Zamanəmizin bəlası olan REPETİTORLUQ - Kasıb ailələr nə etsin?

Zamanəmizin bəlası olan REPETİTORLUQ - Kasıb ailələr nə etsin?Son illərdə məktəblərdə müəllim yanına hazırlığa getmək sanki bir növ dəb və məcburi hala çevrilib. Bir neçə il əvvəl əgər 9-11-ci siniflər hazırlığa gedirdilərsə, bu gün artıq 1-2-ci siniflər hazırlığa getməli olurlar, çünki çox vaxt müəllimlər belə istəyir. Elə ailə var ki, onun buna imkanı çatmır. Bir ailədə 2 uşaq varsa və ailənin imkanı çox aşağıdırsa, bu o deməkdir ki, uşaq normal təhsil ala bilməyəcək. Bununla bağlı bir çox valideynlər redaksiyamıza şikayət ünvanlayırlar. Bəs məktəblərdə pulsuz hazırlıqlar yaratmaq olmazmı?

Məsələ ilə bağlı Sonxeber.az-a ilahiyyatçı, Elm və təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədov açıqlama verib.

Onun sözlərinə görə, repetitorluq aradan qaldırılmalıdır:

"Biz bununla mübarizə aparmalıyıq. Bu hal məktəblərə "paralel təhsil" anlayışı gətirir. Əslində uşaqlar məktəbə gedir və orada dərs keçirlər. Əvvəlki dövrdə yalnız yuxarı siniflər hazırlığa gedirdilərsə, bu gün artıq, sizin də dediyiniz kimi, 1-2-ci sinifdən getməli olurlar. Biz bunu yığışdırmalıyıq. Bunun üçün məktəblərdə təhsilin keyfiyyəti artmalıdır.

Azərbaycanda repetitorlar artıq bir bəlaya çevrilib. Qeyd etdiyiniz kimi, elə valideyn var ki, imkanı var və uşağı hazırlığa gedə bilir, amma elə valideyn də var ki, övladını müəllim yanına göndərməyə imkanı yoxdur. Ona görə də belə halların qarşısını almaq üçün insanlar bu yanaşmanı dəyişməlidirlər.

Müəllimlərin də valideynlərdən belə bir tələb irəli sürməsi, əlavə müəllim yanına getməsi təkidi yolverilməzdir, qeyri-qanunidir və qəbuledilməzdir.

Təkrar vurğulayıram: biz çalışmalıyıq ki, məktəblərdə dərslərin keyfiyyəti qalxsın, şagirdlərə yüksək təhsil verilsin. Əgər müəllim bir fənni keçirsə, yüksək səviyyədə keçsin ki, əlavə müəllim yanına getməyə ehtiyac olmasın.

Biz bu istiqamətdə fəaliyyətə başlasaq, əlavə dərnəklər yaratsaq, bu bizim üçün müəyyən problemlər və çətinliklər yarada bilər. Sizin dediyiniz məsələ təhsilin əlavə gücləndirilməsi kimi nəzərdən keçirilə bilər.

Dünya təcrübəsində də var ki, günün birinci hissəsində məktəbdə dərs oxuyurlar, ikinci hissəsində isə keçdiklərini təkrarlayıb öyrənirlər. Bu model Azərbaycanın da bəzi özəl məktəblərində var.

Bu gün Azərbaycan cəmiyyətində, demək olar ki, hamı repetitorluqdan narazıdır. Biz bunun ümumiyyətlə ləğv edilməsinə nail olmalıyıq ki, dərslərin keyfiyyəti yaxşılaşsın, valideynlərin də vəsaiti belə məsələlərə getməsin.

