May bitir, gilas bitmir: Meyvələrin qiyməti niyə əl yandırır? - ARAŞDIRMA

May bitir, gilas bitmir: Meyvələrin qiyməti niyə əl yandırır? - ARAŞDIRMAArtıq may ayının sonlarına yaxınlaşırıq. Təbii ki, hər kəs meyvə və tərəvəzə üstünlük verir. İnsanlar daha çox meyvə almaq üçün bazarlara, marketlərə üz tuturlar. Amma meyvə od qiymətinə...

Əvvəlki illərdə yerli meyvələr mart-apreldə baha olurdu, may ayında isə münasib qiymətə tapmaq mümkün idi. Artıq may bitmək üzrədir, amma insanlar piştaxtalardakı meyvələrə yalnız baxa bilirlər...

Siz bazara gedib, bir neçə çeşiddə hərəsindən bir kiloqram meyvə alsanız, ən azı 40-60 manatınızdan keçməli olacaqsınız.

Bir kiloqram çiyələk 3-6,50 manata, bir kq gilas 13-23 manata, bir kq tut 6 manata, bir kq alça 7-10 manatadır.

Deputat Vüqar Bayramlı Oxu.Az-a açıqlamasında bildirib ki, aparılan monitorinqlər istehlak bazarında kənd təsərrüfatı məhsullarının çox yüksək qiymətə təklif olunduğunu göstərir:

"Bu da inflyasiya yaradır. Yerli məhsulların qiymətlərinin optimallaşdırılması üçün süni qiymət artımının qarşısı alınmalıdır. Nəzərə alsaq ki, Nazirlər Kabineti tərəfindən antiinflyasiya tədbirləri qəbul olunub, onlardan biri də süni qiymət hallarının artırılmasına qarşı mübarizənin aparılmasıdır.

Bütün hallarda təklif olunan məhsullar üzrə xərcdə ciddi fərqlər yoxdursa, qiymətlərin yüksək təklif olunması artım deməkdir. Əvvəlki dövrlərdə xaricdən nisbətən ucuz kənd təsərrüfatı məhsulları idxal olunurdu, indi bir sıra aqrar ölkələr məhsul ixracatını məhdudlaşdırıb. Bu da bizim istehsal bazarına öz təsirini göstərir. Qiymətlərin optimallaşdırılması üçün monitorinqlər davam etdirilməlidir".

Oxuculara Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin məlumatına əsasən 2019-cu ilin may ayında meyvələrin qiymətini təqdim edirik:

May bitir, gilas bitmir: Meyvələrin qiyməti niyə əl yandırır? - ARAŞDIRMA2021-ci ilin may ayında gilasın bir kiloqramının qiyməti 1,50 manat təşkil edirdisə də, indi ən ucuzu 13 manatadır...

May bitir, gilas bitmir: Meyvələrin qiyməti niyə əl yandırır? - ARAŞDIRMAKənd təsərrüfatı eksperti Cəfər İbrahimli Oxu.Az-a açıqlamasında bildirib ki, bazarlarda satılan yerli meyvə-tərəvəzlərin qiyməti may ayı üçün yüksəkdir:

"Bu rəqəmi əvvəlki iki-üç illə qarşılaşdıranda qiymətlərdə çox ciddi artımın olduğunun şahidi oluruq. Bunun bir neçə səbəbi var. Tərəvəz qiymətlərinə enerji, herbisid, gübrə və əməkhaqqı artımları təsir edib. Eyni zamanda, idxal olunan meyvə-tərəvəzlərin qiymətlərində də müəyyən bir artım var. Bu da beş-altı faiz həcmində idxal inflyasiyası kimi təsir edir".

Məhsulların qiymətlərinin baha olmasının digər səbəbi isə son illər ölkədə qeyri-münasib hava şəraitinin olması göstərilə bilər.

Məsələn, 2017-ci ilin may ayının bugünkü günü bağlarda gilas tam yetişmişdisə, bu gün hələ də bağbanlar nübar etməyiblər.

Fərq üçün şəkil təqdim edirik:

May bitir, gilas bitmir: Meyvələrin qiyməti niyə əl yandırır? - ARAŞDIRMAEkspertin sözlərinə görə, havaların qeyri-sabit keçməsi meyvələrlə bağlı ciddi çətinliklərə səbəb olacaq:

"İstehsalın həcminin kəskin düşəcəyi və qiymətlərin artacağı görünür. İki-üç il əvvəllə müqayisədə qiymətlər həddən artıq çox olsa da, bu o qədər də təsir etməməli idi".

