09.11.2026 217
.

Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb

Rusiyanın Odessaya hücumunda üç nəfər ölüb, bir nəfər xəsarət alıb. APA xəbər verir ki, bu barədə Odessa Şəhər Hərbi Administrasiyasının rəhbəri Sergey Lısak məlumat verib. Onun sözlərinə görə, yaralının vəziyyəti ağırdır. Lısak bildirib ki, Rusiya qüvvələri Odessada mülki infrastruktura zərbə endiri

09.11.2026 197
.

Əfsanəvi cüdoçu Fransa prezidentliyinə namizəd oldu

Fransalı əfsanəvi cüdoçu, beşqat Olimpiya çempionu Teddi Riner 2027-ci ildə keçiriləcək prezident seçkilərində namizəd olacağını açıqlayıb. xəbər verir ki, 37 yaşlı idmançı bu barədə sosial şəbəkə hesabında paylaşım edib. "Ölkəmizin üzləşdiyi çətinliklərlə barışmaq artıq geri çəkilmək deməkdir

09.11.2026 142
.

Xəzər dənizinin çəkilməsi COP31-də dünya gündəminə çıxarılacaq

"Azərbaycanın COP31 gündəliyindəki əsas mövzular arasında Xəzər dənizinin problemləri də yer alır". "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin İqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev COP31 çərçivəsində qurulan Azərbaycan pavilyonunda jurnalistləri

09.11.2026 203
.

Mərdəkan şossesində qəza sıxlıq yaratdı

Xəzər rayonu, Mərdəkan şossesində baş verən yol-nəqliyyat hadisəsi olub. Bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən "Qafqazinfo"ya məlumat verilib. Bidlirilib ki, hadisə səbəbindən mərkəz istiqamətində nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir. Hazırda polis sıxlığı

09.11.2026 243
.