Hitler fanatı olan cütlüyün toyu qalmaqal yaratdı - VİDEO
Meksikalı cütlüyün toyu dünyanın gündəminə oturub.
Fernando və Cozefina adlı şəxslərin təkcə toy məclisləri deyil, sonradan təşkil etdikləri əyləncə də inanılmaz anlara səbəb olub. Belə ki, keçən ay Meksikanın mərkəzi Tlaxcala əyalətində, faşist Almaniyasından ilhamlanan və o dövrün ikonik elementlərini özündə cəmləşdirən toy məclisi təşkil edilib.
Cütlük toya nasist SS zabitlərinin geyimində, svastika ilə bəzədilmiş Volksvagendə gəlib. Onlar tarix kimi 77 il əvvəl evlənən Hitler və Eva Braunun evlilik ildönümünü - 29 apreli seçiblər. Soyadını mediadan gizlədən Fernando, "İnsanlar Hitlerin əsl hekayəsini bilmirlər. O, vegetarian idi, ölkəsini ifrat yoxsulluqdan çıxartdı və Birinci Dünya Müharibəsində itirdiyi torpaqları öz xalqına qaytardı", - deyə söyləyib.
Məlumata görə, toy məclisi Hitler tərəfdarları ilə dolu olub və onların çoxu almansayağı hərbi geyimdə iştirak ediblər. Fernandonun isə ömür boyu nifrət dolu elektron məktublara və ölüm təhdidlərinə məruz qaldığı bildirilib.
"Atam və əmilərim nasional-sosializmin davamçılarıdır və mən uşaqlıqdan insanlarla üz-üzə qalmışam. Güllələndim və hətta "nasist" deyə qışqırdığım zaman bir nəfər silahı üzümə doğrultdu", - deyə o əlavə edib.
Cozefina isə məclislə bağlı danışarkən bu fikirləri qeyd edib: "Mən Hitlerin hekayəsi haqqında çox şey bilmirdim, amma ərim danışdı və mən onu dəstəkləyirəm, çünki o, məsuliyyətlidir".
Toy Meksika yəhudi icması tərəfindən də böyük reaksiya alıb. "Biz nasizmi müdafiə edən və tərifləyən hər cür hərəkəti qətiyyətlə pisləyirik", deyə qurumdan bildirilib.
Meksikanın hakimiyyət orqanları isə bu mövzuda səssiz qalıb, lakin Los-Ancelesdəki yəhudi insan haqları təşkilatı "Simon Wiesenthal Center" rəsmiləri inanılmaz hadisəyə qarşı "lazımi tədbir görməyə" çağırıb. Mərkəzin beynəlxalq əlaqələr şöbəsinin müdiri Şimon Samuels mətbuata açıqlamasında, "Meksika Birləşmiş Millətlər Təşkilatının Holokostun təhrifini və irqçiliyin bütün formalarını pisləyən qətnaməsinə səs verdi. Lakin dövlət və ya hüquq müdafiə təşkilatları tərəfindən bu biabırçılığı pisləyən heç bir reaksiya olmadı", - deyib.
Məlumata görə, Fernando və Cozefinanın iki övladı var. Böyük oğulları Reynhard SS lideri general Reynhard Heydrixin adını daşıyır, qızları Hanna Gertrudun adı isə Füreri müharibə cəbhəsində xilas etdiyi iddia edilən alman pilotu Hanna Reitsch və keçmiş hərbi komandir Gertrud Scholtz-Klinkdən götürülüb. /Sfera.az
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1237 Tarix: 07 may 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPlastik pəncərələr də evə soyuq buraxır - Bu cür həll edin
Soyuq havalarda pəncərələrin kifayət qədər izolyasiya olunmaması evin sürətlə soyumasına və istilik xərclərinin artmasına səbəb ola bilər. Lakin pəncərələri dəyişdirmədən də evdə istiliyi qorumağın bir neçə sadə və effektiv üsulu var. xarici mediaya istinadla xəbər verir ki, pəncərələr evdəki istili
01.11.2026 488 5 5 5 5 = 24: Bu tənliyi doğru edəcək üç riyazi işarə hansılardır?
