Məktəblərin yaxınlığında satılan TƏHLÜKƏ: Uşaq içən kimi xəstələnir - VİDEO

Məktəblərin yaxınlığında satılan TƏHLÜKƏ: Uşaq içən kimi xəstələnir - VİDEOSon zamanlar şagirdlərin elə məktəblərin yanındakı mağazalardan aldığı bu buzlu içkilərlə yəqin ki, hər birimiz rastlaşmışıq. "Lili" adlanan bu şirələri istənilən kiçik marketdən çox ucuz qiymətə almaq mümkündür. Buzlu formada satılan bu içkilər uşaqlarda boğaz gəlməsinə və yüksək hərarətə səbəb olur.

Elə uşaqların özləri də bu şirələri içdikdən sonra xəstələndiklərini söyləyirlər.

Həkimlər isə deyir ki, uşaqların qida rasionuna salınması mütləq olan məhsullarla yanaşı, onların birmənalı şəkildə uzaq durmalı olduğu məhsullar da var. Pediatr Günay Rəsulova deyir ki, bu cür ucuz, kimyəvi qatqılardan ibarət içkilər isə birbaşa xəstəlik mənbəyidir: "Bu "Lili"lər uşaqların boğazı üçün stress faktorudur. Gizli yatan infeksiyaların baş qaldırmasına səbəb olur. Nəticədə uşaqlarda boğaz ağrısı və qızdırma yaranır".

Qida üzrə ekspert Ağa Salamov da deyir ki, yetkinlik yaşına çatmayan şəxslərin bu içkilərdən istifadə etməsi heç də müsbət hal deyil: "Aromalı, rəngli içkilərin tərkibində fosfor turşuları olur. Fosfor turşusu da birbaşa olaraq yetkinlik yaşına çatmayanlarda sümük inkişafının qarşısını alır. Yaşlılarda isə sümük əriməsinə səbəb olur. Eyni zamanda, bu içkilərin tərkibində süni şəkərlərdən, rəngləndiricilərdən və qida qatqı boyalarından istifadə olunur ki, bu da orqanizmə zərərsiz ötüşmür. Yetkinlik yaşına çatmayan gənclərə bu cür içkilər satmaq düzgün deyil və bunun qarşısı təcili alınmalıdır".

Araşdırmamız zamanı məlum oldu ki, sən demə, şirənin üzərində qeyd olunan ştrix kod da saxta imiş.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, bu içki ilə bağlı Azad İstehlakçılar Birliyinə çoxlu zənglər daxil olur: "Şirə adlandırılan bu mayenin əslində heç bir natural şirə ilə əlaqəsi yoxdur. Üzərindəki ştrix kod da saxtadır. Azərbaycanda qeydiyyata alınmayıb, amma Azərbaycan prefiksi göstərilən ştrix kod qoyulub. Buraxılma müddəti ilə son yararlılıq müddəti arasındakı məsafə də çoxdur".

"Yeyinti məhsulları haqqında" Qanuna əsasən, istehlakçılar Qida Təhlükəsizliyi Agentliyində qeydiyyatdan keçməlidirlər. Bəs "Lili" həqiqətənmi qeydiyyatdan keçmədən satılır?

AQTA-nın aparıcı məsləhətçisi Səbinə Əsgərova deyir ki, məktəblilərin istifadə etdiyi içkilər digər ölkələrdən idxal yolu ilə daxil olduğu halda laborator analizlərə cəlb olunur: "Təhlükəsizlik və minimum keyfiyyət göstəriciləri normalara uyğundursa, qida təhlükəsizliyi sertifikatı ilə təmin edilərək dövriyyəyə buraxılmasına icazə verilir. Həmin içkilər yerli müəssisələrdə istehsal olunduğu halda isə müəssisələr qida təhlükəsizliyinə qeydiyyata alınır bundan sonra məhsulların dövriyyəyə buraxılmasına icazə verilir".

