Azərbaycan Cənubi Qafqazın sülh, əməkdaşlıq və qarşılıqlı fəaliyyət bölgəsinə çevrilməsi üçün töhfəsini əsirgəmir

Azərbaycan Cənubi Qafqazın sülh, əməkdaşlıq və qarşılıqlı fəaliyyət bölgəsinə çevrilməsi üçün töhfəsini əsirgəmirAzərbaycanın beynəlxalq aləmdə əlaqələri getdikcə genişlənir və mövqeyi daha da möhkəmlənir. İlyarım əvvəl Ermənistan üzərində tarixi Qələbədən sonra respublikamız dünyada qalib ölkə kimi tanınır. Bu şanlı Zəfərdən sonra ölkəmizlə əməkdaşlıq etməkdə maraqlı olan dövlətlərin sayı artmaqdadır. Həm Prezident İlham Əliyevin xarici ölkələrə səfərləri, həm də ölkəmizə rəsmi səfərə gələn dövlət başçılarının görüşləri zamanı da bu məqamların şahidi oluruq. Qarabağın işğaldan azad edilməsindən sonra Şuşada keçirilən tədbirlərdə müxtəlif ölkələrin nümayəndələrinin də iştirakı ölkəmizlə əməkdaşlığa olan marağın bariz nümunəsidir.
Litva Prezidentinin ölkəmizə rəsmi səfəri zamanı dövlətimizin başçısı İlham Əliyevlə görüşündə və mətbuata birgə bəyanatlarda iki ölkə arasındakı dostluq münasibətlərindən, müxtəlif sahələr üzrə əməkdaşlıqdan bəhs edilib. Dövlətimizin başçısı Litvanın Azərbaycanla uzun illər ərzində strateji tərəfdaş olduğunu, uğurlu əməkdaşlıq həyata keçirdiyini, iki ölkə arasında imzalanan Strateji Tərəfdaşlıq üzrə Bəyannamənin səmərəli əlaqələrin mahiyyətini əks etdirdiyini, bu səfərdən sonra isə münasibətlərin yeni səviyyəyə yüksələcəyini bildirib. Dövlətimizin başçısı bu səfəri dostluq və tərəfdaşlıq əlaməti hesab etdiyini diqqətə çatdırdı. Litva və Azərbaycan uzun illərdir strateji tərəfdaşdırlar. İki ölkə arasında imzalanmış Strateji Tərəfdaşlıq üzrə Bəyannamə həqiqətən də əməkdaşlığımızın mahiyyətini əks etdirir.
Dövlətimizin başçısı həm Ermənistana, həm də dünya erməniliyinə bir daha önəmli mesajlar verdi. Artıq dünya birliyi də Ermənistan üzərində tarixi Qələbədən sonra Cənubi Qafqazda yaranmış yeni reallıları qəbul edir. Bu reallıqlardan biri də ölkəmizin Cənubi Qafqazda sülh və əmin-amanlığın, təhlükəsizliyin təmin olunmasıdır. Artıq ölkəmiz tərəfindən bu istiqamətdə təsirli addımlar atılmaqdadır. Ümumiyyətlə, Cənubi Qafqaz üçün sülhə, təhlükəsizliyə və sabitliyə sadiqlik nümayiş etdirməyin vaxtıdır. Bunu Ermənistan rəhbərliyi də düşünməlidir. Çünki bu ölkənin başqa çıxış yolu qalmayıb. Azərbaycanın qarşıya qoyduğu prioritet vəzifələrdən biri Cənubi Qafqazı sülh, əməkdaşlıq və qarşılıqlı fəaliyyət bölgəsi kimi görmək istəyidir. Vətən müharibəsindən sonra bu istiqamətdə ikitərəfli və üçtərəfli əməkdaşlıq formatını yaratmaq üçün imkan yaranıb. Təəssüf ki, Ermənistan indiyə qədər Cənubi Qafqazda üçtərəfli qarşılıqlı fəaliyyət formatının başlanmasına həvəs göstərmir.
Ermənistan rəsmi olaraq sülh müqaviləsi ilə bağlı Azərbaycan tərəfindən irəli sürülən beş əsas prinsipi qəbul edib. Ölkəmizin təklif etdiyi 5 prinsip BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və beynəlxalq hüququn normalarına uyğundur. Ermənistan bu prinsiplərə sadiqliyini ehtiva edən mövqe nümayiş etdirərsə, o zaman sülh sazişinin imzalanması üçün əsas yaratmış olar. İkinci Qarabağ müharibəsi qurtarandan dərhal sonra Azərbaycan sülh müqaviləsinin bağlanılmasını və sərhədlərin delimitasiyasına dair birgə komissiyanın yaradılmasını açıq şəkildə dəstəkləməyə başlayıb. Artıq Ermənistan rəhbərliyi də dərk etməlidir ki, Cənubi Qafqaz üçün sülhə, təhlükəsizliyə və sabitliyə sadiqlik nümayiş etdirməyin vaxtıdır. Dövlətimizin başçısı, həmçinin deyib ki, biz Ermənistanı sərhədlərin delimitasiyasına başlamağa dəvət etdik. Çünki təxminən 30 il ərzində Ermənistanla dövlət sərhədimiz, o cümlədən Azərbaycanın 20 faiz ərazisini təşkil edən digər rayonları işğal altında olub. Buna görə sərhədlərin delimitasiyası zərurəti aydındır. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə aprelin 6-da Brüsseldə keçirilmiş görüş zamanı da razılaşdırılıb ki, aprelin sonuna qədər hər iki tərəf işçi qrup yaradacaq və onlar artıq öz fəaliyyətinə başlayacaqlar.
Dövlətimizin başçısının qeyd etdiyi kimi, Azərbaycan işçi qrupunu vaxtında yaratmışdır və nümayəndə heyətini ezam etməyə hazır idi. Lakin aprelin 29-da Ermənistan razılaşdırılmış görüşü ləğv etdi. Ermənistan mayın 7-11-də sərhəddə yeni görüşün keçirilməsindən də imtina etdi. Bu, qonşu dövlətlərin torpaqlarını işğal etməyə vərdiş etmiş bir dövlətin sülh müqaviləsindən yayınmasını təsdiqləyən faktlardır.
İşğaldan azad edilmiş ərazilərdə hazırda yenidənqurma, bərpa-quruculuq işləri geniş miqyas alıb. Ermənilər torpaqlarımızı işğal altında saxladıqları müddətdə faşizmə xas olan xüsusiyyətlərini gizlətməyərək, həmin əraziləri viran ediblər. O torpaqlarda səfərdə olan diplomatik korpusun nümayəndələri, aparıcı media nümayəndələri, həmçinin beynəlxalq ekspertlər azad edilmiş şəhərlərdən biri olan Ağdamı "Qafqazın Xirosiması" adlandırıblar. Bu, ermənilərin qəddar və amansız olduqlarını təsdiqləyən daha bir faktdır.
Dövlətimizin başçısı bir daha diqqətə çatdırdı ki, Azərbaycan BMT Nizamnaməsinin ölkəmizə verdiyi özünü müdafiə hüququndan tam yararlandı. Ölkəmiz ərazi bütövlüyünü hərbi-siyasi yolla özü bərpa etdi. BMT-nin Təhlükəsizlik Şurasının Ermənistanın qoşunlarının dərhal çıxarılmasını tələb edən qətnamələrini Azərbaycan özü yerinə yetirdi.

