Polis sevgilisini bu səbəbdən öldürübmüş...
Aprelin 22-də Nərimanov rayonunda polis mayorunun əvvəlcə sevgi münasibətində olduğu qadını, daha sonra özünü güllələyərək öldürməsi ilə bağlı bəzi detallar məlum olub.
"Qafqazinfo" xəbər verir ki, ilkin məlumata görə, Xəzər Rayon Polis İdarəsinin müstəntiqi, polis mayoru T. Aslanov Günay Cabbarovanı ondan ayrılmaq istəməsinə görə öldürüb.
Aparılmış ilkin araşdırmalar zamanı məlum olub ki, Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin əməkdaşı olan və həkim-uroloq kimi çalışan G.Cabbarova ilə Tural Aslanov arasında bir neçə il əvvəl münasibət yaranıb. Daha sonra cütlük arasında problemlər başlayıb. Buna səbəb isə Günayın Turaldan ayrılmaq istəməsi olub. Tural Aslanov bununla razılaşmayıb və onların arasında mübahisə böyüyüb.
Araşdırmalarla müəyyən edilib ki, hadisədən əvvəl T.Aslanov Xəzər Rayon Polis İdarəsində növbətçi qrupda olub və aprelin 21-dən 22-nə keçən gecə Günayla əlaqə saxlayıb. Səhər saatlarında isə polis zabiti silahını götürərək idarəni özbaşına tərk edib və birbaşa Mərdəkan qəsəbəsindən Nərimanov rayonu Qarabağ küçəsinə - Günay Cabbarovanın yaşadığı mənzilə gedib. O, burada Günaya 3, daha sonra isə özünə 1 dəfə atəş açıb və hər ikisi hadisə yerində vəfat ediblər.
Qeyd edək ki, bu kimi hadisələrdə cinayəti törədən və cinayət törədilməsinə zəmin yaradan şəxslər həyatda olmadığına görə, sonrakı mərhələdə faktla bağlı açılmış cinayət işləri üzrə cinayət təqibi dayandırılır və işə xitam verilir.
Xatırladaq ki, qətlə yetirilən G.Cabbarova 2 uşaq anası olub.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1824 Tarix: 06 may 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşÖzgür Özəl Prezident İlham Əliyevə zəng edib
Yeni Partiyanın sədri Özgür Özəl Prezident İlham Əliyevə zəng edib. xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin "X" hesabında məlumat paylaşılıb. Məlumatda bildirilib ki, Özgür Özəl Zəfər Günü münasibətilə dövlət başçısına və Azərbaycan xalqına təbriklərini çatdırıb. Dövlət başçısı təbriklər
09.11.2026 211 Xəzər dənizinin çəkilməsi COP31-də dünya gündəminə çıxarılacaq
"Azərbaycanın COP31 gündəliyindəki əsas mövzular arasında Xəzər dənizinin problemləri də yer alır". "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin İqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev COP31 çərçivəsində qurulan Azərbaycan pavilyonunda jurnalistləri
09.11.2026 203 Tehrandan 14 vətəndaşının Azərbaycanda "arzuolunmaz şəxs" elan edilməsinə reaksiya
"Prinsipcə, 14 İran vətəndaşının "persona non grata" (arzuolunmaz şəxs) adlandırılması məntiqli deyil, çünki bu insanlardan heç biri diplomat deyil və ya Azərbaycan Respublikasında olmayıb". -ın " nəşrinə istinadən xəbərinə görə, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüs
09.11.2026 225 Əfsanəvi cüdoçu Fransa prezidentliyinə namizəd oldu
Fransalı əfsanəvi cüdoçu, beşqat Olimpiya çempionu Teddi Riner 2027-ci ildə keçiriləcək prezident seçkilərində namizəd olacağını açıqlayıb. xəbər verir ki, 37 yaşlı idmançı bu barədə sosial şəbəkə hesabında paylaşım edib. "Ölkəmizin üzləşdiyi çətinliklərlə barışmaq artıq geri çəkilmək deməkdir
09.11.2026 142 İzmirdəki partlayışda ölənlərin sayı artıb
Türkiyənin İzmir vilayətindəki metallurgiya kombinatında baş verən partlayış nəticəsində həlak olanların sayı 16-ya çatıb. -ın "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada onun sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin iclasını
09.11.2026 258 Adanada zəlzələ olub
Türkiyədə zəlzələ baş verib. APA xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Zəlzələ Adana vilayətinin Kozan rayonunda 4,6 bal gücündə qeydə alınıb. Yerli vaxtla saat 15:28-də baş verən zəlzələnin ocağı 15,35 km dərinlikdə yerləşib
09.11.2026 197 Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?
Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. xəbər verir ki, qəhvə içdikdən dərhal sonra qısa müddət yatmaq insanın daha tez gümrahlaşmasına kömə
09.11.2026 139 Afinada dəhşətli hadisə: Çamadandan daha bir qadının meyiti tapıldı
Yunanıstanın paytaxtı Afinada yoldan keçən bir nəfər dəhşətli mənzərə ilə qarşılaşıb. Belə ki, o, Aqios Panteleymonas rayonunda yol kənarına atılmış çamadandan kəskin qoxu gəldiyini hiss edib. Hadisə yerinə gələn polis əməkdaşları çamadanı açarkən onun içərisində qadın meyiti aşkar ediblər. xəbər veri
09.11.2026 205 Krit sahillərində faciə: Gəmidən 12 miqrantın meyiti çıxarıldı
Yunanıstan Sahil Mühafizəsi Xidməti Krit adası sahillərində xilasetmə əməliyyatı keçirib. "Reuters"ə istinadən xəbər verir ki, əməliyyat zamanı gəmidən 12 miqrantın meyiti çıxarılıb. Hazırda onların ölüm səbəbləri müəyyənləşdirilir. Xilasedicilər Kaloy-Limenes limanından təxminən 15 dəniz mil
09.11.2026 179