Xoşqədəm Hidayətqızının həbsi tələb olunur
ARB telekanalında yayımlanan "Səni axtarıram" proqramının aparıcısı Xoşqədəm Hidayətqızı və veriliş iştirakçılarından biri - Bərdə rayon Piyadalar kənd sakini Sadıqova Gözəl Aslan qızı barəsində xüsusi ittiham qaydasında məhkəməyə şikayət edilib.
BiG.AZ xəbər verir ki, sikayətçi Arif Muradovun vəkili Bəhruz Bayramovun "AzPolitika.info"ya açıqlamasında bildirdiyinə görə, buna səbəb teleaparıcı və Bərdə sakininin 11, 16, 17 may 2022-ci il tarixlərində yayımlanan verilişlərdə müvəkkilini, onun ailə üzvlərini qətl törətməkdə ittiham etmələridir.
"İnsanların şəxsi toxunulmazlıq hüququ pozulur, istintaq sirri yayılır. Ona görə də A.Muradov Cinayət Məcəlləsinin 147-ci maddəsinin 2-ci bəndi (böhtan) ilə Nərimanov rayon məhkəməsinə şikayət edib" deyə vəkli bildirib.
Qeyd edək ki, sözügedən cinayət hadisəsi 2016-cı ilin mayında Bərdə rayonunun Piyadalar kənində baş verib. Kənd sakini, telefon təmiri, fotoqraflıqla məşğul olan Bayramov Tahir Salman oğlu avtomobilində qətlə yetirildikdən sonra yandırılıb. Hazırda cinayətin istintaqı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq İdarəsi tərəfindən davam etdirilir.
Arif Muradov şikayət ərizəsində bildirib ki, mərhum telefonlarını təmir etdiyi qadınların fotolarını öz şəxsi telefonuna köçürərək saxlayıb:
"Onların arasında mənim ailə üzvlərimə məxsus şəkillər də olub. İstintaq zamanı ailə üzvlərimiz, habelə telefonda fotoları olan başqa qadınlar şahid qismində dindiriliblər. Kənd sakinləri mənim ailəminin əxlaqına bələddirlər..."
A.Muradovun sözlərinə görə, "Səni axtarıram" verilişinin yuxarıda qeyd edilən tarixlərdə yayımlanan hissəsində mərhumun anası Sadıqova Gözəl Aslan qızı və teleaparıcı onu açıq formada qətlin təşkilatçısı və icraçısı kimi ittiham ediblər.
Vəkil Bəhruz Bayramov bildirib ki, şikayət ərizəsi bu gün Nərimanov rayon məhkəməsinə təqdim edilib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 3598 Tarix: 20 may 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAeroport yolunda yeni radar quraşdırıldı - Arxadan çəkir - Video
"Beton yol" kimi tanınan Zığ-Hövsan-Hava limanı yolunda yeni texniki vasitələr quraşdırılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Bildirilib ki, yolda yeni quraşdırılan radarlar digərlərindən fərqli olaraq avtomobili ön tərəfdən deyil, arxada
11:00 213 "Binamızın altını hotel ediblər, səs-küydən otura bilmirik..." - Video
Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsində çoxmərtəbəli yaşayış binasının ikinci mərtəbəsinin hostel, üçüncü mərtəbəsinin isə hotel kimi "Kristal AA" MTK tərəfindən icarəyə verilməsi sakinlərin narazılığına səbəb olub. "Qafqazinfo" xəbər verir ki, bu şikayətlə Xəzər TV-yə bir qru
12:01 276 Məşhur aktyor həyatına son qoymaq istədi - Boşanmaya görə...
62 yaşlı Hollivud ulduzu Bred Pitt şəxsi həyatı ilə bağlı səmimi etiraflar edib. xarici mediaya istinadla xəbər verir ki, aktyor keçmiş həyat yoldaşı Ancelina Coli ilə uzun illər davam edən münaqişənin və övladları ilə münasibətlərində yaranan uzaqlığın ona ciddi emosional təsir göstərdiyini bildirib
19:00 125 Ənənədən müasir səhnəyə: Milli rəqslərin yeni üzü
"Milli rəqslərin müasir səhnə tərzində təqdim olunması onların milli kimliyinə və əsas xüsusiyyətlərinə xələl gətirmir. Əksinə, ənənəvi sənət nümunələrinin müasir tamaşaçıya daha fərqli formada təqdim edilməsi onların yaşadılması və yeni nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıyır"
15:37 160 Azərbaycanın güclənməsində Prezident İlham Əliyevin müdrik siyasəti
Azərbaycanın müstəqillik tarixinin son onillikləri dövlətçilik ənənələrinin möhkəmləndirilməsi, iqtisadi inkişafın sürətləndirilməsi, milli təhlükəsizliyin təmin olunması və ölkəmizin beynəlxalq nüfuzunun yüksəldilməsi ilə səciyyələnir. Bu tarixi prosesdə Prezident İlham Əliyevin həyata keçirdiyi ardıcıl
14:16 183 Sirkədən zəhərlənən 2 nəfər öldü
Ağsuda sirkə turşusundan zəhərlənən şəxs vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayonun Muradlı kəndinin ərazisində baş verib. Kürdəmir rayon sakini 1984-cü il təvəllüdlü Ruslan Qurbanov avqustun 9-u zəhərlənmə diaqnozu ilə xəstəxanaya aparılıb. O, avqustun 10-u orada ölüb. Oxşar hadis
11:31 231 Almaniyadan Rusiya dronlarına qarşı yeni təklif: "Onları havaya qalxmamış zərərsizləşdirək"
Bundestaq üzvü Mark Henrixmann Almaniya kəşfiyyat orqanlarının səlahiyyətlərinin genişləndirilməsini və onlara Rusiyada pilotsuz uçuş aparatı (PUA) istehsalçılarına qarşı kiberhücumlar həyata keçirmək imkanının verilməsini təklif edib. xəbər verir ki, siyasətçinin açıqlamasına "Die Welt" qəzet
11:53 194 Suriyanın keçmiş prezidenti Bəşər Əsəd barəsində edam hökmü
Suriyanın keçmiş prezidenti Bəşər Əsəd qiyabi olaraq ölüm cəzasına məhkum edilib. xəbər verir ki, bu barədə SANA məlumat yayıb. Agentliyin məlumatına görə, Dəməşqdəki məhkəmə Bəşər Əsəd və onun qardaşı Mahir Əsədi Suriya xalqına qarşı törədilən ağır cinayətlərdə təqsirli bilib. Məhkəmə onların qəsdə
15:56 229 "Ət yeyən" bakteriya yayılır: ABŞ-da 5 ölüm qeydə alındı
ABŞ-ın Luiziana ştatında 2026-cı ilin əvvəlindən etibarən "ət yeyən" Vibrio vulnificus bakteriyasına yoluxan beş nəfər ölüb. xəbər verir ki, bu barədə "People" məlumat yayıb. Luiziana Səhiyyə Departamenti (LDH) hazırkı yoluxma hallarını görünməmiş hadisə kimi qiymətləndirib. Ümumilikd
11:41 208