Bütün bunları nəzərə alsaq, bu il meyvə-tərəvəzin qiymətində ciddi ucuzlaşmanın olacağını gözləmək olmaz...


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1292   Tarix: 21 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İnsandan böyük skumbriya tutuldu - Nadir HADİSƏ

Çinin Şandun əyalətində balıqçılar uzunluğu 2,46 metr, çəkisi isə 134 kiloqram olan nəhəng skumbriya balığı tutublar. xəbər verir ki, bu barədə "Global Times" nəşri məlumat yayıb. Təcrübəli balıqçıların sözlərinə görə, bu ölçüdə skumbriyaya rast gəlmək olduqca nadir hadisədir. Balıqçı Van Veytszyu

09.11.2026 181
.

Özgür Özəl Prezident İlham Əliyevə zəng edib

Yeni Partiyanın sədri Özgür Özəl Prezident İlham Əliyevə zəng edib. xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin "X" hesabında məlumat paylaşılıb. Məlumatda bildirilib ki, Özgür Özəl Zəfər Günü münasibətilə dövlət başçısına və Azərbaycan xalqına təbriklərini çatdırıb. Dövlət başçısı təbriklər

09.11.2026 211
.

Azərbaycanda məktəb direktoru vəfat etdi

Yardımlıda vəzifəli şəxs vəfat edib. xəbər verir ki, rayonun Bilnə kənd natamam orta məktəbinin direktoru Ələsgər Naib oğlu Əsgərov dünyasını dəyişib. Bakı Dövlət Universitetinin məzunu olan Ə.Əsgərov uzun illər həmin məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi kimi çalışıb. Son illərdə isə təhsi

09.11.2026 243
.

Tehrandan 14 vətəndaşının Azərbaycanda "arzuolunmaz şəxs" elan edilməsinə reaksiya

"Prinsipcə, 14 İran vətəndaşının "persona non grata" (arzuolunmaz şəxs) adlandırılması məntiqli deyil, çünki bu insanlardan heç biri diplomat deyil və ya Azərbaycan Respublikasında olmayıb". -ın " nəşrinə istinadən xəbərinə görə, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüs

09.11.2026 225
.

Lorenzo Mezzotero millinin heyətindən çıxarıldı

Milli komandamızın futbolçusu Lorenzo Mezzotero son çempionat matçında zədələnib. xəbər verir ki, bu barədə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) məlumat yayıb. Zədəsi səbəbindən Lorenzo Mezzotero milli komandanın heyətindən çıxarılıb. Onun əvəzinə "Araz-Naxçıvan" klubunun futbolçus

09.11.2026 174
.

Maykl Kerrik "Mançester Yunayted"dən gedir?

"Mançester Yunayted"in baş məşqçisi Maykl Kerrik vəzifəsindən istefa verməyəcəyini açıqlayıb. xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb. Telekanala müsahibəsində Kerrikdən düzgün qərar hesab edəcəyi təqdirdə vəzifəsindən ayrılmağı düşünüb-düşünmədiyi soruşulub. O, sual

09.11.2026 184
.

Dövlət Bayrağımız - milli kimliyimizin, müstəqilliyimizin və qalib dövlətçilik iradəmizin əbədi rəmzi

Azərbaycan Respublikasının Dövlət Bayrağı xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini, milli-mənəvi dəyərlərini, azadlıq və müstəqillik uğrunda mübarizəsini özündə ehtiva edən müqəddəs dövlət rəmzidir. Üçrəngli bayrağımızın tarixi Azərbaycanın milli dövlətçilik tarixinin ayrılmaz tərkib hissəsi olmaql

09.11.2026 221
.

Azərbaycan millisi Dakarda çempion oldu

Azərbaycanın çimərlik güləşi üzrə oğlanlardan ibarət millisi Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında çempion olub. xəbər verir ki, bu barədə Milli Olimpiya Komitəsi məlumat yayıb. Yığma 70 xalla komanda hesabında birinci yeri tutub. Kollektivin üzvlərindən Tuna

09.11.2026 209
.

Krit sahillərində faciə: Gəmidən 12 miqrantın meyiti çıxarıldı

Yunanıstan Sahil Mühafizəsi Xidməti Krit adası sahillərində xilasetmə əməliyyatı keçirib. "Reuters"ə istinadən xəbər verir ki, əməliyyat zamanı gəmidən 12 miqrantın meyiti çıxarılıb. Hazırda onların ölüm səbəbləri müəyyənləşdirilir. Xilasedicilər Kaloy-Limenes limanından təxminən 15 dəniz mil

09.11.2026 179
.