Son illər xanımlarda ən çox yayılan bəla - Mastopatiya

Son illər xanımlarda ən çox yayılan bəla - MastopatiyaMüasir dövrdə tibb elminin ən çox yayılan problemləri arasında mastopatiya birinci sıralardadır. Mastopatiya yunan sözü olub "mastos" döş, patos xəstəlik deməkdir. Yaxın vaxtlara kimi mastopatiya yalnız 40 yaşdan yuxarı olan qadınlarda aşkarlanırdı. İndi isə bu xəstəliyin yaş həddi nəzərə çarpacaq dərəcədə çavanlaşıb. İndi nəinki 40 yaşlı, hətta 18-28 yaşarası gənclərdə də buna rast gəlinir. Antik əfsanəyə görə, bu xəstəlik ilk dəfə ilahə Gerada aşkarlanıb. Döş nahiyəsindəki dözülməz ağrıdan əziyyət çəkən ilahə Geranı tibb Tanrısı Asklepiy müxtəlif otlardan hazırlanan dərmanlarla sağaldıb.

Axşam.az xarici mətbuata istinadən mastopatiya xəstəliyinin yaranma səbəblərini, qarşısını almaq üçün çıxış yollarını təqdime dir:

Müasir dövrdə süd vəzisi xəstəlikləri arasında ən çox yayılanı "ənənəvi" bəla adlandırılan mastopatiya qadınların 60-80 faizində aşkarlanır. O, süd vəzisinin patologiyasıdır. Bu zaman süd vəzilərinin quruluşu dəyişməyə başlayır. Qoltuq altında limfalar düyünlənir, vəzidə süd əmələgətirən hüceyrələr çoxalır. Süd vəziləri birləşərək düyünlənir və bərkiyir.

Mastopatiya iki hissəyə ayrılır:
· Diffuz
· Düyünlü

Diffuz mastopatiyaların ilkin formasıdır. Bu zaman proses vəzin bütün toxumasını əhatə edir. Diffuz forma hər iki süd vəzisində aşkarlanır. Ağrı aylıq tsikl ərəfəsində olan ağrıya bənzəyir. Diffuz mastopatiyası uzun müddət müalicəsiz qaldıqda xoşxassəli şişə çevrilir.

Düyünlü mastopatiya lokal xarakter daşıyır, və bir süd vəzisində olur. Ağrı isə yalnız bir yerdə olur, yəni yayılmır. Çox vaxt isə düyünlü mastopatiya ağrısız keçir.

Bu günə kimi mastopatiyanın tam səbəbi və müalicəsi aşkarlanmayıb. Lakin bir neçə səbəblər tibbə məlumdur:

· Tez-tez abort etdirmək

· Müntəzəm olmayan cinsi həyat tərzi

· Doğuşdan sonra körpəyə süd verməmək (ya da körpəyə uzun müddət süd vermək)

· Gec doğuş

· Stress

· Hormonal pozuntular

Bundan başqa hormonal preparatların özbaşına, həkim məsləhəti olmadan qəbulu da sud vəzilərinin düyünlənməsinə səbəb olur.

İlkin əlamətləri:
· Süd vəzisində lokal və ya yayılmış ağrıların olması
· Aylıq tsikl öncəsi döşlərdə dəyişiklik, narahatedici ağrılar və gərginlik
· Döş giləsindən şəffaf və ya qanlı ifrazatın axması
· Süd vəzisində bərkimə, ödem, qızartı və dartınma hiss olunması
· Sinənin böyüməsi və ya kiçilməsi, formasını dəyişməsi

Həyat tərzini dəyiş:

Mastopatiya zamanı həyat tərzinizi dəyişməlisiniz. Sağlam həyat tərzi keçirtmək vacibdir. Yəni əgər spirtli içkini sevirsənizsə, ondan tamamilə imtina etmək məcburiyyətindəsiniz. Ağır əşya qaldırmamalısınız. İdman etməli, siqaret çəkməməlisiniz. Hətta siqaret çəkən birinin yanında belə dayanmaq düyünün xərçəngə çevrilməsinə səbəb ola bilər. 8 saatdan az yatmamalı, suda çox olmalısınız. Qadınlar həm də pəhriz saxlamalıdırlar. Kofe, kakao və kola içməməlidirlər. Müntəzəm olaraq tərkibində E, C vitaminləri olan qidalar qəbul etməlidirlər.


