Ölkədə "Meymun çiçəyi"nə suçiçəyi deyirik, ya "meymun" hələ gəlib bizə çatmayıb?
Böyük Britaniya Səhiyyə Agentliyi (UKHSA) daha iki insanda "meymun çiçəyi" xəstəliyinə yoluxma faktını qeydə alıb.
İtaliyada "Meymun çiçəyi" xəstəliyinə ilk yoluxma halı qeydə alınıb.
Niderlandda aparılan laboratoriya müayinələri nəticəsində Belçikanın ikinci böyük şəhəri Antverpendə nümunələri götürülən bir şəxsin "meymun çiçəyi" virusuna yoluxduğu məlum olub.
Son günlər mediada yayılan bu kimi xəbərlər ölkədə vətəndaşlar arasında haqlı narahatlığa səbəb olub. Ölkənin səhiyyə strukturları az da olsa vətəndaşların narahatlığını aradan qaldırmaq məqsədilə dərhal məsələ ilə bağlı mütəxəssis rəyləri paylaşdılar.
Həkim-infeksionistlərin sözlərinə görə isə hazırda ölkədə "Meymun çiçəyi" virusu aşkarlanmayıb. Lakin daha əvvəl bu kimi faktların olduğu da inkar edilməyib.
"Xəstəliyin simptomlarının 90 faizi bir-birinə bənzəyir" deyən ekspertlər fərqli cəhətlər kimi isə "Meymun çiçəyi" xəstəliyində limfa düyünlərinin böyüməsi, şişkinlik hallarının daha çox olduğu deyilib. Xəstəliyin yoluxduruculuq qabiliyyətinin çox aşağı olması səbəbindən pandemiya halını alması da çox zəif ehtimaldır. Həkimlər "Meymun çiçəyi" xəstəliyinin suçiçəyinə nisbətən daha yüngül əlamətlərlə müşahidə olunduğunu xüsusilə vurğulayırlar.
Virus mənşəli xəstəliyin əsas simptomları yüksək hərarət, əzələ ağrıları, boğaz ağrıları, bəzi hallarda öskürək, dəri səpkiləri, qaşıntılardır. Yoluxma tənəffüs yollarından xaric olan damcılar vasitəsilə, dəri səpkilərinin möhtəviyyatı ilə, sıx təmas yolu ilə baş verir.
Maraqlı məqam isə ondan ibarətdir ki, bu mövsümdə suçiçəyi xəstəliyi bir növ oyanış dövrünü yaşayır. Redaksiyamıza daxil olan məlumatlarda övladlarının oxuduqları təhsil müəssisələrində uşaqlar arasında suçiçəyi xəstəliyinə yoluxanların olduğu deyilir.
Bununla yanaşı, poliklinikalara da sadalanan simptomları olan uşaqlara görə müraciətlərin olduğu deyilir.
Maraqlıdır, indi həkimə müraciət edənlərə əvvəlki dövrlərdəki kimi suçiçəyi, yoxsa "Meymun çiçəyi" diaqnozu qoyulur? Yoxsa elə bu, həqiqətən də, dədə-babadan bildiyimiz suçiçəyidir?
Bütün hallarda gigiyena qaydalarına diqqət etməkdə, sadalanan simptomlardan şikayət edən şəxslərlə yaxın təmasda olmamaqda fayda var.(oxu.az)
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1955 Tarix: 22 may 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAyaq qoxusuna son
Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi
10.09.2021 1505 Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO
Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"
13.09.2021 1580 Dünyanın ən nüfuzlu insanları açıqlandı
ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. -a istinadən xəbər verir ki, 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilə
16.09.2021 877 56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO
Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy
15.09.2021 2086 DƏHŞƏTLİ HADİSƏ: hamburgerdən insan barmağı çıxdı
Bolivyanın Santa Cruz de la Sierra şəhərində Estefany Benitezin adlı şəxsin yediyi hamburgerin içindən insan barmağı çıxıb. Bildirilib ki, o, dərhal istehsalçıya şikayət edib. Amma onunla heç kim maraqlanmayıb. Hadisə ilə bağlı öncə "Facebook"da, sonra beynəlxalq mətbuata açıqlayan gənc başın
15.09.2021 1292 Prokuror küçədə çılpaq vəziyyətdə gəzdi: Sakinlər polisə şikayət etdi - FOTO
Polşanın cənub-şərqində yerləşən Svidnitsa şəhərində prokuror küçədə çılpaq vəziyyətdə gəzib. Ətrafdakı insanların çəkdiyi fotolarda çılpaq vəziyyətdə olan kişinin əlində dörd pivə butulkası ilə ərzaq mağazalarını gəzdiyi əks olunub. Digər görüntülərdə prokurorun tamamilə çılpaq bir vəziyyətdə küçələr
12.09.2021 1423 Ofis daxilində yaranan havasızlıq işçilərin yaddaşına və diqqətinə təsir edir
Mütəxəssislərin apardığı araşdırmalar nəticəsində məlum olub ki, işçilərin ofisdə iş zamanı yorğunluğunun və halsızlığının əsas bir vacib səbəbi var. Belə ki, bu səbəb təkcə işçilərin işləmək istəməməsi ilə əlaqədar deyil. Söhbət iş yerində olan havasız şəraitdir. ABŞ-dan olan tədqiqatçılar işçiləri
12.09.2021 489 Əfqan ulduz ölkədən qaçmasından danışdı: başımdan vur, amma...
Əfqanıstanda qadın hüquqlarını müdafiə etdiyi üçün və geyimləri ilə bağlı radikal şəxslərin qəzəbinə tuş gələn 36 yaşlı pop ulduz Aryana Səid "Taliban" hakimiyyəti ələ keçirdikdən sonra paytaxt Kabildən İstanbula necə qaçdığını danışıb. Müğənninin avqustun 15-də "Taliban" Kabilə daxi
12.09.2021 1875 İtkin düşən 10 yaşlı qız pedofilin evində tapıdı - VİDEO
Rusiyanın Sankt-Peterburq şəhərində polis on yaşlı qızı pedofildən xilas edib. -a istinadən xəbər verir ki, məlumata görə, sentyabrın 9 -da axşam saatlarında məktəbli qızın atası Leninqrad vilayətinin polisə müraciət edərək, qızının dərsdən sonra evə qayıtmadığını bildirib. Polis itkin düşən məktəblini
13.09.2021 2197