Mingəçevir teatrında kişidən "qadın" DÜZƏLDİLİB? - RƏSMİ AÇIQLAMA

Mingəçevir teatrında kişidən "qadın" DÜZƏLDİLİB? - RƏSMİ AÇIQLAMABölgə teatrlarında qadın aktrisa böhranı yaşanır. Problem sosial şəbəkələrdə gündəmə gətirilib. İddiaya görə, üçüncü dərəcəli qadın roluna aktrisa tapmayan rejissorlar məcburiyyətdən kişidən qadın "düzəldir"lər.

Maraqlıdır ki, qeyd olunan hal hansı teatrda baş verib və hər il Azərbaycan Mədəniyyət İncəsənət Universitetindən məzun olan aktrisalar haraya gedirlər?

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyinin İncəsənət və Qeyri maddi-mədəni irs şöbəsindən Bizim.Media-ya bildirilib ki, həqiqətən də, bölgələrdə ixtisaslı gənc aktyor və aktrisalara ciddi ehtiyac var:

"Sözügedən faktla bağlı araşdırma aparılıb. Söhbət Mingəçevir Dövlət Dram Teatrından gedir. Mingəçevir Dövlət Dram Teatrında baş rejissor Vüsal Mehrəliyevin quruluşunda U.Şekspirin "Otello" əsərinin motivləri əsasında hazırlanmış "Yad" tamaşasında rejissor yozumuna əsasən, Byanka obrazını aktyor Ceyhun Əhmədov ifa edib.

Doğrudur, regionlarda fəaliyyət göstərən teatrların bir çoxunda ixtisaslı gənc kadrlara, eləcə də aktyor-aktrisalara ciddi ehtiyac var.

Lakin qeyd olunan məsələ, aktrisa çatışmazlığı problemindən qaynaqlanmır, bu, rejissor təxəyyülünün məhsuludur", - deyə nazirlikdən bildirilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1043   Tarix: 20 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Aysel ARB-yə "yox" dedi

"Avroviziya" təmsilçilərimizdən olan müğənni Aysel Teymurzadəyə aparıcılıq təklifi gəlib. Axşam.az-ın əldə etdiyi məlumata görə, ARB TV yeni mövsümdə bir neçə yeni layihə təqdim etməyə hazırlaşır. Onlardan biri də Türkiyədə yayımlanan məşhur "İşte Benim Stilim" formatında hazırlanaca

11:17 256
.

Suriyanın keçmiş prezidenti Bəşər Əsəd barəsində edam hökmü

Suriyanın keçmiş prezidenti Bəşər Əsəd qiyabi olaraq ölüm cəzasına məhkum edilib. xəbər verir ki, bu barədə SANA məlumat yayıb. Agentliyin məlumatına görə, Dəməşqdəki məhkəmə Bəşər Əsəd və onun qardaşı Mahir Əsədi Suriya xalqına qarşı törədilən ağır cinayətlərdə təqsirli bilib. Məhkəmə onların qəsdə

15:56 143
.

Səyahət sığortası məcburiyyət, yoxsa zərurətdir? - Ekspert açıqladı

"Səyahət sığortası sığorta məhsulları arasında ən vacib və əldə edilməsi zəruri olan məhsullardan biridir. Təəssüf ki, Azərbaycan vətəndaşlarının bu məhsula marağı hələ də aşağı səviyyədədir". Bunu BİG.Az-a açıqlamasında sığorta eksperti Şahin İsmayılov bildirib. O, qeyd edib ki, Şengen ölkələrin

14:45 137
.

Bakıda usta işlədiyi evdən 10 minlik qızıl oğurladı

Bakının Suraxanı rayonu ərazisində ev qarət olunub. DİN mətbuat xidmətindən -a verilən xəbərə görə, rayon sakinlərindən biri polisə müraciət edərək evindən 10 min manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən

18:15 1
.

Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib

Bakcell müştəriləri üçün yeni kampaniyaya start verib. Kampaniya çərçivəsində Samsung Galaxy A57 5G (8GB/256GB) modeli xüsusi şərtlərlə təqdim olunur. Kampaniya müddətində müştərilər Samsung Galaxy A57 5G smartfonunu 24 aylıq hissəli ödəniş şərtləri ilə əldə edə bilərlər. Bu təklif çərçivəsində cihazı

17:18 53
.

Moskva Ermənistana enerji təchizatı ilə bağlı qərarını dəyişə bilər

Rusiya Ermənistanın Avropa İttifaqına (Aİ) yaxınlaşması halında ölkəyə enerji təchizatı ilə bağlı yanaşmasını yenidən nəzərdən keçirə bilər. xəbər verir ki, bunu IMEMO RAS-ın baş elmi işçisi, tarix elmləri doktoru Aleksandr Krılov " "ya müsahibəsində bildirib. Krılovun sözlərinə görə, Rusiyanı

11:08 175
.

Dinozavrların nəslinin kəsilməsi ilə bağlı yeni versiya: Toz buludunda diri-diri yanıblar?

Alimlər hesab edirlər ki, dinozavrlar 66 milyon il əvvəl Yerə düşən nəhəng asteroidin yaratdığı həddindən artıq qızmış toz buludunun təsiri nəticəsində məhv olmuş ola bilərlər. Qaynarinfo xəbər verir ki, araşdırmanın nəticələri "Journal of Geophysical Research: Biogeosciences" jurnalında dər

10.08.2026 281
.

Livanda ölüm hökmü ləğv edildi - Ərəb dünyasında ilk

Livan parlamenti ölkədə ölüm hökmünün ləğv edilməsinə səs verib. "Qafqazinfo" "Associated Press" agentliyinə istinadən xəbər verir ki, bununla da, Livan ərəb dünyasında bu addımı atan ilk ölkə olub. Bildirilib ki, "Hizbullah" parlament bloku istisna olmaqla deputatları

16:33 103
.

"Təhsilin rektor olmağa nə dəxli var ki?"

"Şərurlu İsfəndiyar" kimi tanınan tanınmış iş adamı İsfəndiyar Axundov növbəti dəfə qalmaqallı açıqlaması ilə gündəmə gəlib. "Qafqazinfo" xəbər verir ki, iş adamı "Zarafat bir yana" verilişində hazırda böyük məktəb tikintiləri ilə məşğul olduğunu və hətta özünü bu müəssisələrdə

15:18 165
.

TOP MP3