"LC Waikiki"də QALMAQAL: Müştəriyə HÖRMƏTSİZLİK - FOTO
Bakıda məşhur mağazada müştərini döyüblər.
Bu barədə Sonxeber.az-a müraciət edən və "28 May" metrostansiyasının yaxınlığındakı "LC Waikiki" mağazasında bacısı ilə birlikdə döyülən Leyla Əliyeva danışıb.
O, hadisə haqqında bunları deyib:
"Bacımla paltar almağa getmişdik. Xoşumuza gələn geyimi yoxlamaq üçün geyinmə otağına girdik. Cəmi bir boş yer var idi. Mən tez geyinib paltara baxdıqdan sonra bacım da xoşuna gələn paltarı yoxlamaq üçün geyim otağına girdi.
Mağazadakı xanım elə bildi ki, 2 nəfər eyni anda geyim otağına girmişik. Mən əlimdəki paltarı həmin xanıma verən zaman mənə bildirdi ki, iki nəfərin geyim otağında geyinməsi qadağandır və dərhal əlimizdəkiləri ona təhvil verməyi tələb etdi. Mən əlimdəki paltarı xanıma verib nə olduğunu soruşdum. O isə mənə cavab vermədi və göz süzdürərək "Mənim sizin kimilərlə danışmağa sözüm yoxdur" dedi. Yenidən xanımdan mənə qarşı niyə belə etdiyini soruşdum. O da aqressiv şəkildə mağazanı tərk etməyimizi istədi.
Müştəri ilə necə belə kobud danışa bildiklərini və hansı haqla mənimlə bu tonda danışdıqlarını soruşdum. Daha sonra məni tanımadan bu cür danışa bilməyəcəklərini bildirdim. Xanım isə cavabında mənim kimliyimin ona maraqlı olmadığını söylədi.
Mən əsəbiləşib, mağaza rəhbərinin kim olduğunu soruşdum. Həmin an xanım əlimdən yapışaraq mənə dırnağı ilə xəsarət yetirib, üstümə qışqırmağa başladı. Özünü elə apardı ki, guya biz ona nəsə edirik. Bir anlıq hər kəsin diqqəti ona yönləndi. Mən də xanımın səhhətində problem olduğunu düşünüb, yenidən ona yaxınlaşdım. Satıcının yalandan qışqırdığına əmin olduqdan sonra mağazadan çıxıb getdim.
Başıma gələnləri başqası mənə desəydi, inanmazdım. Çünki mən də tələbə olduğum zaman mağazada çalışmışam və hər zaman, nə qədər problemim olsa da, müştərilərlə mehriban, səmimi davranmışam. Məşhur mağazada çalışan bir xanımın müştəriylə bu cür davranmasına heç cür haqq qazandıra bilmirəm. Həqiqən, biabırçılıqdır!"
Qeyd edək ki, Leyla Əliyeva "LC Waikiki"də qarşılaşdığı bu hadisə barədə özünün sosial şəbəkədəki şəxsi səhifəsində də paylaşım edib.
Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.




BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 2011 Tarix: 17 may 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşƏrdoğan: Türkiyə-Azərbaycan qardaşlığına heç kim kölgə sala bilməz
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb. APA-nın Türkiyə bürosu xəbər verir ki, Ərdoğan Türkiyə və Azərbaycanın bir-birinə qırılmaz tellərlə bağlı olduğunu bildirib. O, fitnə ocaqlarına baxmayaraq, iki ölkənin əməkdaşlığının bi
09.11.2026 195 "Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Müsabiqəsinin final günü məlum oldu
"Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Müsabiqəsinin möhtəşəm final gecəsi noyabrın 30-da keçiriləcək. Şou Prodakşının layihəsi olan müsabiqənin seçim mərhələsi uğurla başa çatıb. Bu barədə layihənin Təşkilat Komitəsinin sədri Cavid Zamanlı saytımıza açıqlamasında məlumat verib. C. Zamanlını
09.11.2026 243 "Qalatasaray"ın əfsanəvi futbolçusu vəfat etdi
"Qalatasaray"ın və Yuqoslaviya futbolunun əfsanəvi simalarından olan Cevad Prekazi 69 yaşında vəfat edib. xəbər verir ki, bu barədə "Qalatasaray" və "Partizan" klublarının mətbuat xidmətləri məlumat yayıb. 1985-ci ildə "Hayduk Split"dən "Qalatasaray"
09.11.2026 168 Şoular, kuboklar və ya qalmaqallar: ulduz futbolçuların milli komandalardakı vida oyunları necə olub?
Ronaldo Jorje Jesuşla mübahisəsindən sonra Portuqaliya milli komandasından getdi. Kriştiano Ronaldo rəsmi olaraq Portuqaliya milli komandasında kryerasını başa vurduğunu elan edib. 41 yaşlı futbolçu milli komandada rekord sayda - 234 oyun keçirib, 146 qol vurub, Avropa çempionatını və iki Millətlər Liqasın
09.11.2026 123 "Təbii Qələbə Tağı" - Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım etdi
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "Instagram" hesabında Hacıqabul rayonundan paylaşım edib. xəbər verir ki, o, paylaşımına "Hacıqabul rayonu, Bakı yolunda. Təbii Qələbə Tağı. 9.11.26" qeydini əlavə edib. Videonu buradan izləyin!
09.11.2026 230 Xəzər dənizinin çəkilməsi COP31-də dünya gündəminə çıxarılacaq
"Azərbaycanın COP31 gündəliyindəki əsas mövzular arasında Xəzər dənizinin problemləri də yer alır". "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin İqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev COP31 çərçivəsində qurulan Azərbaycan pavilyonunda jurnalistləri
09.11.2026 203 Dövlət Bayrağımız - milli kimliyimizin, müstəqilliyimizin və qalib dövlətçilik iradəmizin əbədi rəmzi
Azərbaycan Respublikasının Dövlət Bayrağı xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini, milli-mənəvi dəyərlərini, azadlıq və müstəqillik uğrunda mübarizəsini özündə ehtiva edən müqəddəs dövlət rəmzidir. Üçrəngli bayrağımızın tarixi Azərbaycanın milli dövlətçilik tarixinin ayrılmaz tərkib hissəsi olmaql
09.11.2026 221 İzmirdə fabrikdə partlayış olub, ölən və yaralananlar var
İzmirdə fabrikdə güclü partlayış baş verib. "NTV"nin xəbərinə görə, partlayış İzmirin Əliağa rayonunda yerləşən dəmir-polad fabrikində qeydə alınıb. Partlayışın ardınca ərazidə böyük yanğın başlayıb. İlkin məlumata görə, çoxsaylı ölü və yaralı var
09.11.2026 203 Maykl Kerrik "Mançester Yunayted"dən gedir?
"Mançester Yunayted"in baş məşqçisi Maykl Kerrik vəzifəsindən istefa verməyəcəyini açıqlayıb. xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb. Telekanala müsahibəsində Kerrikdən düzgün qərar hesab edəcəyi təqdirdə vəzifəsindən ayrılmağı düşünüb-düşünmədiyi soruşulub. O, sual
09.11.2026 184