Təsəvvür edin, bir ailədə 2, 3, hətta 4 övlad varsa, onlar müxtəlif fənlərdən müəllim yanına gedirlərsə, görün bir valideyn üçün bu nə dərəcə çətinlik yaradır?! O baxımdan dönə-dönə vurğulayıram ki, məktəblərdə təhsilin keyfiyyəti artmalıdır ki, biz bu problemlərdən xilas ola bilək".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 834   Tarix: 14 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

İzmirdə fabrikdə partlayış olub, ölən və yaralananlar var

İzmirdə fabrikdə güclü partlayış baş verib. "NTV"nin xəbərinə görə, partlayış İzmirin Əliağa rayonunda yerləşən dəmir-polad fabrikində qeydə alınıb. Partlayışın ardınca ərazidə böyük yanğın başlayıb. İlkin məlumata görə, çoxsaylı ölü və yaralı var

09.11.2026 203
.

Lorenzo Mezzotero millinin heyətindən çıxarıldı

Milli komandamızın futbolçusu Lorenzo Mezzotero son çempionat matçında zədələnib. xəbər verir ki, bu barədə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) məlumat yayıb. Zədəsi səbəbindən Lorenzo Mezzotero milli komandanın heyətindən çıxarılıb. Onun əvəzinə "Araz-Naxçıvan" klubunun futbolçus

09.11.2026 174
.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlər və yaxın insanlarla ünsiyyətdir. xəbər verir ki, dostlarla ünsiyyət saxlama

09.11.2026 182
.

"Qalatasaray"ın əfsanəvi futbolçusu vəfat etdi

"Qalatasaray"ın və Yuqoslaviya futbolunun əfsanəvi simalarından olan Cevad Prekazi 69 yaşında vəfat edib. xəbər verir ki, bu barədə "Qalatasaray" və "Partizan" klublarının mətbuat xidmətləri məlumat yayıb. 1985-ci ildə "Hayduk Split"dən "Qalatasaray"

09.11.2026 168
.

Şoyqu: Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması öz nəticəsini verir

Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması öz nəticəsini verir. APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu MDB ölkələri Təhlükəsizlik Şuraları katiblərinin iclasında çıxışında bildirib. O, Cənubi Qafqazda vəziyyət yaxşılaşdığını söyləyib

09.11.2026 210
.

Ukrayna Mesut Özili "qara siyahı"ya daxil etdi

Almaniya millisinin sabiq üzvü, dünya çempionu Mesut Özil Ukraynanın "Mirotvorets" (sülhməramlı) məlumat bazasına daxil edilib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Futbolçunun siyahıya salınmasına səbəb onun Rusiya futbol klublarının və milli komandalarının beynəlxalq turnirlərdə

09.11.2026 217
.

Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb

Rusiyanın Odessaya hücumunda üç nəfər ölüb, bir nəfər xəsarət alıb. APA xəbər verir ki, bu barədə Odessa Şəhər Hərbi Administrasiyasının rəhbəri Sergey Lısak məlumat verib. Onun sözlərinə görə, yaralının vəziyyəti ağırdır. Lısak bildirib ki, Rusiya qüvvələri Odessada mülki infrastruktura zərbə endiri

09.11.2026 197
.

Əfsanəvi cüdoçu Fransa prezidentliyinə namizəd oldu

Fransalı əfsanəvi cüdoçu, beşqat Olimpiya çempionu Teddi Riner 2027-ci ildə keçiriləcək prezident seçkilərində namizəd olacağını açıqlayıb. xəbər verir ki, 37 yaşlı idmançı bu barədə sosial şəbəkə hesabında paylaşım edib. "Ölkəmizin üzləşdiyi çətinliklərlə barışmaq artıq geri çəkilmək deməkdir

09.11.2026 142
.

Xəzər dənizinin çəkilməsi COP31-də dünya gündəminə çıxarılacaq

"Azərbaycanın COP31 gündəliyindəki əsas mövzular arasında Xəzər dənizinin problemləri də yer alır". "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin İqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev COP31 çərçivəsində qurulan Azərbaycan pavilyonunda jurnalistləri

09.11.2026 203
.