BiG.Az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 1748   Tarix: 07 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Sağlam görünən gənclərdə ürək problemi niyə yaranır? - Video

"Baku Med" verilişinin yeni buraxılışında ürək-damar xəstəlikləri müzakirə olunub. Gənclərdə ürək problemlərinin artmasına hansı amillər səbəb olur?. Xroniki stres və yuxusuzluq ürəyin fəaliyyətinə necə təsir edir?. Elektron siqaretlər ürək-damar sistemi üçün nə dərəcədə təhlükəlidir?. Şəkərl

17.10.2026 852
.

Alimlər orqanizmin hansı yaşda gücünü itirməyə başladığını müəyyənləşdirdi

Yaşlanma insanın fiziki qabiliyyətlərinə çoxlarının gözlədiyindən daha erkən təsir göstərməyə başlaya bilər. Alimlər müəyyən ediblər ki, yaş artdıqca fiziki göstəricilərin azalması sürətlənir. Bununla belə, yetkin yaşda idmanla məşğul olmağa başlamaq da fiziki göstəriciləri yaxşılaşdıra bilər. Qaynarinf

19.10.2026 1067
.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvənd "Keytruda" dərmanı ilə birlikdə tətbiq olunub. Araşdırmanın nəticələrin

24.10.2026 770
.

Sevdiyiniz musiqi ağrını azalda bilər

İnsanın sevdiyi musiqiyə qulaq asması ağrı hissini müəyyən qədər azalda bilər. Mütəxəssislərin fikrincə, musiqi ağrı siqnalını aradan qaldırmasa da, beynin bu hissi necə qəbul etməsinə təsir göstərir. Qaynarinfo xəbər verir ki, " nəşrinə danışan həkim-psixoterapevt İrina Kraşkina musiqinin ağr

30.10.2026 744
.

Hepatit B və C tam müalicə olunur? - Mütəxəssis danışdı

Virus hepatitləri qaraciyərin iltihabına səbəb olan və geniş yayılmış infeksion xəstəliklər sırasındadır. Xəstəliyin bəzi növləri kəskin formada keçsə də, hepatit B və C uzun müddət heç bir əlamət vermədən inkişaf edərək xroniki xarakter ala, qaraciyərin ciddi zədələnməsinə səbəb ola bilər. Bununla yanaşı

01.11.2026 524
.

Gündə cəmi 4 saat yuxu ilə necə yaşamaq olar?

Adətən, böyük əksəriyyət üçün gündə yeddi-doqquz saatlıq yuxu norma sayılsa da, bəzi insanlar cəmi dörd-beş saatlıq yuxu ilə kifayətlənərək özlərini tamamilə enerjili və sağlam hiss edirlər. Elm adamları bu nadir vəziyyətin arxasında duran genetik səbəbləri araşdırmağa davam edirlər. "Qafqazinfo"nu

03.11.2026 642
.

İdman zalına getmədən sağlamlığı yaxşılaşdıran 3 gündəlik vərdiş

Sağlamlığı qorumaq və özünü daha yaxşı hiss etmək üçün mürəkkəb üsullara ehtiyac yoxdur. Alimlər gündəlik həyata asanlıqla daxil edilə bilən üç sadə vərdişin ümumi sağlamlığa və psixoloji vəziyyətə müsbət təsir göstərdiyini bildiriblər. Qaynarinfo xəbər verir ki, "Science Focus" nəşrinin yazdığın

12.10.2026 978
.

Qışda dəriyə qulluq zamanı edilən əsas səhvlər

İstilik mövsümündə mənzillərdə havanın quruması dərinin daha sürətlə nəm itirməsinə səbəb olur. Bu dövrdə isti su ilə yuyunmaq, skrablardan həddindən artıq istifadə etmək və dərini tez-tez təmizləmək isə qoruyucu baryeri zəiflədərək quruluğu daha da artıra bilər. Qaynarinfo xəbər verir ki, bu barəd

28.10.2026 809
.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ola bilər. Ayaq qıcolmalarına susuz qalmaq, gün ərzində həddindən artıq fiziki yüklənmə

25.10.2026 777
.