DYP-dən yağışlı və küləkli hava ilə bağlı müraciət

DYP-dən yağışlı və küləkli hava ilə bağlı müraciətDaxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin yağışlı və küləkli hava şəraiti ilə bağlı əhaliyə müraciət edib.

BiG.AZ-ın məlumatına görə, idarədən veriləndaxil olan müraciətdə deyilir:

"Ekologiya və Təbii Sərvətlər Nazirliyinin verdiyi məlumata əsasən, may ayının birinci ongünlüyünün sonunadək ölkə ərazisində yağıntılı hava şəraitinin davam edəcəyi, bəzi yerlərdə güclü külək əsəcəyi ehtimal edilir.

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi verilən xəbərdarlıqla əlaqədar yollarda yarana biləcək yol qəzaları və digər xoşagəlməz halların qarşısının alınması üçün hərəkət iştirakçılarına müraciət edərək onlardan yola çıxarkən diqqətli olmağı, yol hərəkəti qaydalarına riayət etməyi, digər hərəkət iştirakçılarına qarşı nəzakətli davranmağı xahiş edir.

Yağışlı havalarda yol örtüyünün yaş olması sürüşmə ehtimalını artırdığı üçün sürücülər yol və meteoroloji şəraiti nəzərə alaraq kifayət qədər ara məsafəsi saxlamalı, sürət həddini minimuma endirməli, ötmə və manevretmə zamanı diqqətli olmalı, eləcə də nəqliyyat vasitələrinin dövlət nömrə nişanlarını təmiz saxlamalı, şüşə silgəcləri və şüşəyuyanların, işıq cihazlarının saz vəziyyətdə olmasına nəzarət etməlidirlər.

Bununla yanaşı sürücülərə güclü külək əsən bölgələrdə nəqliyyat vasitələrini yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq saxlamaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların, aşma yaxud qopma ehtimalı olan digər əşyaların yaxınlığında və ya altında dayanmamaq tövsiyə olunur.

Yol hərəkətinin ən müdafiəsiz iştirakçıları olan piyadalar da öz növbəsində ehtiyatlı olmalı, yolu onların hərəkəti üçün nəzərdə tutulmayan hissəsindən keçməməli, özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığına təhlükə yaradan davranışlardan çəkinməlidirlər".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 705   Tarix: 06 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycan gömrükçüləri İrandan Rusiyaya aparılan bibər içində narkotik tapdı

Astara Gömrük İdarəsi əməkdaşlarının keçirdikləri kompleks əməliyyat-axtarış və gömrük nəzarəti tədbirləri nəticəsində növbəti dəfə külli miqdarda narkotik vasitə - qurudulmuş marixuana aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb. Dövlət Gömrük Komitəsindən -a verilən xəbərə görə, "Astara"

11.08.2026 177
.

Suriyanın keçmiş prezidenti Bəşər Əsəd barəsində edam hökmü

Suriyanın keçmiş prezidenti Bəşər Əsəd qiyabi olaraq ölüm cəzasına məhkum edilib. xəbər verir ki, bu barədə SANA məlumat yayıb. Agentliyin məlumatına görə, Dəməşqdəki məhkəmə Bəşər Əsəd və onun qardaşı Mahir Əsədi Suriya xalqına qarşı törədilən ağır cinayətlərdə təqsirli bilib. Məhkəmə onların qəsdə

11.08.2026 307
.

VIII Henri "ətir buludu"nun içində yaşayırmış: Səbəb heç də dəbdəbə olmayıb

İngiltərə kralı VII Henrix portretlərdə Tüdorlar dövrünün qüdrətini təcəssüm etdirən özünəinamlı və hökmran monarx kimi təsvir olunur. Lakin həyatının son illərində dəbdəbəli geyimləri ağır xəstəliyi gizlədib. Qaynarinfo Hamuesgyemant.hu saytına istinadən xəbər verir ki, kral ayaqlarında açıq yaralarda

11.08.2026 154
.

Toyuna hazırlaşan bəy ailəsi ilə birlikdə həlak oldu (TƏFƏRRÜAT/FOTO)

Balakəndə dörd nəfərin ölümü ilə nəticələnən zəncirvari qəzanın təfərrüatı məlum olub. BİG.AZ -a istinadən xəbər verir ki, "Hyundai" markalı avtomobilin sürücüsü 1997-ci il təvəllüdlü Məryəm Hoorsova banklardan birinin Balakən rayon şöbəsinin məsul əməkdaşı olub. O, Katex kəndindən rayon mərkəzin

11.08.2026 500
.

Bu ölkənin küçələrinə bir milyon ağac əkiləcək: məqsəd nədir?

Ağaclar istilik hissiyatını əhəmiyyətli dərəcədə azalda bilir, lakin belə bir üsulun həm üstünlükləri, həm də mənfi cəhətləri var. Bir çox meqapolis həddindən artıq istiliklə mübarizə aparmaq üçün yüksək texnologiyalı sistemlərə milyardlarla dollar sərmayə qoyarkən, Sinqapur sadə yolla getdi - kütləv

11.08.2026 167
.

İlham Əliyev və Mehriban Əliyeva Ümummilli Liderin abidəsini ziyarət etdilər - Fotolar

Avqustun 11-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət ediblər. "Qafqazinfo" xəbər verir ki, dövlətimizin başçısı və birinci xanım abidənin önünə gül dəstəsi qoyub, Ulu Öndəri

11.08.2026 185
.

Hibrid ipoteka müştəriyə nə vəd edir? - Ekspert açıqladı

"Hibrit ipoteka modelinin əsas məqsədi sabit faizli kreditin təhlükəsizliyi ilə dəyişən faizli kreditin potensial üstünlüklərini balanslaşdırmaqdır". Bunu BİG.AZ-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Fərid Cəfərli bildirib. O, qeyd edib ki, müştərinin götürdüyü ipoteka kreditinin 5

11.08.2026 189
.

İçərişəhərdə utancverici mənzərə: Sosial şəbəkələrdə etiraz doğuran problem - VİDEO

İçərişəhərdə tarixi binaların divarlarına müxtəlif yazıların yazılması sosial şəbəkələrdə narazılığa səbəb olub. Yayılan görüntülərdə tarixi binaların üzərinə adların və müxtəlif ifadələrin həkk edildiyi görünür. Bəzi yazıların kifayət qədər böyük olması isə tarixi tikililərin görünüşünü açıq şəkild

11.08.2026 240
.

Livanda ölüm hökmü ləğv edildi - Ərəb dünyasında ilk

Livan parlamenti ölkədə ölüm hökmünün ləğv edilməsinə səs verib. "Qafqazinfo" "Associated Press" agentliyinə istinadən xəbər verir ki, bununla da, Livan ərəb dünyasında bu addımı atan ilk ölkə olub. Bildirilib ki, "Hizbullah" parlament bloku istisna olmaqla deputatları

11.08.2026 178
.

TOP MP3