Zelenski: "YDM-lərdə növbələrin aradan qaldırılması zəruridir"
Ukrayna Prezidenti Volodimir Zelenski icra hakimiyyətinin fəaliyyəti ilə bağlı müşavirə keçirib və yanacaqla təminat məsələsi müzakirə edilib.
"Report" Ukrayna KİV-inə istinadən xəbər verir ki, iclasda Prezident Ofisinin rəhbəri Andrey Yermak və onun müavinləri, Baş nazir Denis Şmıqal və hökumət üzvləri iştirak ediblər.
Prezident yanacaqdoldurma məntəqələrində (YDM) növbələrin aradan qaldırılmasının zəruriliyini qeyd edib.
Həmçinin uzunmüddətli müqavilələrin bağlanması və dövlət yanacaq ehtiyatının yığılmasının zəruriliyi vurğulanıb.
Baş nazirin birinci müavini - iqtisadiyyat naziri Yuliya Sviridenko bildirib ki, Ukraynaya yanacaq tədarükünü təmin etmək məqsədilə Şərqi Avropa limanlarında Ukraynaya yaşıl dəhlizin yaradılması istiqamətində işlər davam etdirilir.
Bundan əlavə, Ukraynanın müharibədən sonra bərpası və inkişafı Planının hazırlanması, eləcə də ölkəyə Avropa İttifaqına üzvlüyə namizəd statusunun verilməsi prosesi ilə bağlı məsələlər müzakirə olunub.
Ukraynanın Maliyyə naziri Sergey Marçenko hərbi vəziyyət şəraitində dövlət büdcəsinin icrası barədə məlumat verib. Onun sözlərinə görə, aylıq büdcə kəsirinin beynəlxalq qrantlar və kreditlər hesabına aradan qaldırılması planlaşdırılır. Nazir bildirib ki, 11 milyard ABŞ dolları məbləğində beynəlxalq qrantların ayrılması ilə bağlı danışıqlar aparılır və bunun 5 milyard dollarlıq hissəsi artıq alınıb.
"Görüş zamanı həmçinin Rusiyanın təcavüzündən zərər çəkmiş vətəndaşların tibbi, psixoloji və sosial reabilitasiya xidmətləri ilə təmin edilməsi üçün dövlət orqanları və təşkilatlarının qarşılıqlı əlaqəsi məsələsinə də diqqət yetirilib", - Ukrayna Prezidentinin rəsmi saytındakı məlumatda deyilir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 699 Tarix: 07 may 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşRusiya Odessaya hücum edib, 3 nəfər ölüb
Rusiyanın Odessaya hücumunda üç nəfər ölüb, bir nəfər xəsarət alıb. APA xəbər verir ki, bu barədə Odessa Şəhər Hərbi Administrasiyasının rəhbəri Sergey Lısak məlumat verib. Onun sözlərinə görə, yaralının vəziyyəti ağırdır. Lısak bildirib ki, Rusiya qüvvələri Odessada mülki infrastruktura zərbə endiri
09.11.2026 197 Özgür Özəl Prezident İlham Əliyevə zəng edib
Yeni Partiyanın sədri Özgür Özəl Prezident İlham Əliyevə zəng edib. xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin "X" hesabında məlumat paylaşılıb. Məlumatda bildirilib ki, Özgür Özəl Zəfər Günü münasibətilə dövlət başçısına və Azərbaycan xalqına təbriklərini çatdırıb. Dövlət başçısı təbriklər
09.11.2026 211 Krit sahillərində faciə: Gəmidən 12 miqrantın meyiti çıxarıldı
Yunanıstan Sahil Mühafizəsi Xidməti Krit adası sahillərində xilasetmə əməliyyatı keçirib. "Reuters"ə istinadən xəbər verir ki, əməliyyat zamanı gəmidən 12 miqrantın meyiti çıxarılıb. Hazırda onların ölüm səbəbləri müəyyənləşdirilir. Xilasedicilər Kaloy-Limenes limanından təxminən 15 dəniz mil
09.11.2026 179 Kişi xəyanət edən arvadını stula bağlayıb yandırdı
Hindistanda kişi qısqanclıq zəminində həyat yoldaşını stula bağlayaraq yandırıb. xarici mediaya istinadən xəbər verir ki, hadisə Caqatpur kəndində qeydə alınıb. Polisin məlumatına görə, Suxbir Sinqh 11 il əvvəl Sonam adlı qadınla ailə qurub. Cütlüyün iki övladı olub. Lakin sonradan qadın başqa kişi il
09.11.2026 194 İzmirdə fabrikdə partlayış olub, ölən və yaralananlar var
İzmirdə fabrikdə güclü partlayış baş verib. "NTV"nin xəbərinə görə, partlayış İzmirin Əliağa rayonunda yerləşən dəmir-polad fabrikində qeydə alınıb. Partlayışın ardınca ərazidə böyük yanğın başlayıb. İlkin məlumata görə, çoxsaylı ölü və yaralı var
09.11.2026 203 İnsandan böyük skumbriya tutuldu - Nadir HADİSƏ
Çinin Şandun əyalətində balıqçılar uzunluğu 2,46 metr, çəkisi isə 134 kiloqram olan nəhəng skumbriya balığı tutublar. xəbər verir ki, bu barədə "Global Times" nəşri məlumat yayıb. Təcrübəli balıqçıların sözlərinə görə, bu ölçüdə skumbriyaya rast gəlmək olduqca nadir hadisədir. Balıqçı Van Veytszyu
09.11.2026 181 Əməliyyatı illərlə cərrah yox, xadimə edib - Özəl xəstəxanada QALMAQAL
Türkiyənin Giresun şəhərində fəaliyyət göstərən özəl xəstəxana ilə bağlı qalmaqallı iddia ortaya çıxıb. yerli mediaya istinadən xəbər verir ki, xəstəxanada təmizlik işçisi kimi çalışan şəxsin tibbi təhsili olmadığı halda əməliyyatlarda iştirak etdiyi və həkim, eləcə də əməliyyat tibb bacısı kimi xəstələr
09.11.2026 214 "Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Müsabiqəsinin final günü məlum oldu
"Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Müsabiqəsinin möhtəşəm final gecəsi noyabrın 30-da keçiriləcək. Şou Prodakşının layihəsi olan müsabiqənin seçim mərhələsi uğurla başa çatıb. Bu barədə layihənin Təşkilat Komitəsinin sədri Cavid Zamanlı saytımıza açıqlamasında məlumat verib. C. Zamanlını
09.11.2026 243 Lorenzo Mezzotero millinin heyətindən çıxarıldı
Milli komandamızın futbolçusu Lorenzo Mezzotero son çempionat matçında zədələnib. xəbər verir ki, bu barədə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) məlumat yayıb. Zədəsi səbəbindən Lorenzo Mezzotero milli komandanın heyətindən çıxarılıb. Onun əvəzinə "Araz-Naxçıvan" klubunun futbolçus
09.11.2026 174