Prezident FƏRMAN İMZALADI

Prezident FƏRMAN İMZALADIPrezident İlham Əliyev Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb.

Bununla bağlı Prezident.az məlumat yayıb.

Fərmana əsasən, "Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi" publik hüquqi şəxs yaradılır və "Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin Nizamnaməsi" təsdiq edilir.

Sənədlə Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan Hüquq və İnsan Haqları İnstitutu "Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi" publik hüquqi şəxsin tabeliyində "Hüquq və İnsan Haqları İnstitutu" publik hüquqi şəxsə (bundan sonra – İnstitut) çevrilməklə yenidən təşkil edilməlidir.

Müəyyən edilir ki, Mərkəz normayaratma fəaliyyətinin keyfiyyətinin yüksəldilməsi, dövlət orqanları (qurumları) əməkdaşlarının hüquq normalarının tətbiqi sahəsində bilik, bacarıq və səriştələrinin inkişaf etdirilməsi, hüquqi maarifləndirmə, hüquqi ekspertizasının keçirilməsi və hüquqi tənzimləmənin təsirinin qiymətləndirilməsi, habelə qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla Azərbaycan Respublikasında hüquqi islahatların həyata keçirilməsinə dair təkliflər hazırlanması və bunlarla bağlı işlərin səmərəli əlaqələndirilməsi sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir.

Mərkəzin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün sədr də daxil olmaqla beş üzvdən ibarət Müşahidə Şurası yaradılır.

Mərkəzin fəaliyyətinə cari rəhbərliyi Mərkəzin Müşahidə Şurasının vəzifəyə təyin və vəzifədən azad etdiyi İcraçı direktor həyata keçirir.

Mərkəzin Nizamnamə Fondu 100 min manatdır və dövlət büdcəsinin vəsaiti hesabına formalaşır.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1255   Tarix: 19 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Qızılın qiyməti kəskin BAHALAŞDI

Yaxın Şərqdə baş verən son geosiyasi proseslər fonunda investorların daha təhlükəsiz aktivlərə yönəlməsi qızılın qiymətində kəskin artıma səbəb olub. Səhər saatlarında qiymətli metalın birja dəyəri təxminən 2,7 faiz yüksəlib. xəbər verir ki, COMEX birjasında qızılın aprel fyuçersləri əvvəlki sessiy

02.03.2026 202
.

Hörmüz boğazından keçən nəqliyyat vasitələrinin sayı təxminən 70% azalıb

Strateji əhəmiyyətə malik Hörmüz boğazından keçən nəqliyyat vasitələrinin hərəkəti kəskin şəkildə azalıb. BİG.AZ Associated Press-ə istinadən xəbər verir ki, gəmi izləmə platforması bildirib ki, ABŞ və İsrailin İrana böyük hücum başlatdığı şənbə günündən bəri, boğucu nöqtədən keçən tranzit təxminən 70

02.03.2026 215
.

Fatimə küsülü olduğu Nazilənin evində

Rəqqasə Fatimə Fətəliyeva illərdir küsülü olduğu şair Nazilə Səfərlinin evinə yollanıb. Axşam.az xəbər verir ki, rəqqasə atası vəfat edən Naziləyə başsağlığına gedib. Onun videosunu aparıcı Tarix Əliyev (Tolik) paylaşıb. Qeyd edək ki, Fatimə və Nazilə illərdir küsülüdür. Nazilə qarşı tərəfi məhkəməy

02.03.2026 246
.

On üçüncü günün duası - İmsak və iftar vaxtı

Sabah Ramazan ayının on üçüncü günüdür. "Qafqazinfo" xəbər verir ki, imsak vaxtı 05:46-ya, iftar isə 18:49-a təyin olunub. On üçüncü günün imsak duası:. "Allahummə təhhirni fihi minəd-dənəsi vəl-əqzar. Və səbbirni fihi əla kainatil-əqdar. Və vəffiqni fihi lit- tuqa və suhbətil-əbrar. Bi-ovnik

02.03.2026 160
.

Sahilləri olmayan dəniz: onu piyada keçmək olar

Coğrafiyada elə tapmacalar var ki, zarafat kimi səslənir, amma tamamilə doğru çıxır. Bunlardan biri sahili olmayan dənizdir. xarici mediaya istinadən xəbər verir ki, söhbət məhz Sargassov dənizindən gedir. O, Atlantik okeanında yerləşir, lakin sahil ilə əhatə olunmur. Onun sərhədləri okean axınları il

02.03.2026 173
.

SEPAH Netanyahunun ofisini bombalayıb

İran bu gün səhər İsrail Baş naziri Benyamin Netanyahunun ofisinə zərbə endirib. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, bu barədə SEPAH-ın İctimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb. Məlumata görə, İran, eyni zamanda İsrail ordusunun Hərbi Hava Qüvvələrinin komandanının olduğu yeri hədəfə alıb

02.03.2026 305
.

Maykl Ceksona qarşı pedofiliyaittihamları irəli sürülüb

Məşhur amerikalı müğənni, rəqqas və aktyor Maykl Ceksona qarşı pedofiliya ilə bağlı yeni ittihamlar irəli sürülüb. xarici mediaya istinadla xəbər verir ki, fevralın sonunda Edvard, Dominik, Mari-Nikol və Aldo Kaşo adlı bacı-qardaşlar məhkəməyə müraciət ediblər. Onlar mərhum musiqiçini uşaqların cins

02.03.2026 182
.

Köhhnə paltarları heç vaxt atmayın - Evdə dəyərləndirməyin yolları

Bir çox insan köhnə paltar və parçaları düşünmədən atır. Halbuki bu əşyalar məişətdə uzun müddət faydalı ola bilər. Üstəlik, bəzi hallarda köhnə əşyalar mağazadan alınan yeni vasitələrdən daha praktik olur. Köhnə paltar və parçalarla nə etmək olar?. bu barədə xarici mediaya istinadla xəbər verir. Təmizli

02.03.2026 234
.

Ballistik raketlər işə düşdü: Tehran əməliyyatın yeni mərhələsini elan etdi

İran ABŞ və İsrail obyektlərinə qarşı "Həqiqi vəd - 4" əməliyyatının 12-ci mərhələsinə başladığını açıqlayıb. TASS-a istinadən xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yaydığı bəyanatda bildirilib. Bundan əvvəl "NourNews" agentliyi İranın regiondak

02.03.2026 222
.

TOP MP3