Gördüyünüz kimi, sualımız konkret olsa da, heç cür dəqiq cavab ala bilmədik. Burdan da belə bir şübhə yarandı ki, uşaqlarımızın çox ucuz qiymətə alıb, bəhbəhlə içdiyi "Lili"nin harda istehsal edildiyindən, nədən hazırlandığından, marketlərdə necə peyda olduğundan AQTA-nın xəbəri yox imiş. Halbuki "Lili"nin yaratdığı təhlükədən az qala bütün valideynlər, hətta uşaqlar da xəbərdardır./Oxu.az


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1872   Tarix: 20 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Maykl Kerrik "Mançester Yunayted"dən gedir?

"Mançester Yunayted"in baş məşqçisi Maykl Kerrik vəzifəsindən istefa verməyəcəyini açıqlayıb. xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb. Telekanala müsahibəsində Kerrikdən düzgün qərar hesab edəcəyi təqdirdə vəzifəsindən ayrılmağı düşünüb-düşünmədiyi soruşulub. O, sual

09.11.2026 184
.

Adanada zəlzələ olub

Türkiyədə zəlzələ baş verib. APA xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Zəlzələ Adana vilayətinin Kozan rayonunda 4,6 bal gücündə qeydə alınıb. Yerli vaxtla saat 15:28-də baş verən zəlzələnin ocağı 15,35 km dərinlikdə yerləşib

09.11.2026 197
.

Azərbaycan millisi Dakarda çempion oldu

Azərbaycanın çimərlik güləşi üzrə oğlanlardan ibarət millisi Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında çempion olub. xəbər verir ki, bu barədə Milli Olimpiya Komitəsi məlumat yayıb. Yığma 70 xalla komanda hesabında birinci yeri tutub. Kollektivin üzvlərindən Tuna

09.11.2026 209
.

Azərbaycanda məktəb direktoru vəfat etdi

Yardımlıda vəzifəli şəxs vəfat edib. xəbər verir ki, rayonun Bilnə kənd natamam orta məktəbinin direktoru Ələsgər Naib oğlu Əsgərov dünyasını dəyişib. Bakı Dövlət Universitetinin məzunu olan Ə.Əsgərov uzun illər həmin məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi kimi çalışıb. Son illərdə isə təhsi

09.11.2026 243
.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. xəbər verir ki, qəhvə içdikdən dərhal sonra qısa müddət yatmaq insanın daha tez gümrahlaşmasına kömə

09.11.2026 139
.

Kreml Trampın münaqişədən sonrakı Ukrayna barədə açıqlamasına münasibət bildirib

Coğrafi baxımdan Ukrayna artıq fərqli bir ölkədir. APA-nın Moskva bürosu xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov ABŞ prezidenti Donald Trampın münaqişə bitdikdən sonra Ukraynanın "bir az fərqli formaya" sahib olacağı ilə bağlı açıqlamasına münasibət bildirərkən deyib. Kremli

09.11.2026 198
.

Ərdoğan: Türkiyə-Azərbaycan qardaşlığına heç kim kölgə sala bilməz

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb. APA-nın Türkiyə bürosu xəbər verir ki, Ərdoğan Türkiyə və Azərbaycanın bir-birinə qırılmaz tellərlə bağlı olduğunu bildirib. O, fitnə ocaqlarına baxmayaraq, iki ölkənin əməkdaşlığının bi

09.11.2026 195
.

Xəyanət qalmaqalı "Nvidia"nın səhmlərini ucuzlaşdırdı

ABŞ-nin texnologiya nəhəngi "Nvidia"nın səhmləri şirkətin baş direktoru Jensen Huanq ətrafında yaranan qalmaqal fonunda 4 faizdən çox ucuzlaşıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb. Agentlik yazır ki, noyabrın 9-da birjadankənar ticarətd

09.11.2026 184
.

Varlanmaq üçün 3 gün tabutda qaldı - Saxlanıldı

Qanada 28 yaşlı kişi varlanmaq məqsədilə üç gün tabutun içində qalıb. xəbər verir ki, bu barədə "My Joy Online" nəşri məlumat yayıb. Hadisə yerli ovçunun qəbiristanlıqda gəzərkən tabut aşkar etməsi ilə üzə çıxıb. Ovçunun itləri tabuta yaxınlaşdıqdan sonra kişi onun içərisində kiminsə olduğunda

09.11.2026 140
.