Səhər İsmayılova - politoloq


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 619   Tarix: 21 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Maykl Kerrik "Mançester Yunayted"dən gedir?

"Mançester Yunayted"in baş məşqçisi Maykl Kerrik vəzifəsindən istefa verməyəcəyini açıqlayıb. xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb. Telekanala müsahibəsində Kerrikdən düzgün qərar hesab edəcəyi təqdirdə vəzifəsindən ayrılmağı düşünüb-düşünmədiyi soruşulub. O, sual

09.11.2026 184
.

Adanada zəlzələ olub

Türkiyədə zəlzələ baş verib. APA xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Zəlzələ Adana vilayətinin Kozan rayonunda 4,6 bal gücündə qeydə alınıb. Yerli vaxtla saat 15:28-də baş verən zəlzələnin ocağı 15,35 km dərinlikdə yerləşib

09.11.2026 197
.

Azərbaycan millisi Dakarda çempion oldu

Azərbaycanın çimərlik güləşi üzrə oğlanlardan ibarət millisi Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında çempion olub. xəbər verir ki, bu barədə Milli Olimpiya Komitəsi məlumat yayıb. Yığma 70 xalla komanda hesabında birinci yeri tutub. Kollektivin üzvlərindən Tuna

09.11.2026 209
.

Azərbaycanda məktəb direktoru vəfat etdi

Yardımlıda vəzifəli şəxs vəfat edib. xəbər verir ki, rayonun Bilnə kənd natamam orta məktəbinin direktoru Ələsgər Naib oğlu Əsgərov dünyasını dəyişib. Bakı Dövlət Universitetinin məzunu olan Ə.Əsgərov uzun illər həmin məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi kimi çalışıb. Son illərdə isə təhsi

09.11.2026 243
.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. xəbər verir ki, qəhvə içdikdən dərhal sonra qısa müddət yatmaq insanın daha tez gümrahlaşmasına kömə

09.11.2026 139
.

Kreml Trampın münaqişədən sonrakı Ukrayna barədə açıqlamasına münasibət bildirib

Coğrafi baxımdan Ukrayna artıq fərqli bir ölkədir. APA-nın Moskva bürosu xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov ABŞ prezidenti Donald Trampın münaqişə bitdikdən sonra Ukraynanın "bir az fərqli formaya" sahib olacağı ilə bağlı açıqlamasına münasibət bildirərkən deyib. Kremli

09.11.2026 198
.

Ərdoğan: Türkiyə-Azərbaycan qardaşlığına heç kim kölgə sala bilməz

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb. APA-nın Türkiyə bürosu xəbər verir ki, Ərdoğan Türkiyə və Azərbaycanın bir-birinə qırılmaz tellərlə bağlı olduğunu bildirib. O, fitnə ocaqlarına baxmayaraq, iki ölkənin əməkdaşlığının bi

09.11.2026 195
.

Xəyanət qalmaqalı "Nvidia"nın səhmlərini ucuzlaşdırdı

ABŞ-nin texnologiya nəhəngi "Nvidia"nın səhmləri şirkətin baş direktoru Jensen Huanq ətrafında yaranan qalmaqal fonunda 4 faizdən çox ucuzlaşıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb. Agentlik yazır ki, noyabrın 9-da birjadankənar ticarətd

09.11.2026 184
.

Varlanmaq üçün 3 gün tabutda qaldı - Saxlanıldı

Qanada 28 yaşlı kişi varlanmaq məqsədilə üç gün tabutun içində qalıb. xəbər verir ki, bu barədə "My Joy Online" nəşri məlumat yayıb. Hadisə yerli ovçunun qəbiristanlıqda gəzərkən tabut aşkar etməsi ilə üzə çıxıb. Ovçunun itləri tabuta yaxınlaşdıqdan sonra kişi onun içərisində kiminsə olduğunda

09.11.2026 140
.