Tənliyi doğru etmək üçün dörd 5 arasında üç riyazi işarə qoymalısınız. Dörd eyni rəqəm və istədiyiniz nəticə. Bu riyazi tapmacada yalnız üç hesab işarəsi yoxdur. Tapmaca şərti:. 5 5 5 5 = 24. -ın xəbərinə görə, tənliyi doğru etmək üçün dörd beşlik arasında üç riyazi simvol yerləşdirməlisiniz. Toplama
08.11.2026 243 İlon Mask və "Binance" qurucusu arasında gərginlik: Bir milyard dollarlıq xatırlatma
"Binance" kriptobirjasının qurucusu Çanpen Çjao amerikalı iş adamı və milyarder İlon Maskın "X" sosial şəbəkəsindəki reaksiyasından sonra 1 milyard dollardan çox dəyəri olan "SpaceX" səhmlərini satmaq ehtimalına eyham vurub. bu barədə RBC-ya istinadən xəbər verir. Məlumat
01.11.2026 581 Kişilər və qadınlar üçün ən təhlükəli yaş dövrləri
Alimlər kişilərin və qadınların hansı yaş dövrlərində ciddi xəstəliklərə daha çox həssas ola biləcəyini araşdırıblar. Bildirilir ki, ürək-damar xəstəliklərinin yaranma riski yaşla birlikdə artır və bu proses kişilərlə qadınlarda fərqli xüsusiyyətlər göstərə bilər. xarici mediaya istinadla xəbər veri
01.11.2026 748 12 yaşlı uşaq qızıl külçəsi tapdı
1799-cu ildə ABŞ-də 12 yaşlı Konrad Ridin dərədə tapdığı daşın əslində 7,7 kiloqramlıq qızıl külçəsi olduğu məlum olub. Ailə qiymətli metalın dəyərindən xəbərsiz olduğu üçün onu üç il ərzində qapı tutacağı kimi istifadə edib. Şimali Karolina ştatında yaşayan Konrad Rid Litl Medou Krik dərəsində oynayarkə
08.11.2026 229 Meqan Marklın atası həbs edildi
Meqan Marklın atası Tomas Marklın ABŞ Federal Təhqiqat Bürosu (FBI) tərəfindən saxlanıldığı iddia olunur. Axşam.az xəbər verir ki, "Daily Mail" nəşrinin məlumatına görə, 82 yaşlı kişi Floridada, demensiya xəstələri üçün nəzərdə tutulan xüsusi qayğı müəssisəsində cümə günü səhər saatlarınd
07.11.2026 261 Süni intellekt heyvanların sayımında alimlərə kömək etdi
Süni intellekt təbiətin və heyvanların qorunması sahəsində yeni imkanlar yaradıb. xəbər verir ki, "Reuters"in araşdırmasına görə, texnologiya 200 min vəhşi təbiət fotosunu cəmi bir neçə saata təhlil edərək alimlərə heyvanların sayını müəyyənləşdirməyə kömək edib. Süni intellekt həmçinin meş
08.11.2026 187 Gündüz yuxunuz gəlirsə - Bu xəbəri mütləq oxuyun!
ABŞ-də aparılan yeni elmi araşdırma 65 yaş və yuxarı şəxslərdə tez-tez, qeyri-iradi və qısamüddətli gündüz yuxularının demans və yaddaş problemləri riski ilə əlaqəli olduğunu üzə çıxarıb. "Qafqazinfo" xəbər verir ki, "The Journals of Gerontology: Series A" jurnalında dərc olunan tədqiqa
05.11.2026 484 Şabalıd soyarkən çətinliyə son: Küçə satıcılarının gizli fəndı
Qış aylarının vazkeçilməz ləzzəti olan şabalıdı sobada və ya tavada bişirərkən qabığının ətinə yapışması və soyularkən parçalanması çətinlik yaradır. xəbər verir ki, şabalıdların lokum kimi yumşaq bişməsini və qabığının tək bir toxunuşla soyulmasını təmin edən əsas formul qənd imiş. Kəsilmiş şabalıdlar
07.11.2026 302