Tovuzda qadından doğuşa görə 600 manat tələb edilib?
Vətəndaş icbari tibbi sığortanın tətbiqilə bağlı şikayətçi olub. Tovuz rayon sakini Ədilov Saqif Hüseyn oğlu ondan icbari tibbi sığorta çərçivəsində ödəniş tələb olunduğunu iddia edib.
S.Ədilov tərəfindən Modern.az-a daxil olan şikayətdə deyilir:
"Həyat yoldaşım Quliyeva Gülnar İlqar qızını qeysəriyyə əməliyyatı üçün Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirmişəm. Qeysəriyyə əməliyyatı icbari tibbi sığorta tərəfindən həyata keçirilməli, bizdən pul alınmamalı idi. Ancaq həkim məndən 600 manat pul istəyir, deyir ki, "pulumu ver, hara şikayət edirsənsə et". Bu məsələyə aydınlıq gətirilməsini, araşdırılmasını istəyirəm".
İddiaya aydınlıq gətirmək üçün TƏBİB-lə əlaqə saxladıq.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr və tədbirlər şöbəsinin müdiri Zamirə Ədilova Modern.az-a açıqlamasında bildirib ki, qeyd edilən şikayət araşdırılıb:
"Tovuz rayon Qaraxanlı kənd sakini 1992-ci il təvəllüdlü Quliyeva Günel İlqar qızı 16 may 2022-ci il saat 12:52 radələrində Tovuz rayon Mərkəzi Xəstəxanasına müraciət edib. O, "38-39 həftəlik hamiləlik, baş gəlişi uşaqlıqda çapıq" diaqnozu ilə stasionar müalicəyə qəbul edilib. 16 may saat 13:50 radələrində icbari tibbi sığorta çərçivəsində qeysəriyyə üsulu ilə vətəndaşın övladı doğulub. Uşaq 3 500 qram çəkidə qız uşağıdır. Hazırda ana və yeni doğulmuş uşağın stasionar müalicəsi davam edir. Hər ikisinin vəziyyəti kafidir. Vətəndaşın tibbi xidmətin ödənişli əsaslarla göstərilməsi ilə bağlı iddiası həqiqəti əks etdirmir".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1652 Tarix: 18 may 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşKrit sahillərində faciə: Gəmidən 12 miqrantın meyiti çıxarıldı
Yunanıstan Sahil Mühafizəsi Xidməti Krit adası sahillərində xilasetmə əməliyyatı keçirib. "Reuters"ə istinadən xəbər verir ki, əməliyyat zamanı gəmidən 12 miqrantın meyiti çıxarılıb. Hazırda onların ölüm səbəbləri müəyyənləşdirilir. Xilasedicilər Kaloy-Limenes limanından təxminən 15 dəniz mil
09.11.2026 179 Kişi xəyanət edən arvadını stula bağlayıb yandırdı
Hindistanda kişi qısqanclıq zəminində həyat yoldaşını stula bağlayaraq yandırıb. xarici mediaya istinadən xəbər verir ki, hadisə Caqatpur kəndində qeydə alınıb. Polisin məlumatına görə, Suxbir Sinqh 11 il əvvəl Sonam adlı qadınla ailə qurub. Cütlüyün iki övladı olub. Lakin sonradan qadın başqa kişi il
09.11.2026 194 Şəhid qardaşı Avrasiya çempionu oldu
İdmançımız Avrasiya çempionatında uğur qazanıb. xəbər verir ki, Elmir Rzalı INBA (Beynəlxalq Natural Bodibildinq Assosiasiyası) tərəfindən təşkil olunan Avrasiya çempionatında uğurla çıxış edib. Belə ki, o, "Men"s Physique" kateqoriyası üzrə mübarizədə birinci yeri tutaraq çempionatı
09.11.2026 195 Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb
Rusiyanın Odessaya hücumunda üç nəfər ölüb, bir nəfər xəsarət alıb. APA xəbər verir ki, bu barədə Odessa Şəhər Hərbi Administrasiyasının rəhbəri Sergey Lısak məlumat verib. Onun sözlərinə görə, yaralının vəziyyəti ağırdır. Lısak bildirib ki, Rusiya qüvvələri Odessada mülki infrastruktura zərbə endiri
09.11.2026 197 Aİ-nin 30 milyardlıq planı alınmadı: 16 ölkə qanunu pozdu
Bir sıra Avropa ölkələri 2025-ci ilin sonunadək süni intellektə nəzarət üzrə qurumlar yaratmağa müvəffəq olmayıb. Nəticədə, müvafiq qanunvericiliyin icrası ilə bağlı problemlər yaranıb. xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb. Məlumata görə, Avropa İttifaqının (Aİ) 27 üzv dövlətində
09.11.2026 177 "Qalatasaray"ın əfsanəvi futbolçusu vəfat etdi
"Qalatasaray"ın və Yuqoslaviya futbolunun əfsanəvi simalarından olan Cevad Prekazi 69 yaşında vəfat edib. xəbər verir ki, bu barədə "Qalatasaray" və "Partizan" klublarının mətbuat xidmətləri məlumat yayıb. 1985-ci ildə "Hayduk Split"dən "Qalatasaray"
09.11.2026 168 İnsandan böyük skumbriya tutuldu - Nadir HADİSƏ
Çinin Şandun əyalətində balıqçılar uzunluğu 2,46 metr, çəkisi isə 134 kiloqram olan nəhəng skumbriya balığı tutublar. xəbər verir ki, bu barədə "Global Times" nəşri məlumat yayıb. Təcrübəli balıqçıların sözlərinə görə, bu ölçüdə skumbriyaya rast gəlmək olduqca nadir hadisədir. Balıqçı Van Veytszyu
09.11.2026 181 Adanada zəlzələ olub
Türkiyədə zəlzələ baş verib. APA xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Zəlzələ Adana vilayətinin Kozan rayonunda 4,6 bal gücündə qeydə alınıb. Yerli vaxtla saat 15:28-də baş verən zəlzələnin ocağı 15,35 km dərinlikdə yerləşib
09.11.2026 197 "Təbii Qələbə Tağı" - Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım etdi
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "Instagram" hesabında Hacıqabul rayonundan paylaşım edib. xəbər verir ki, o, paylaşımına "Hacıqabul rayonu, Bakı yolunda. Təbii Qələbə Tağı. 9.11.26" qeydini əlavə edib. Videonu buradan izləyin!
09.11.2026 230